Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4405/2024 09.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi ziyan) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı " pul " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250000 manat məbləğində maddi ziyanın və 540 manat dövlət rüsumu olmaqla, ümumilikdə 250540 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 28, mənzil 1-i alqı-satqısı barədə 27 noyabr 2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. həmin müqavilədə ona qarşı edilən hədə-qorxular və təzyiqlər nəticəsində bağlanmışdır. Çox qəribədir ki, o bu müqavilənin bağlanmasına məcbur edilməyinə baxmayaraq, eyni zamanda mənzilin dəyəri baxımından da aldadılmışdır. Belə ki, hal-hazırda mülkiyyətində olan və yaşadığı bu mənzilin real bazar dəyəri 250 min manata yaxındır. İşin hallarından da görünür ki, onun mülkiyyətində olan bu mənzil Bakının mərkəzi ərazisində olmaqla, mənzillərin və torpaq sahələrinin 1 sotunun real bazar qiyməti 200000 manatdan artıqdır. Əlavə olaraq, bu torpaq sahəsində olan yaşayış evinin də olduğunu nəzərə alsaq, onun necə aldandığını başa düşmək olar. İşin hallarından da görünür ki, aralarında bağlanmış müqaviləyə görə həmin bu daşınmaz əmlakın alqı-satqısına görə cavabdeh guya ki, ona 51000 manat pul ödəmişdir. Lakin əslində o ona 1 manat da olsun pul ödəməmişdir. Sadəcə oğlunun ona borcu olduğu üçün o ona və ailəsinə xəsarət yetirəcəyi və işgəncələr verəcəyi ilə hədələyərək belə bir müqavilənin bağlanmasına nail olmuşdur. Lakin onun bu fərdi yaşayış evini cavabdehə ümumiyyətlə satmaq fikri olmayıb və həmin mənzilə görə də ona cavabdeh tərəfindən 1 manat da olsun pul ödənməmişdir. O, aralarında bağlanmış bu alqısatqı müqaviləsinin ləğv edilməsi üçün cavabdehə təklif göndərsə də, onun tərəfindən heç bir cavab almamışdır. Ona görə də o həmin bu alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən iddiası təmin edilməmişdir. Eyni zamanda, bu iddiadan əvvəl həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə də məhkəməyə müraciət etmişdir. Lakin həmin iddiası da təmin edilməmişdir. Bu alqı-satqı müqaviləsi ləğv edilməsə də, o, faktiki olaraq bu evin alqı-satqısına görə bir manat da olsun pul almamışdır. Yəni o, mülkiyyətçi kimi aldadılaraq əmlakından məhrum olmuşdur. Bunun nəticəsində də ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi həmin bu mübahisə predmeti olan mənzilin hazırki real bazar qiyməti 250000 manatdır. O, Cavabdeh ona qarşı törətdiyi bu cinayət əməli ilə əlaqədar həm Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə, həm də AR Baş Prokurorluğuna müraciət etmişdir. Bildirir ki, həmin bu alqı-satqı müqaviləsinin bağlanmasına o, məcbur edilərkən oğlu X23 ilə cavabdeh arasında pul mübahisəsi gedirdi və Ramin həmin pulu ödəyə bilmədiyi üçün cavabdeh və onun oğlu onların ailə üzvlərini ölümlə təhdid edərək bu müqavilənin bağlanmasına nail olmuşdur. Həmin cinayət işinin gedişi zamanı X11 şahid kimi ifadə vermiş və həmin şahid ifadəsində də oğlu Raminin borcuna görə onun mülkiyyətində olan bu mənzilin alqı-satqı müqaviləsinin bağlanmasına məcbur edildiyini göstərmişdir. Yəni işin halları da bir daha sübut edir ki, bu mənzilin alqısatqısı ilə əlaqədar ona heç bir pul vəsaiti ödənməmişdir.
3. Cavabdeh iddia ərizəsinə etirazla bağlı ərizə ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında eyni predmet üzrə qüvvəyə minmiş məhkəmə aktları var. İddiaçı formal olaraq iddi tələbini dəyişsə də, faktiki olaraq eyni mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bunun əsası kimi mülkiyyətində olan əmlaka dair cavabdehlə bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. İddiaçı bildirir ki, cavabdeh tərəfindən ona pul vəsaiti ödənilməmişdir. "xxxx" ASC-nin 6 saylı şöbəsinə xx.xx.2019-cu il tarixli ünvanladığı məktubdan görünür ki, ünvan 18-də qeydiyyatda olan Cavabdeh notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 51000 manat məbləğində pul **********00001AZM54 nömrəli depozit hesabına köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8645/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdehlər İddiaçı, X2, X13, X17, X18, X4, X7, X5, X12, X14, Xəyalə Həsənovaya, X8 qarşı “evin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(006)-1680/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi və vəkili X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “əqdin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmənin gəldiyi nəticəyə əsasən beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63,3 m2 olan tam mülkiyyət üzrə ona məxsus hissəsini 51000 manata Cavabdeh mülkiyyətinə verilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Qüvvədə olan məhkəmə aktları ilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üznuni hesab edilmişdir və həmin əqddə qeyd olunanlar mübahisə predmeti ola bilməz. O cümlədən əmlakın dəyəri ilə bağlı iddiaçının irəli sürdüyü fikirlərin heç bir hüquqi əsası yoxdur və təbii ki, heç bir sübutla da təsdiq olunmur. İndiyə kimi keçirilmiş məhkəmə proseslərinin heç birində əmlakın dəyəri ilə bağlı iddiaçı tərəfindən mövqe bildirilmədiyi halda, 5 ildən sonra əmlakın dəyərinin aşağı olması ilə bağlı iddia tələbinin irəli sürülməsi, yalnız əvvəlki məhkəmə aktlarının icrasını ləngitmək niyyəti daşıyır. Qeyd etdiyi kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanuni hesab edildiyindən, müqavilədə təsbit olunmuş əmlakın dəyəridə mübahisələndirilə bilməz. Faktiki olaraq iddiaçı tərəfindən müqavilə mübahisələndirilir, bu isə qüvvəyə minmiş məhkəmə aktları ilə mümkünsüz olduğundan, həmçinin müqavilənin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət belə buraxılmışdır. Hesab edir ki, iddiaçının belə bir iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ yoxdur. II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
8. Cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir.
III.Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 2 ümumi sahəsi 63,3 m2, yaşayış sahəsi 14 m2, yardımçı sahəsi 49,3 m2 olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə İddiaçı satılan tam hissəsinin əvəzi olaraq 51000 manat ödəməyi öhdəsinə götürür.
11. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-189/22 nömrəli ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 28, mənzil 1 ünvanının 14 dekabr 2022-ci il tarixinə bazar dəyəri: 146000 manat, 2019-cu ilin noyabr ayı tarixinə bazar dəyəri 134500 manat təşkil edir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-664/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2018/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predməti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
15. X9 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2019cu il tarixli ərizəyə əsasən müəyyən olunur ki, İddiaçı məxsus olan ünvan 4i rayonu, Xətai pr., ev 28 mənzil ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq.
16. X20 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2019cu il tarixli ərizəyə əsasən müəyyən olunur ki, İddiaçı məxsus olan ünvan 4i rayonu, Xətai pr., ev 28 mənzil ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq.
17. X25 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2019cu il tarixli ərizəyə əsasən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq.
18. X23 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2019cu il tarixli ərizəyə əsasən müəyyən olunur ki, İddiaçı məxsus olan ünvan 4i rayonu, Xətai pr., ev 28 mənzil ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq.
19. X15 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2019cu il tarixli ərizəyə əsasən müəyyən olunur ki, İddiaçı məxsus olan ünvan 4i rayonu, Xətai pr., ev 28 mənzil ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq.
20. X10 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2019cu il tarixli ərizəyə əsasən müəyyən olunur ki, İddiaçı məxsus olan ünvan 4i rayonu, Xətai pr., ev 28 mənzil ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq.
21. X1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 36A, mənzil 28-də qeydiyyatda olan Cavabdeh notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 51000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubun əsasında Bakı şəhəri, Xətai pr., ev 28, mənzil 1-də qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan **********00001AZM54№-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
22. Cavabdeh tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə, 4Ə-1314 reyestr nömrəsi ilə ünvan 6 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqavilləsi adına rəsmiləşdirilmişdir və həmin əmlakın elektron çıxarışın və texniki pasportun 15 gün müddətinə alınması üçün DƏDRX-in müvafiq ərazi dairəsinə müqavilənin elektron formada ötürülməsini xahiş edir.
23. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, 2019-cu ildə qardaşı xəstələnən zaman bank işçisi olduğunu bildirən Əhməd adlı şəxslə xəstəxanada tanış olmuşlar. Əhməd adlı şəxs sonradan onlardan pul tələb etməyə başlamış, onlara hədə-qorxu gəlmiş, hədə-qorxu altında evlərinin alqı-satqı müqaviləsi bağlanmış, əslində onların evlərini satmaq məqsədi olmamışdır.
24. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudurlar. İddiaçının ailəsində 6 nəvəsi var və onlar bir neçə dəfə səs-küyə görə qaçıb onun evinə gəliblər. Uşaqlar bildirirdilər ki, evlərinə “qoca baba” gəldiyi üçün qorxub onun yanına gəliblər. Həmin şəxsi tanımır. O, həyətdə olanda bir neçə dəfə həmin səs-küyü eşidib və bu qənaətə gəlib ki, həmin şəxs iddiaçının ailəsini çox incidib.
25. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, o, iddiaçının gəlinidir. 3-ü qız 1-i oğlan olmaqla 4 övladı var. Ailələrində söz-söhbət olurdu. Hədə-qorxu içində yaşayıblar. Əhməd adlı şəxs yanında bir oğlanla bir yerdə onların evinə gəlirdi. Notariusda o da iştirak edib, lakin pulun verilməsini görməyib.
26. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, iddiaçının həyat yoldaşıdır. Övladı zəhərləndiyi üçün xəstəxanaya yerləşdirildi. Həmin vaxt Əhməd adlı şəxs xəstəxanaya gəlib dedi ki, oğlunun iş yoldaşıdır. Oğlu xəstəxanadan çıxandan sonra Əhməd adlı şəxs soruşaraq onların evini tapmış və ora gəlmiş və onları təhdid etməyə başlamış, məcburiyyət altında alqı-satqı müqaviləsi bağlanmışdır.
27. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində bildirmişdir ki, iddiaçının oğludur. Onların evlərini satmaq niyyəti olmayıb. Notariusda iştirak edib, ərizəni imzalayıb. Lakin alqı-satqıya şahid olmayıb.
28. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
29. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
32. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
33. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
34. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
35. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
36. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
38. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
39. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
40. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı və cavabdeh arasında 27 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlanmış, müqavilədə daşınmaz əmlakın qiyməti 51000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən əvvəlcə sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia qaldırılsa da, lakin iddiası təmin edilməmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçının alqı-satqı müqavilənin ləğvi ilə bağlı iddia tələbi də təmin edilməmiş və sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırda isə iddiaçı həmin müqavilənin 51000 manat məbləğdə bağlanmasını razılaşdırılsa da, lakin həmin məbləğin həqiqəti əks etdirmədiyi, mənzilin həqiqi dəyərinin 250000 manat olmasını iddia edərək, cavabdeh tərəfindən ona heç bir məbləğin ödənilmədiyini, beləliklə ona 250000 manat məbləğində maddi zərər dəydiyini iddia edir. Cavabdeh isə iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin ləğvi və etibarsızlığı ilə bağlı verdiyi ayrı-ayrı iddia tələblərinin təmin olunmadığı, həmin məhkəmə qərarlarının qanuni qüvvəsini aldığını, buna görə də hazırda iddiaçının iddia tələbinin əsassız olduğunu bildirir.
41. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.
42. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
43. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
44. İddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin məhkəmə qaydasında da etibarlı əqd olunması öz təsdiqini tapmasına baxmayaraq iddiaçı həm iddia ərizəsində müqavilənin etibarsız olmasına istinad edərək ona maddi ziyan vurulduğunu qeyd etmiş, həmçinin məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində izahat vermiş şəxslər də öz ifadələrində müqavilənin etibarsızlığı halına istinad etmişlər. Belə olan halda iddiaçı tərəfindən zərərin mövcudluğu faktını və zərərlə nəticə arasında səbəbli əlaqəni sübut edə bilməmişdir.
45. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
47. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
48. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
49. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
50. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil