Məhkəmə qərarları › İş №2(004)-44/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-44/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-44/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Nizami Ağayev və Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsini icarəyə götürərək, binanın zirzəmisi də daxil olmaqla, xüsusi ilə külli miqdarda vəsait qoyaraq təmir işləri aparmış, lakin ona modelyer-dizayner kimi fəaliyyət göstərməyə imkan verilməyərək 300000 manat dəyərində ziyan dəymişdir. Bununla bərabər Cavabdeh qeyriləri ilə əlbir olan bir qrup şəxs halında birləşərək rəhbərlik etdiyi ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsini özbaşına soxularaq onun 190000 manat dəyərində əmlakının talanması faktına görə onun və qeyrilərinin AR CM-nın 177.3.2, 186.1. və 322-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi açılmışdır. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Mirzə Xankişiyevin icraatındadır. Cavabdeh ona vurulmuş 300000 manat mülki ziyandan xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhər, Nərimanov rayonu, 9 saylı notariat kontorunda 250000 manatını nağd ödəyərək özü, öz dəsti-xətti ilə: “Mən Cavabdeh İddiaçı ilə aramızda olan razılaşmaya əsasən ona vurulmuş ziyanın məbləğini təşkil edən 3000xx xxxxxxxx 250000 manatını ona ödədim, yerdə qalan 50.000 manatını isə 1 ay müddətinə ödəyəcəyimi öhdəmə götürürəm” mətndən ibarət öz imzası ilə təsdiq edən xx xxxxxx 2018-ci il tarixli qəbz vermişdir. Həmin gün notariat kontorunda 250000 manat ödənildiyindən onun dilindən öz razılığı ilə yazdığı mətndə: “AR Məhkəmə orqanlarına, Bakı Ağır Cinayət Məhkəməsinə, Baş Prokuror Zakir Qaralova, Yasamal rayonu, C.Cabbarlı küçəsi 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair yaranmış mülki mübahisə həll edilmiş, buna görə də mənim onlardan maddi əmlak tələbim yoxdur deyə məhkəmə orqanlarında qaldırdığım bütün iddialardan imtina edərək, xahiş edirəm ki, məhkəmələrin icraatında olan mülki işlərə baxılmasına xitam verilsin” məzmunda onun adından notariat qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizələr latın qrafikasında yazıldığından oxuya bilmədiyi üçün ona inanaraq imza etmişdir. Ertəsi günü isə həmin ərizələrin mətni ilə yaxından tanış olduqda ona məlum oldu ki, “AR CM-nın 177.3.2, 186.1. və 322-ci maddələri ilə təqsirləndirilən Cavabdeh və X10 və qeyrisi cinayət işində oğurluq faktının predmeti olan pul və əşyalar guya tapılıb ona qaytarılmışdır və ona dəymiş ziyan ödənilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə saat 17:00 radələrində Əsəd adlı şəxs ona zəng edərək özünü Ağayev Nizamiyə məxsus qeyri-yaşayış binanın anbardarı kimi təqdim etdi və bildirdi ki, həmin binanın zirzəmisində parçalar, paltarlar, planşetlər və mənə məxsus olan əşyalar tapılmışdır, xahiş etdi ki, mən onlara baxım, yoxlayım. 17:30 radələrində ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasına gəldim, Əsəd adlı şəxslə ofisin zirzəmisinə düşüb və həmin əşyalara baxış keçirərək mənə məxsus olmasını və yarasız vəziyyətə düşdüyünü müəyyən etdim, planşetlər və içərisində 30000 manat pul olan kosmetika qabını tapdım, həmin pul da onun içərisində idi. Mənə vurulmuş külli miqdar oğurlanmış ziyan ödənildiyindən onlardan heç bir tələbim yoxdur. Gələcəkdə olarsa əsassız sayılmasını və başlanmış cinayət işinə xitam verilməsini Sizdən xahiş edirəm” məzmunlu ərizə yazılmışdır. Ərizə ona notarial kontorunda saat 19:31-də imza etdirilmişdir. O, xx.xx.2018-ci il tarixdə, Bakı şəhər, 9 saylı notariat kontorunda olmuş, Cavabdeh və qeyriləri tərəfindən qeyd olunan ərizələrin mətni iradə-ifadəsinin əksinə olaraq göstərildiyi və onlar tərəfindən aldandığına görə qeyd edilən ərizələrini saat 11:34-də ləğv etdirmişdir. Cavabdeh, öz dilindən yazıb imza edərək vəd etdiyi 50000 manat pulu xx xxxxxx 2018-ci il tarixdə ödəməyərək onu süründürür, məhz bu əsas səbəblərə görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 250000 manat məbləğində pulun alınaraq ona ödəniləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddə ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır. Həmin cinayət işinin məhkəməyə göndərilməsi ərəfəsində İddiaçı ona zəng edərək, hədə-qorxu gələrək bildirmişdir ki, əgər ona iş üzrə vurulmuş ziyanın əvəzi kimi 300000 manat pul ödəməsə, o, öz şəxsi əlaqələrindən istifadə edərək, qurama cinayət işi başlatdığı kimi, bu dəfə də onu həbs etdirəcək, onun barəsində mətbuatda böhtan xarakterli yazılar dərc etdirəcək, vəzifəli şəxslərin qəbuluna düşüb şərböhtanlarla onun başına istənilən oyun açacaqdır. Lakin 300000 manatı ödəyəcəyi təqdirdə cinayət işi üzrə ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi, ona qarşı şikayəti, tələbi olmaması barədə ərizə verəcəyini və cinayət işini xitam etdirəcəyini bildirmişdir. O, onsuz da əsassız yerə ittiham olunduğunu, istintaq dövründə bütün halların ona qarşı qərəzli yönəldiyini, və bundan sonra bütün işlərin ona qarşı qərəzli çevrilməsini gördüyündən, bildiyindən məcburiyyət qarşısında onun bu təklifinə razılıq vermişdir. Lakin bildirmişdir ki, o yalnız cinayət işi üzrə vurulmuş maddi ziyanı ödəyə bilər. İddiaçı təkidlə bildirmişdir ki, o, ona 300000 manat ödəməlidir ki, həmin puldan vurulmuş ziyanı çıxsın, qalan pul isə cinayət işinin xitamı üçün ona lazımdır. O, İddiaçı bu təkidlərinin qarşısında ona 250000 manat pul ödəməyi, qalan 50000 manat pulu isə cinayət işinin xitam edilməsindən sonra ona ödəməyi qərara almışdır. Beləliklə də, onlar razılaşaraq birlikdə 9 saylı notariat kontoruna getmişlər. Orada İddiaçı aşağıdakı məzmunda ərizəni notariusun, onun yanında imzalamışdır. Ərizədə göstərilmişdir ki, “Yazıb Sizə bildirirəm ki, mənə edilmiş qanunsuz əməllərə və əmlakıma vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Müşəkəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində AR CMnin 177.3.2, 186.1, və 322.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə X11, Cavabdeh və X6 ilə aramızda olan anlaşılmamazlıqlar müsbət şəkildə həll edilmişdir. Cinayət işində oğurluq faktının predmeti olan pul və əşyalar tapılıb mənə qaytarılmışdır və mənə dəymiş ziyan ödənilmişdir. Belə ki, 08.11,2018-ci il tarixdə saat 17:00 radələrində mənə Əsəd adlı şəxs zəng edərək, özünü Ağayev Nizamiyə məxsus qeyri-yaşayış binasının anbardan kimi təqdim etdi və bildirdi ki, həmin qeyri-yaşayış binasının zirzəmisində parçalar, paltarlar, planşetlər və mənə məxsus olması ehtimal olunan əşyalar tapılmışdır və xahiş etdi ki, mən gəlib həmin əşyalara baxıb mənə məxsus olub-olmamasını yoxlayım. Mən xx.xx.2018-ci il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanında yerləşən həmin qeyri-yaşayış binasına gəlib Əsəd adlı şəxslə ofisin zirzəmisinə düşüb və həmin əşyalara baxış keçirərək, mənə məxsus olmasını müəyyən etdim. Qeyd etməliyəm ki, həmin əşyalar uzun müddət zirzəmidə qaldığı üçün yararsız vəziyyətə düşdüyünü müəyyən etdim. Bundan başqa, mən oğurlanmasını ehtimal etdiyim planşetlər və içərisində 30.000 manat pul olan kosmetika qabını tapdım və həmin pul məbləği də onun içərisində idi. Mənim əşyalarım yararsız vəziyyətə düşdüyü üçün mənə vurulmuş ziyan X11, Cavabdeh və X6 tərəfindən tam ödənilmişdir. Həmin şəxslərlə barışmışam və onlarla aramızda olan heç bir problem qalmamışdır. X1, Cavabdeh və X6 barəsində heç bir şikayətim, iddiam və tələbim yoxdur. Gələcəkdə də hər hansı iddia və tələbim olarsa, əsassız sayılmasını və başlanılmış cinayət işinə xitam verilməsini Sizdən xahiş edirəm.” Təəssüflər olsun ki, İddiaçı həmin ərizənin notarial qaydada təsdiqindən üç gün sonra notariusa gedərək həmin ərizənin ləğv edilməsi barədə təkrar ərizə vermişdir. Bununla tam təsdiq olunur ki, İddiaçı ona qarşı dələduzluq etmiş, ona hədələr gələrək, etibarından suiistifadə edərək, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi, həmçinin guya cinayət işinin xitamı adı ilə ondan 250000 manat pul almış, bununla bağlı notarial qaydada ərizə vermiş, lakin pulu aldıqdan üç gün sonra həmin ərizəni ləğv etdirmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, onlar cavabdehlə 2019-cu ildə barışmaq qərarına gəlmişlər. Lakin ondan sonra aralarında yenə də mübahisələr olmuşdur. Razılığa görə pulu ona mülki qaydada ödənilməli idi. Lakin hansısa səbəbdən notariusda razılığa gələrkən ona 250000 manat ödənildi, 50000 manat isə qaldı. Azər müəllimin yazılı formada ona verdiyi razılığa görə qalan məbləği bir ay ərzində ödəməli idi. Bir ay keçəndən sonra o, tələbini qanun çərçivəsində irəli sürmüşdür. O, qarşı tərəfə ******* avro məbləğində xeyir vermişdir. Lakin sözügedən obyekt açıldıqdan 6 ay müddət keçdikdən sonra şəriklərdən biri olan Nizami müəllim onunla dava-dalaş etməyə başladı və məsələ bu yerlərə gəlib çıxdı. Onun fəaliyyətini 5 ildir ki, dayandırıblar, o, Azərbaycanı bir neçə ölkələrdə təmsil edə bilməmişdir. Bu günə qədər moda evi bağlıdır, onun əşyaları oğurlanmışdır. Onun özünə və əşyalarına ziyanlar vurulmuşdur. Ona ödənilən pulun isə sözügedən cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Onlar razılaşmışdır ki, qarşı tərəf ona 300000 manat məbləğində mülki qaydada pul verəcəkdilər, çünki 1000,000 avro məbləğində təmirə pul vermişdir. Hal-hazırda onlar o binanı icarəyə verib pul qazanırlar, o isə kənarda qalmışdır. Cinayət işi ilə bağlı onlar razılaşmışlar ki, qarşı tərəf ona 200000 manat məbləğində ödəniş edəcək və onlar məhkəmədə barışıq əldə edəcək və çalışacaqlar ki, cinayət işinə xitam verilsin. Lakin qarşı tərəf ona qarşı 104000 manatlıq iddia qaldırmışlar. O, binanı təhvil vermiş, 118000 manat məbləğində ona binanı təmir etdirdiyinə görə pul ödəmişlər. 2018-ci ilin aprel ayında o icra məmuru ilə binanı təhvil vermiş, lakin 3 aydan sonra qarşı tərəf binanı dağıdıb, onu şərləmişlər. O, boynuna alır ki, binadan nə apara bilmişdirsə - mebellərdən, aksessuarlardan, xaricdən gətirilən çilçıraqlardan aparmışdır. 15000 kv metrlik binanı o, bir il yarım təmir etmiş, altı ay orda fəaliyyət göstərmişdir, 238000 manat icarə haqqı ödəmişdir. Dövlət ekspertizasının rəyi var, hansı ki həmin rəydə 700000 manat təmirə pul qoyulduğunu təsdiq edilib. İndi o təmirə qoyduğu pulu tələb edir. Məhkəmənin xx.xx.2019 tarixli iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddiaya etiraz edərək qarşılıqlı iddiaya uyğun izahat vermiş və onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ilkin iddia üzrə Cavabdeh məhkəməyə təqdim edilmiş etirazında göstərmişdir ki, ilkin iddia üzrə İddiaçı öz iddia tələblərini əsaslandırmaq məqsədilə özünün Bakı şəhəri 9 saylı notariat kontorunda notarial qaydada imzalanmış ərizəsinə və onun tərəfindən yazılmış xx.xx.2018-ci il tarixli ərizəyə istinad etmişdir. Həmin ərizələrə istinad etməklə, iddiaçı əsaslandırmağa çalışmışdır ki, guya ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə ilə əlaqədar vurulmuş 300000 manat ziyandan vəd edilmiş 50000 manatla bağlı aralarında ərizə və qəbz yazılmışdır. Lakin İddiaçı ödənilmiş pul müqabilində o, 9 saylı Notariat Kontorunda Azərbaycan Respublikası bütün məhkəmə orqanlarına, Bakı Ağır Cinayətlər Məhkəməsinə, Azərbaycan Respublikası Baş X9 Cavabdeh şikayətçi olmaması barədə, vurulmuş ziyanın tam ödənilməsi barədə, onunla barışması və aralarında heç bir problem qalmaması barədə, həmçinin Cavabdeh və digərləri barədə başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. İddiaçı həmin ərizənin tərtibində iştirakı və təsdiq zamanı onun özünün vəkili Vasif, Vasifin tanışı hüquqşünas Müşfiq, atasının hüquqşünası Füzuli, Cavabdeh tanışları Arif və Nizami Ağayev yanında olmuşdur. Həmçinin baş verən bütün bu söhbətlərin audio və video görüntülər mövcuddur. Bundan sonra o, İddiaçı cinayət işinin xitam olunmasından sonra 50000 manat pul ödəməyi ilə bağlı qəbz yazıb vermişdir. Təqdim olunan ərizələrin mətnindən görünür ki, orada hər hansı yaşayış sahəsinin istifadəsi ilə bağlı vurulmuş ziyandan, hər hansı mülki işdən söhbət getmir, əksinə ərizədə hüquq-mühafizə orqanına ünvanlanmaqla, cinayət işi üzrə vurulmuş maddi ziyandan və cinayət işinin xitam verilməsindən bəhs edilir. İddiaçı heç bir hüquqi əsas olmadan guya həmin ərizənin qeyri-yaşayış sahəsinin istifadəsi ilə bağlı vurulmuş ziyanla, yəni mülki mübahisə ilə bağlı olmasını əsaslandırmağa çalışır. Lakin ərizənin məzmunu və digər sübutlar onun dediklərinin tam əsassız olmasını, yalan və növbəti uydurma, iftira olmasını təsdiq edir. Bununla tam təsdiq olunur ki, İddiaçı ona qarşı dələduzluq etmiş, ona hədələr gələrək, etibarından sui-istifadə edərək, cinayət işi üzrə, həmçinin guya cinayət işinin xitamı adı ilə ondan 250000 manat pul almış, hazırda isə həmin pulu mülki iş üzrə almasını bildirməklə onu aldatmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı izahatında bildirdi ki, ilkin iddia tələbini qəbul etmir. Qarşı tərəf onu şantaj eləmişdir. İlkin iddia üzrə iddiaçı onları şantaj etməklə hədələmiş və onlardan 300000 manat məbləğində pul tələb etmişdir. Əvəzində isə onlara qarşı iddiasının olmamağı barədə ərizə verəcəyini demişdir. Onlar da bu şantajdan qurtulmaq üçün 300000 manat pul verməyə razılaşmış və onlar notariusda razılıq əldə edərək 250000 manatı qarşı tərəfə vermiş, 50000 manatı isə sonra verəcəklərini bildirmişlər. Qarşı tərəf də notariusda ərizə yazaraq imzası ilə təsdiq etmişdir ki, onlara qarşı hər hansı bir cinayət işi ilə bağlı tələbinin olmadığını bildirmişdir. 2 gün keçəndən sonra notarius zəng edərək, xanımın gəlib ərizəsini geri götürdüyünü bildirmişdir. Bildirib ki, guya latın qrafikasını oxuya bilmir, guya xanımı aldadıblar. Lakin orda videoyazılar da var ki, bütün yazıları öz vəkili yazıb, özü gəlib oxuyub və vəkili də məzmununu başa salıb və ilkin iddia üzrə iddiaçı da bildirib ki, razıdır. Aydındır ki, ilkin iddia üzrə iddiaçı 250000 manat pulu onlardan dələduzluqla alıb. Ona görə də o, məhkəmədən ilkin iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında bildirdi ki, ilkin iddia üzrə iddiaçının müraciəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, heç bir üzrlü səbəb göstərilməmişdir, həmçinin mülki iş uzun müddətdir ki, davam edir və məhkəmə iclasları dəfələrlə təxirə salınmışdır. Həmçinin o, izahatında bildirmişdir ki, barələrində gedən cinayət işi üzrə məhkəməyə təqdim etdiyi yekun məhkəmə qərarında da qeyd olunmuşdur ki, qarşı tərəf həmin 250000 manat pulu qisas məqsədi ilə və dələduzluqla almışdır. Pulu alaraq notariat kontorunda verdiyi ərizəni də 2-3 gündən sonra gedib ləğv etdirmişdir. Öz vəkili ilə birlikdə yazıb təsdiq etdiyi ərizəni sonradan gedib bilməyərək imza etdiyini qeyd edərək təkzib etmişdir. Hərəkət onu göstərir ki, bu dələduzluqdur. Ağır Cinayətlər Məhkəməsinin qərarında da bu hərəkətə lazımi qiymət verilmişdir. Qarşı tərəf iddia edir ki, 250000 manat məbləğində pulu guya hansısa mülki ziyan- təmirə çəkdiyi xərclərə görə alıb. Amma qarşı tərəf maddi ziyana görə ondan məhkəmə qaydasında – Ali Məhkəmənin qərarı ilə 118000 manat pul alıb. 250000 manatı sırf ondan ona görə almışdır ki, cinayət işi üzrə ərizə ilə şikayət verməsin və iş barışıqla xitam olunsun. Digər tərəfdən həm də onlara dəfələrlə zəng vuraraq şantaj etmişdi ki, əgər o, xanıma 250000 manat pul verməsə, onların barəsində daha yuxarı instansiyalara şikayət edəcək. Notariusda yazdığı ərizədə də açıq-aydın qeyd etmişdir ki, o bu 250000 manatı ona görə alır ki, cinayət işi üzrə şikayət etməsin və məhkəməni barışıqla həll etsin. Lakin 2-3 gün sonra öz ərizəsini geri götürmüş, cinayət işi üzrə də ərizə vermiş və barəsində cinayət işi üzrə icraat davam etmişdir. 1 ildən çox davam edən prosesin sonunda təqsirsizlikləri sübut olunmuş və 250000 manat pul onlardan dələduzluqla alınmış hesab edilmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilmısini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməli, qarşılıqlı iddia ərizəsi isə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli qəbzdən görünür ki, X7 onunla İddiaçı ilə arasında olan razılaşmaya əsasən İddiaçı vurulmuş ziyanın məbləğini təşkil edən 300000 (üç yüz min) manat puldan 250000 (iki yüz əlli min) manatını ona ödəmişdir. Yerdə qalan 50000 (əlli min) manatı 1 ay müddətinə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş X9 ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, ona edilmiş qanunsuz əməllərə və əmlakına vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində AR CM-nin 177.3.2, 186.1 və 322.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə X11, Cavabdeh və X6 ilə aralarında olan anlaşılmazlıqlar müsbət şəkildə həll edilmişdir. Cinayət işində oğurluq faktının predmeti olan pul və əşyalar tapılıb ona qaytarılmışdır və ona dəymiş ziyan ödənilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə saat 17:00 radələrində ona Əsəd adlı şəxs zəng edərək özünü Ağayev Nizamiyə məxsus qeyriyaşayış binasının anbardarı kimi təqdim etdi və bildirdi ki, həmin qeyri-yaşayış binasının zirzəmisində parçalar, paltarlar, planşetlər və ona məxsus olması ehtimal olunan əşyalar tapılmışdır və ondan xahiş etmişdir ki, o gəlib həmin əşyalara baxıb ona məxsus olub olmamasını yoxlasın. O, xx.xx.2018-ci il tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanında yerləşən həmin qeyri-yaşayış binasına gəlib Əsəd adlı şəxslə ofisin zirzəmisinə düşüb və həmin əşyalara baxış keçərərək ona məxsus olmasını müəyyən etmişdir. Həmin əşyalar uzun müddət zirzəmidə qaldığı üçün yararsız vəziyyətə düşdüyünü müəyyən etmişdir. Bundan başqa oğurlanmasını ehtimal etdiyi planşetlər və içərisində 30000 manat pul olan kosmetika qabını tapmış və həmin pul məbləği də onun içərisində idi. Onun əşyaları yararsız vəziyyətə düşdüyü üçün ona vurulmuş ziyan X11, Cavabdeh və X6 tərəfindən tam ödənilmişdir, həmin şəxslərlə barışmış və onlarla aralarında heç bir problem qalmamışdır. X2, Cavabdeh və X8 barəsində heç bir şikayəti, iddia və tələbi yoxdur gələcəkdə hər hansısa iddia və tələbi olarsa əsassız sayılması və başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlandığı notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, ona edilmiş qanunsuz əməllərə və əmlakına vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində AR CM-nin 177.3.2, 186.1 və 322.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə X11, Cavabdeh və X6 ilə aralarında olan anlaşılmazlıqlar müsbət şəkildə həll edilmişdir. Cinayət işində oğurluq faktının predmeti olan pul və əşyalar tapılıb ona qaytarılmışdır və ona dəymiş ziyan ödənilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə saat 17:00 radələrində ona Əsəd adlı şəxs zəng edərək özünü Ağayev Nizamiyə məxsus qeyri-yaşayış binasının anbardarı kimi təqdim etdi və bildirdi ki, həmin qeyri-yaşayış binasının zirzəmisində parçalar, paltarlar, planşetlər və ona məxsus olması ehtimal olunan əşyalar tapılmışdır və ondan xahiş etmişdir ki, o gəlib həmin əşyalara baxıb ona məxsus olub olmamasını yoxlasın. O, xx.xx.2018-ci il tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanında yerləşən həmin qeyri-yaşayış binasına gəlib Əsəd adlı şəxslə ofisin zirzəmisinə düşüb və həmin əşyalara baxış keçərərək ona məxsus olmasını müəyyən etmişdir. Həmin əşyalar uzun müddət zirzəmidə qaldığı üçün yararsız vəziyyətə düşdüyünü müəyyən etmişdir. Bundan başqa oğurlanmasını ehtimal etdiyi planşetlər və içərisində 30000 manat pul olan kosmetika qabını tapmış və həmin pul məbləği də onun içərisində idi. Onun əşyaları yararsız vəziyyətə düşdüyü üçün ona vurulmuş ziyan X11, Cavabdeh və X6 tərəfindən tam ödənilmişdir, həmin şəxslərlə barışmış və onlarla aralarında heç bir problem qalmamışdır. X2, Cavabdeh və X8 barəsində heç bir şikayəti, iddia və tələbi yoxdur gələcəkdə hər hansısa iddia və tələbi olarsa əsassız sayılması və başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh və X11 tərəfindən Məhkəmə Orqanlarına ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, İddiaçı ilə aralarında olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair yaranmış olan mübahisə aralarında barışıqla həll edilmişdir, onların İddiaçı qarşı maddi və hər hansısa bir əmlak tələbləri yoxdur. Onlar – İddiaçı qarşı Azərbaycan Respublikasının Məhkəmə Orqanlarında qaldırdıqları bütün iddialardan imtina edir və hal hazırda məhkəmələrin icraatında olan mülki işlərə baxılmasına xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh və X11 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, İddiaçı ərizəsi əsasında başlanmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində AR CM-nin 177.3.2,186.1 və 322.2ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı ilə barışmışlar, onun əşyaları ona məxsus olan qeyri-yaşayış binasının zirzəmisində tapılmışdır, Həmin əşyalar yararsız vəziyyətə düşdüyü üçün onlar tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir.Onunla aralarında heç bir anlaşılmazlıq qalmamışdır. Onların İddiaçı qarşı hər hansısa şikayətləri və iddiaları yoxdur gələcəkdədə olmayacaqdır. Odur ki, ərizəni nəzərə almağı və cinayət işinə xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı tərəfindən Azərbaycan Respublikası bütün məhkəmə orqanlarına ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, xx.xx.2018-ci il tarixdə 8İ/7465 reyestr nömrəsi ilə Bakı şəhəri 9 saylı Notariat kontorunda X11, Cavabdeh və X6 tərəfindən ona dəymiş ziyanın ödənilməsi, onlara qarşı heç bir şikayət, iddia və tələbinin olmaması, ********* nömrəli cinayət işinə xitam verilməsinə dair ərizə rəsmiləşdirilmişdir. Qeyd edilən ərizəni etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, xx.xx.2018-ci il tarixdə 8İ/7464 reyestr nömrəsi ilə Bakı şəhəri 9 saylı Notariat kontorunda X11, Cavabdeh və X6 tərəfindən ona dəymiş ziyanın ödənilməsi, onlara qarşı heç bir şikayət, iddia və tələbinin olmaması və ********* nömrəli cinayət işinə xitam verilməsinə dair ərizə rəsmiləşdirilmişdir. Qeyd edilən ərizəni etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş X9 ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, xx.xx.2018-ci il tarixdə 8İ/7463 reyestr nömrəsi ilə Bakı şəhəri 9 saylı Notariat kontorunda X11, Cavabdeh və X6 tərəfindən ona dəymiş ziyanın ödənilməsi, onlara qarşı heç bir şikayət, iddia və tələbinin olmaması və ********* nömrəli cinayət işinə xitam verilməsinə dair ərizə ünvanlamışdır. Qeyd edilən ərizəni etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, X11 və X3 AR CM-nın 177.3.2, 186.1 və 322.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin icraatında istintaqı yekunlaşanadək mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə 2(004)-1154/2019 saylı mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X5, Cavabdeh və X4 Azərbaycan Respublikası CM-nin 177.3.2, 186.1 və 322.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökm qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, X5, Cavabdeh və X4 Azərbaycan Respublikası CM-nin 177.3.2, 186.1, 322.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmədiyindən onlara həmin maddələrlə bəraət verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 83/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2, 186.1 və 322.2-ci maddələri ilə təqsirləndirilməsinə dair DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işinin məhkəməyə göndərilməsi ərəfəsində xx.xx.2018-ci il tarixdə barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədi ilə İddiaçı 250000 manat pul ödəmiş, qalan 50000 manat məbləğində pulu isə bir ay müddətində ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı ödənilmiş pul müqabilində xx.xx.2018-ci il tarixdə 9 saylı Notariat Kontorunda Azərbaycan Respublikası bütün məhkəmə orqanlarına, Bakı Ağır Cinayətlər Məhkəməsinə, Azərbaycan Respublikası Baş X9 Cavabdeh şikayətçi olmaması barədə, vurulmuş ziyanın tam ödənilməsi barədə, onunla barışması və aralarında heç bir problem qalmaması barədə, həmçinin Cavabdeh və digərləri barədə başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2018-ci il tarixdə İddiaçı 9 saylı Notariat Kontoruna yenidən müraciət edərək yuxarıda göstərilən ərizələrin etibarsız hesab olunmasını xahiş etmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 250000 manat məbləğində pulun alınaraq ona ödəniləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi əsassız olduğu üçün təmin edilməməldir. Belə ki, iş materiallarından görünür ki, məhz ilkin İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizə əsasında hazırki mülki iş üzrə xx.xx.2019-cu il tarixdə icraat dayandırılmışdır. Bu da onu təstiq edir ki, İddiaçı özü ona vurulmuş ziyanı Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqələndirmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzdən də görünür ki, İddiaçı 250000 manat pulu Cavabdeh ona vurulmuş ziyanla əlaqədar almışdır. Bununla belə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 177.3.2, 186.1, 322.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-83/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bununla da Cavabdeh tərəfindən hər hansı ictimai təhlükəli əməlin törədilməsi və İddiaçı maddi ziyanın vurulması müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd edilmişdir ki, (hökmün 10-cu səh.) təqsirləndirilən şəxslər Nizami Ağayev və X13 Əhmədova ilə aralarında olan məhkəmə mübahisələrinə son qoymaq məqsədilə İddiaçı təmirə çəkmiş olduğu xərclərin əvəzi kimi məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 118000 manat pulu ona ödədikdən sonra, cinayət işinin məhkəməyə göndərilməsi ərəfəsində İddiaçı məhz həmin cinayət işi ilə əlaqədar 250000 manat əlavə vəsait ödəmişlər ki, İddiaçı onlardan şikayətçi olmaması barədə ərizə təqdim etsin və bütün məhkəmə mübahisələrinə son qoysun, yəni məsələ sülh yolu ilə həllini tapsın. İddiaçı 250000 manat pulu aldıqdan sonra, notarial qaydada ərizə təqdim etmiş və üç gündən sonra isə həmin ərizəni ləğv etdirmişdir. Məhkəmə istintaqı zamanı həmin xüsusatlarla bağlı verilmiş suallara cavab olaraq İddiaçı bildirmişdir ki, 250000 manat pulu hazırki cinayət işi ilə əlaqədar deyil, mülki işlə bağlı almış və pulun cinayət işinə heç bir aidiyyəti yoxdur. Bununla da, İddiaçı növbəti dəfə özü birmənalı şəkildə verdiyi bütün ifadələrinin yalan, həqiqəti əks etdirməyən və yalnız təqsirləndirilən şəxslərdən qisas almaq məqsədi daşımasını birmənalı şəkildə təsdiq etmişdir. Belə ki, İddiaçı öz vəkilinin iştirakı ilə notariusda məzmunu ilə tanış olduqdan sonra imzaladığı ərizənin məzmunundan açıqaşkar görünür ki, həmin ərizə cinayət işi ilə bağlı yazılmış və məhz cinayət işinin icraatında olduğu məhkəməyə və prokurorluq orqanına ünvanlanmışdır. Lakin İddiaçı həmin ərizənin mülki işlə bağlı yazıldığını bildirməsi birmənalı şəkildə təsdiq edir ki, o, təqsirləndirilən şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini tələb edib almaqla, həmin pul vəsaitini mənimsəmək məqsədi daşıyır. Bununla da bir daha təsdiq olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh aldığı 250000 manat müqabilində elə həmin tarixdə 9 saylı Notariat Kontorunda Azərbaycan Respublikası bütün məhkəmə orqanlarına, Bakı Ağır Cinayətlər Məhkəməsinə, Azərbaycan Respublikası Baş X9 Cavabdeh və digərləri barəsində heç bir şikayəti olmaması barədə, vurulmuş ziyanın tam ödənilməsi barədə, həmçinin Cavabdeh və digərləri barədə başlanmış cinayət işinə xitam verilməsi barədə ərizələri imzalamışdır. Lakin bir neçə gün sonra, xx.xx.2018-ci il tarixdə, yenidən notariat kontoruna müraciət edərək həmin ərizələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş yaddaş kartında olan video yazıdan da görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Notariat Kontorunda olarkən bütün ərizələrlə diqqətlə tanış olduqdan sonra onları imzalamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh 50000 manat pul tələb etməkdə haqlı deyildir. Əksinə, qarşılıqlı iddia ərizəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə bir daha qeyd edir ki, Cavabdeh tərəfindən hər hansı ictimai təhlükəli əməlin törədilməsi və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maddi ziyanın vurulması öz təsdiqini tapmamışdır. Nəticədə ilkin iddia üzrə İddiaçı 250000 manat pulu Cavabdeh almaqla əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilmiş qanunvericilik aktlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 250000 manat məbləğində pul vəsaiti alınaraq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının iş üzrə xüsusi qərardad qəbul edilməsi barədə tələbi təmin edilməməli, ona Azərbaycan Respublikası CPM-in 204 və 205-ci maddələrinə əsasən cinayət təqibini həyata keçirən orqana müraciət etmək hüquqları izah olunmalıdır. Belə ki, mülki məhkəmə icraatının vəzifəsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin vəzifəni həyata keçirərkən, yəni konkret mülki işə baxarkən, məhkəmə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti alınaraq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar