Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4336/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 69184058 nömrəli kredit müqaviləsi üzrə yaranmış 43,37 manat əsas borc, xx.xx.2014-xx.xx.2017-ci il tarixə kimi hesablanmış 113,74 manat faiz borcu, 342 manat dəbbə, müqavilə bitəndən sonra hesablanmış 5%-lə 11,23 manat faiz olmaqla, cəmi 511,33 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə X3 xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/2017 nömrəli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, X2 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli 69184058 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən illik 27%-lə 36 ay müddətinə 263,14 manat kredit xətti açılmışdır. Maliyyə arayışına görə müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. X1 ləğv prosesində olan banka 43,37 manat əsas borc, 113,74 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 11,23 manat borcu olmaqla, cəmi 511,33 manat borcu yığılmışdır. Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsini və ona pul verilməsini təsdiq edən kassa məxaric orderini iddiaçı məhkəməyə təqdim edə bilmir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvana bildirişi təqdim etmək mümkün olmamışdır. Eyni zamanda, “AZEMİS” sistemi vasitəsilə Cavabdeh +**********00 nömrəli mobil telefonuna “SMS” bildirişi göndərilməklə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh ilə xx.xx.2014-cü il tarixli 69184058 nömrəli kredit müqaviləsi bağladığını və cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyini qeyd etməklə, cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödəniliməsini tələb etsə də, xx.xx.2014-cü il tarixli 69184058 nömrəli kredit müqaviləsini və cavabdehə borc verilməsini təsdiq edən kassa məxaric orderini məhkəməyə təqditm edə bilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilənin bağlanmasını təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim edə bilmədiyinə görə, mövcud olmayan müqaviləyə istinad etməklə borcun ödənilməsini cavabdehdən tələb edə bilməz. Çünki, Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı belə bir mötəbər sübutların mövcud olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən onun iddia tələbi özü-özlüyündə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli 69184058 nömrəli kredit müqaviləsi üzrə yaranmış 43.37 manat əsas borc, xx.xx.2014xx.xx.2017-ci il tarixə kimi hesablanmış 113,74 manat faiz borcu, 342 manat dəbbə, müqavilə bitəndən sonra hesablanmış 5%-lə 11,23 manat faiz olmaqla, cəmi 511,33 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4336/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4336/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver