Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-44/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X8 oğlunun katibliyi İddiaçı və eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Sultanova (keçmiş soyadı Darevi) Nəzrin Əsgər qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı X2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin yararsız hala qalmasına səbəb olan cavabdehin evində olan nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və yararsız vəziyyətə düşmüş əmlakın dəyəri – mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 500 manat pulun və 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzil iddiaçının mülkiyyətindədir. Həmin ünvanda yerləşən evinə mebelləri köçürən zaman, habelə 30 oktyabr 2019-cu il tarixdə iddiaçının mənzilindən bir mərtəbə yuxarıda yerləşən mənzil 4-də yaşayan qonşusu tərəfindən su axıtması nəticəsində iddiaçının evini su basmış, bununla da yeni təmirdən çıxmış mənzilinə zərər dəymişdir. Özünü mənzilin sahibi kmi təqdim edən Cavabdeh1 onunla telefonla əlaqə saxladıqda hal-hazırda mənzildə qızlarının yaşadığını bildirmiş və mənzilə gələrək dəymiş zərəri ödəyəcəyini vəd etmişdir. Lakin cavabdeh vədlərinə əməl etməmiş, onun mənzilini təmir eləməmiş, dəymiş zərərin əvəzini ödəməmişdir. Yasamal Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi işə onların iştiakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmışdır. 11.11.2021-ci il tarixdə iddiaçının vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının ölməsini və hazırda mərhum iddiaçının vərəsələri olduqlarını bildirmişlər. İş üzrə icraat təzələnmişdir. İddiaçı X2 onun vərəsələri ilə əvəz edilmişdir. İddiaçının vərəsələri iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, maddi ziyanın əvəzi olaraq 754 manat və 20 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçıların xeyrinə tutulmasını xahiş etmişlər. Məhkəmənin 14 dekabr 2021-ci il tarixli protokol qərarı ilə Cavabdeh1 əsl cavabdehlər ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilin paylı mülkiyyətçiləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iclas barədə ona heç bir bildiriş gəlməyib. Və gəlməməlidir. Çünki o, varis payçı olsa da, o və ailəsi o evdə yaşamamışlar. Hətta mirasqoyan öləndə o evdə yaşayan digər payçılar onlara xəbər verməmişlər. Xəbər vermədən mülkiyyəti adlarına keçirmək istəmişlər. Öz payını çətinliklə almışdır. Onlar orada yaşamamışlar. Qonşulardan bu barədə sorğu edilə bilər. 1 ilə yaxındır ki, ev bağlıdır. Ancaq əvvəllər yaşayan olub. Ona görədə ona qarşı iddia sürülə bilməz. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdehlərin “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə alınmış şəxsi məlumatlarından görünür ki, onlar 4 saylı mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh5 qardaşı X7 və digər qardaşı (ölmüş vərəsə) X6 övladları Cavabdeh4, Cavabdeh3dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.08.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 577, ev 89, 4 saylı mənzilin ½ hissəsi Cavabdeh2, ¼ hissəsi Cavabdeh4 və ¼ hissəsi Cavabdeh3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. X1 adına Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 89, 1 saylı mənzil 03.03.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.11.2020-ci il tarixli 10/2853 saylı ekspert rəyindən müəyyən olunur ki, ünvan 1 saylı evin 4 saylı mənzilinin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmadığından 1 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. X1 mülkiyyətində olan ünvan 1 saylı evin 1 saylı mənzilin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 754 manat məbləğində müəyyən olunur. Cavabdeh2 tərəfindən təqdim edilmiş ünvan 2 ünvanda yerləşən evin sakinləri tərəfindən tərtib edilmiş akta və ünvan 3nzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25.01.2022-ci il tarixli arayışa əsasən Cavabdeh2 2003-cü ildən hazıradək ünvan 2 ünvanda yaşayır. ünvan 4 İstismar Sahəsinin rəisi, mühəndisi, sahə nəzarətçisi və çilingəri tərəfindən tərtib edilmiş 10.12.2019-cu il tarixli aktdan müəyyən olunur ki, iddiaçılara məxsus mənzilə baxış keçirilmiş, baxış zamanı iddiaçılara məxsus mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 4 saylı mənzildən su axıdılması və mənzilə zərər dəyməsi müəyyən edilmiş, mənzilin mülkiyyətçisi 19.09.2019-cu ildə ölmüş X4 vərəsələrinə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Mənzildə akt tərtib olunan tarixdə mərhumun vərəsələri (qızları) yaşadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılara məxsus mənzilə 30 oktyabr 2019-cu il tarixdə cavabdehlərə məxsus mənzildən su axıdılması nəticəsində 754 manat məbləğində maddi zərər dəymişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, su axıdılan anda cavabdehlərə məxsus mənzildə cavabdehlərdən Cavabdeh3 və Sultanova (Darevi) Nəzrin Əsgər qızı yaşamışlar. Cavabdehlərə məxsus mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh5 19.09.2019-cu il tarixdə vəfat etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia yalnız cavabdehlər Cavabdeh3 və Sultanova (Darevi) Nəzrin Əsgər qızına qarşı təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia cavabdehlər Cavabdeh3 və Sultanova (Darevi) Nəzrin Əsgər qızına qarşı təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci hər birindən ½ hissədə olmaqla həmin cavabdehlərdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh3 377 (üç yüz yetmiş yeddi) manat və Cavabdeh4 377 (üç yüz yetmiş yeddi) manat məbləğində maddi zərər, 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri cavabdehlər Cavabdeh3 və Cavabdeh4 hər birindən ekspertiza dəyərinin ½ hissəsi olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-44/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-44/2022
27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver