Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-439/2023 16.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azər-Türk Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və kredit borcunun tutuması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “Azər-Türk Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və kredit borcunun tutuması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azər- Türk Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10106,50 (on min yüz altı manat, əlli qəpik) manat əsas, 104,60 (bir yüz dörd manat altmış qəpik) faiz, cəmi 10211,10 (on min iki yüz on bir manat on qəpik) manat məbləğində pul vəsaitinin və 121,04 (bir yüz iyirmi bir manat dörd qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Azər-Türk Bank ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 11000 ( on bir min ) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" ASC ilə Cavabdeh1 araslnda xx.xx.2021-ci il tarixli ******* saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli 1055412/25032 sayll Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1 .1 .-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 qıının xx.xx.2022-ci il tarixine əsas borcu 10106.50 ( on min yüz altl manat əlli qəpik) manat, faiz borcu 104.60 ( bir yüz dörd manat altmış qəpik) manat, cemi 10211.10 ( on min iki yüz on bir manat on qəpik manat təşkil edir. Borcun ödenilmesi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kenar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılmasl üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qismən etiraf edir. O, krediti bankdan götürüb başqa adama vermiş, onu aldatmışdılar. Keçmiş nişanlısı demişdir ki, onu işdən qovacaqlar ona görə yenidən pul lazımdır. O, 7000 manatı kredit götürmüş, onun 2000 manatı özü xərcləmiş, 5000 manatı isə ona vermişdir. Ümumi iki dəfə bankdan kredit götürmüş, ikinci dəfə may ayında götürmüşdür. Əvvəllər keçmiş nişanlısı ilə münasibəti yaxşı idi, pulu birlikdə ödəyirdilər, sonradan münasibətləri korlanmışdır. O, MTX-ya və polisə şikayət etmiş, hal-hazırda da şikayətləri araşdırılmışdır. Keçmiş nişanlısı ona nişan üzüyü və sadə qızıl sep vermişdir və buna görə də, bildirmişdir ki, heç bir pul ödəməyəcək. İddia tələbi təmin olunacağı təqdirdə, pulun ondan bir dəfəlik yox, əmək haqqına uyğun hissə-hissə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən, işə iddiaçının nümayəndəsinin və digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyərək iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 araslnda xx.xx.2021-ci il tarixdə ******* saylı Kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 48 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 11000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 1055412/25032 sayll Zaminlik Müqaviləsi bağlanmışdır. Bank tərəfindən müqavilənin ləğvi və borcun ödənilməsi məqsədilə cavabdehlərə xəbərdarlıq və pretenziya göndərilsə də, cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Belə olan halda iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin maddənin 3-cü bəndinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı Azər-Türk Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10106,50 (on min yüz altı manat, əlli qəpik) manat əsas, 104,60 (bir yüz dörd manat altmış qəpik) faiz, cəmi 10211,10 (on min iki yüz on bir manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azər-Türk Bank ASC -yə ödənilsin. İş üzrə ödənimiş 121,04 (bir yüz iyirmi bir manat dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Azər-Türk Bank ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-439/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-439/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver