Məhkəmə qərarları › İş №2(004)-4422/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4422/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4422/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadəolunmuş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 2.770,17 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.800,17 manat borc tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 16:30-a təyin olunmuşdur. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını və Azərbaycan Respublikası MPM-in 259.0.11ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədi, iddia ərizəsinin geri qaytarılmasına və iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar