Məhkəmə qərarları › İş №2(004)-4388/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4388/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4388/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Tağızadə Şükriyyə Vüqar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(004)-6842/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 28.12.2007-ci il təvəllüdlü Abbasova Aysel Hüseyn qızı, 06.09.2010-cu il təvəllüdlü Abbasov Hidayət Hüseyn oğlu və 02.07.2014-cü il təvəllüdlü Abbasova Nərgiz Hüseyn qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 25.11.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh mərhum Abbasova Validə Rafiq qızı ilə olan nikahından dünyaya gələn 28.12.2007-ci il təvəllüdlü Abbasova Aysel Hüseyn qızı, 06.09.2010-cu il təvəllüdlü Abbasov Hidayət Hüseyn oğlu və 02.07.2014-cü il təvəllüdlü Abbasova Nərgiz Hüseyn qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 300 manat məbləğində alimentin tutulmuşdur. Hal-hazırda uşaqlar məktəblidir və onların həm qida həm də təhsil xərcləri kifayət qədər çoxdur. Ümumilikdə 300 manat 3 uşağın xərclərini ödəmir. Yasamal Rayon Məhkəməsinin tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Öz maaşı həm öz xərclərini, həm də uşaqların xərclərini qarşılamağa bəs etmir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(004)-6842/2019 saylı qətnaməsindən göründüyü kimi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli 2(004)-4216/2018 nömrəli qətnaməsi ilə iddiaçı Abbasova Validə Rafiq qızının Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası təmin edilmiş, 28.12.2007-ci il təvəllüdlü Abbasova Aysel Hüseyn qızı, 06.09.2010-cu il təvəllüdlü Abbasov Hidayət Hüseyn oğlu və 02.07.2014-cü il təvəllüdlü Abbasova Nərgiz Hüseyn qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 462 sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Abbasova Validə Rafiq qızı 15.08.2019-cu il tarixdə vəfat etmiş və alimentin tutulması dayandırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(004)-6842/2019 saylı qətnaməsi Cavabdeh mərhum Abbasova Validə Rafiq qızı ilə birgə nikahdan doğulmuş 28.12.2007-ci il təvəllüdlü Abbasova Aysel Hüseyn qızı, 06.09.2010-cu il təvəllüdlü Abbasov Hidayət Hüseyn oğlu və 02.07.2014-cü il təvəllüdlü Abbasova Nərgiz Hüseyn qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq uşaqlarının doğma xalaları olan İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 28.12.2007-ci il təvəllüdlü Abbasova Aysel Hüseyn qızı, 06.09.2010-cu il təvəllüdlü Abbasov Hidayət Hüseyn oğlu və 02.07.2014-cü il təvəllüdlü Abbasova Nərgiz Hüseyn qızı anaları Abbasova Validə Rafiq qızı vəfat etdikdən sonra, xalaları - İddiaçı ilə birlikdə ünvan 1 ünvanda rəsmi olaraq qeydiyyatda olmaqla yaşayırlar, onların tərbiyəsi, təhsili, qayğıları və maddi təminatı ilə İddiaçı məşğul olur. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər uşağa görə 100 manat aliment hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün cavabdehdən 175 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh mərhum Abbasova Validə Rafiq qızı ilə birgə nikahdan doğulmuş 28.12.2007-ci il təvəllüdlü Abbasova Aysel Hüseyn qızı, 06.09.2010-cu il təvəllüdlü Abbasov Hidayət Hüseyn oğlu və 02.07.2014-cü il təvəllüdlü Abbasova Nərgiz Hüseyn qızının saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh mərhum Abbasova Validə Rafiq qızı ilə birgə nikahdan doğulmuş 28.12.2007-ci il təvəllüdlü Abbasova Aysel Hüseyn qızı, 06.09.2010-cu il təvəllüdlü Abbasov Hidayət Hüseyn oğlu və 02.07.2014-cü il təvəllüdlü Abbasova Nərgiz Hüseyn qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar