Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4344/2020 22.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi”tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi”tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 50 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X4 adlı bir uşağı doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği artırılmış, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh iddiaçıya uşağın saxlanılmasında maddi köməklik göstərmir. İddiaçı da uşağın saxlanılmasında maddi çətinlik çəkir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda, İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, hazırkı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddiasını müdafiə etdi və işə mahiyyəti üzrə baxılmasını tələb etməklə, izahatında bildirdi ki, o, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X4 adlı bir uşağı doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Ruqiyyə anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan xx.xx.2016-cı il təvəllüdlü Ruqiyyənin saxlanılması üçün tutulan alimentin məbləği artırılmış, ondan xx.xx.2016-cı il təvəllüdlü Ruqiyyənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda o, ikinci dəfə ailə qurmuşdur. Onun həyat yoldaşı işləmir. Onun ikinci nikahından xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladı doğulub. Eyni zamanda o, sağtərəfli spontan pnevmotoraks xəstəliyindən əziyyət çəkir. Onun rəsmi əmək haqqı cəmi 435 manat təşkil edir. O, “xxxxxxxx” MMC-də porter (təmizlikçi) vəzifəsində çalışır. Bu səbəbdən, ilk iddiasının rədd edilməsini, qarşılıqlı iddiasının təmin edilməsini, azyaşlı Ruqiyyə üçün tutulan aliment məbləğinin azaldılaraq 50 manat müəyyən edilməsini xahiş edir. Məhkəməcavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk və qarşılıqlı iddiallarəsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X4 adlı bir uşağı doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-8016/2017 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuşdur, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği artırılmış, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 363718 nömrəli nikah haqqında şəhadətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh və X3 xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Cavabdeh və N.Zeynalovanın həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 adlı bir övladı doğulmuşdur. (4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 497165 nömrəli). “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 765 nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən “xxxxxxxx” MMC-də porter vəzifəsində çalışır və onun aylıq əmək haqqı 435 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışın surətindən müəyyən edilmişdir ki, Cavabdeh “sağtərəfli spontan pnevmotoraks” diaqnozu qoyulmuşdur. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Çünki, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Hazırkı halda isə cavabdehin xəstəliyi, ikinci dəfə ailə qurmağı və yeni övladının doğulması, az miqdarda əmək haqqının alınması mülki işin materialları və işin faktiki halları ilə təsdiq edilərək, tərəflər arasında mübahisə doğurmadığından və sonuncu dəfəalimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi və ya əmlak vəziyyətində yaxşılığa doğru hər hansı dəyişikliyin baş verməsini iddiaçı sübuta yetirə bilmədiyindən, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu səbəbdən, hazırda Bakı şəhəri Yasmal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimentin miqdarının artırılması və ya azaldılması üçün hər hansı qanuni əsas mövcud deyildir. Odur ki, ilk və qarşılıqlı iddialar təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı – xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 50 manat müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4344/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4344/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver