Məhkəmə qərarları › İş №2(004)-4399/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4399/2020

31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4399/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı QSC-nin cavabdeh Xaxıyev Pərviz Hakim oğluna (Khakhıev Parvız) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı QSC cavabdeh Xaxıyev Pərviz Hakim oğluna (Khakhıev Parvız) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Xaxıyev Pərviz Hakim oğlundan İddiaçı QSC-yə vurduğu zərərin əvəzi 14.002 manat və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı QSC-nin təqdim etdiyi əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişin surətində göstərilmişdir ki, cavabdeh Xaxıyev Pərviz Hakim oğlu (Khakhıev Parvız) Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş MYİ ******* seriyalı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazə vəsiqəsinə əsasən cavabdeh Xaxıyev Pərviz Hakim oğlu (Khakhıev Parvız) ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Daha sonra isə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək verilmiş MYİ ******* seriyalı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazə vəsiqəsinə əsasən cavabdeh Xaxıyev Pərviz Hakim oğlu (Khakhıev Parvız) sonuncu dəfə yaşayış yeri üzrə ünvan 2 mənzil 168 ünvanda qeydiyyata alınmışdır. Odur ki, İddiaçı QSC-nin hazırkı iddia ərizəsi aiddiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, hazırkı iddia ərizəsi ilə aidiyyatı üzrə cavabdeh Xaxıyev Pərviz Hakim oğlunun (Khakhıev Parvız) sonuncu rəsmi qeydə alındığı ünvanı üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı QSC-nin cavabdeh Xaxıyev Pərviz Hakim oğluna (Khakhıev Parvız) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar