Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4443/2022 29.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” iddia tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 1088,75 manat əsas borc, 214,62 manat faiz borcu olmaqla, cəmi 1303,37 manat borcun və ödənilmiş 33,04 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.336,41 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 74078sBANK/14 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC müştərisi olan Cavabdeh 84 ay müddətinə, 10000 manatadək kredit limiti ayırır, ona bank hesabı acımış və plastik kart təqdim etmişdir. Müştərinin sifarişi ilə xx.xx.2015-ci il tarixdə borcalan Cavabdeh illik 30% faiz olmaqla 60 ay müddətinə 500 manat kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da onun 1088,75 manat əsas borc, 214,62 manat faiz borcu olmaqla, cəmi 1303,37 manat borcu yaranmışdır. Odur ki, iddiaçı 1303,37 manat borc və hazırki iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli, 74078sBANK/14 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), 10.000 (on min) AZN məbləğdə kredit limiti ayırmış, ona bank hesabı açmış və plastik kart təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2015-ci il tarixdə ona 60 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 500 manat kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə ona ayrılmış kredit üzrə xx.xx.2022-ci il tarixə 1088,75 manat əsas borc, 214,62 manat faiz borcu olmaqla, cəmi 1303,37 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli, 74078sBANK/14 nömrəli kredit müqaviləsi üzrə 1088,75 manat əsas borc, 214,62 manat faiz borcu olmaqla, cəmi 1303,37 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 33,04 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.336,41 (bir min üç yüz otuz altı manat, qırx bir qəpik) manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 74078sBANK/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1088,75 manat əsas borc, 214,62 manat faiz borcu olmaqla, cəmi 1303,37 manat borc və ödənilmiş 33,04 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.336,41 (bir min üç yüz otuz altı manat, qırx bir qəpik) manat tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4443/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4443/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver