Məhkəmə qərarları › İş №2(004)-4411/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4411/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4411/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 06 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment, 30 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etmiş, qətnamə qəbul edilərkən hazırda pandemiya şəraiti ilə əlaqədar olaraq işsiz olmasının, maddi gəlirinin aşağı olmasının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1407/2017 saylı, 21.02.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı Nikah evi tərəfindən 26 noyabr 2007-ci il tarixli, 4176 №-li akt qeydinə əsasən bağlanmış nikah pozulması, 06 yanvar 2009-cu il təvəllüdlü X6 və 30 avqust 2013-cü il təvəllüdlü X2 və tərbiyə edilmələri üçün İddiaçı Xamməd qızının yanında qalmaları, Cavabdeh 26 dekabr 2016-cı il tarixdən başlayaraq hər ay 06 yanvar 2009-cu il təvəllüdlü X1 üçün 137 manat və 30 avqust 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 14 aprel 2017-ci il tarixli, 173 №-li akt qeydi ilə qyedə alınmış nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan AZ-İV № 193228 nömrəli, 24 sentyabr 2013-cü il tarixli, 1204 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X7 30 avqust 2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 229490 nömrəli, 06 fevral 2009-cu il tarixli, 384 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X6 06 yanvar 2009-cu il il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli, Cavabdeh hər ay 06 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment, 30 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən alimentin ödənilməsi üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 06 yanvar 2009-cu il təvəllüdlü X3 və 30 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın . 06 yanvar 2009-cu il təvəllüdlü X3 və 30 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutuması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar