Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4357/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Əskərzadə Leyla Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2 saylı Bakı “ASAN Xidmət Mərkəzi”ndə notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-174 reyestr nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.000 manat borcun və dəymiş ziyana görə hər ay əlavə 10% alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 6.000 manat borc pul vermişdir. Müqavilə müddətinin bitməsinə baxmayaraq, cavabdeh aldığı borcu qaytarmamışdır. Cavabdeh borcu vaxtında və lazımı qaydada qaytarmadığı təqdirdə, şifahi olaraq ona hər ay 10% əlavə pul ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Həmçinin “AZEMİS” vasitəsilə +**********05 və +**********93 nömrəli mobil telefonuna “SMS” bildirişi göndərilməklə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-174 reyestr nömrəli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borcalan Cavabdeh xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 6000 manat borc pul vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, cavabdeh aldığı 6.000 manat borcu xx.xx.2020-ci il tarixə kimi iddiaçıya qaytarmamışdır. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2 saylı Bakı “ASAN Xidmət Mərkəzi”ndə notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-174 reyestr nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.030 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - “dəymiş ziyana görə hər ay əlavə 10% alınıb verilməsi” hissəsində rədd edilməlidir. Çünki, müqavilədə tərəflər borcun faizsiz verildiyini şərtləndirmişlər. Bu səbəbdən həmin hissədə iddia təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2 saylı Bakı “ASAN Xidmət Mərkəzi”ndə notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-174 reyestr nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.030 (altı min otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi - “dəymiş ziyana görə hər ay əlavə 10% alınıb verilməsi” hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4357/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4357/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver