Məhkəmə qərarları › İş №2(004)-4445/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4445/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4445/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarında dəyişiklik edərək hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə Yasamal rayon məhkəməsinin 2 (004)-835/2013 nömrəli qətnaməsi ilə cavabdehin ona xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş övladları X3 baxılması üçün hər ay 100 AZN məbləğində aliment ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərar qəbul olunmasına baxmayaraq bu günə qədər cavabdeh övladının təhsili, yaşayış şəraiti, qidalanması, xəstəliyi bağlı ilə qətiyən maraqlanmır və Yasamal Rayon Məhkəməsinin aliment tələbi ilə bağlı verdiyi qərarı yerinə yetirmir. İş üzrə icraçı İlyas Cəfərova bir neçə dəfə müraciət etsədə icraçı hər dəfə əlaqə saxlayacağını bildirib və heç bir nəticə olmayıb. Dəfələrlə cavabdehlə əlaqə saxlamış və hər dəfəsində müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınmışdır. Alimentin cavabdehdən alınaraq ona ödənilməsinə və övladlarının təhsil, geyim, qida, komunal xərclərini, hal-hazırkı həyat şərtlərini və müəyyən vacib olan ehtiyyaclarını nəzərə alaraq alimentin 200 AZN məbləğində artırılması barədə qərar qəbul etməyinizi məhkəmədən xahiş etmişdir. Hal-hazırda o, Azərbaycan Respublikası Silahli Qüvvələrində xidmət edir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə cavabdeh X6, hal-hazırda isə Cavabdeh ad və soyadını daşıyır. Bu səbəblə əlaqədar olaraq övladları X1 və ata adı dəyişdirilib. Hal-hazırda X4r. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-835/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X9 (Cavabdeh) oğluna qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay cavabdeh X9 (Cavabdeh) oğlundan 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət olunmuş, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin ediİməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 247011 saylı Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-835/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X9 (Cavabdeh) oğluna qarşı “Aliment” tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay cavabdeh X9 (Cavabdeh) oğlundan 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin ediİməməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Lakin həmin aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar