Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4456/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 523,03 manat, həmin məbləği qanunsuz saxladığı üçün 25,50 manat olmaqla, cəmi 548,50 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 08.01.2019-cu il tarixli MasterCard Standart kart müqaviləsinin icra olunması üçün bank tərəfindən cavabdehə 540774******7889 saylı bank kartı verilmiş və **********0944-271914 saylı kart hesabı açılmışdır. 06.02.2019-cu il tarixində cavabdeh tərəfindən onlayn şəkildə 553,11 manat istifadə edilmişdir. Həmin əməliyyat 13.03.2019-cu il tarixdə cavabdehin hesabına geri qaytarılmış və onun tərəfindən istifadə edilmişdir. Əməliyyat digər valyutada olduğuna görə kurs fərqi üzrə 22.03.2019-cu il tarixində təkrar 528,63 manat silinmə gəlmişdir. Bu səbəbdən cavabdehə məxsus hesab üzrə 523,03 manat məbləğində overdarft borcu yaranmışdır. Bank tərəfindən cavabdehə bu barədə 25.02.2021-ci il tarixli, RB02/02-6313 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 510,36 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 7.2.23-cü maddəsinə əsasən müştəri hesablarında pul vəsaiti kifayət qədər olmazsa, bank, müştərinin adına ssuda hesabı açaraq, yaranmış borcu (overdraft) illik 2 faiz dərəcəsi ilə hesablayaraq ona kredit borcu yaratmaq və həmin borcun ödənilməsini dərhal tələb etmək hüququna malikdir. Cavabdeh 523,03 manat məbləği qanunsuz olaraq 28 ay ərzində özündə saxlayıb banka verməmişdir. Bu səbəbdən əlavə olaraq banka çatası pulu qanunsuz saxladığı üçün 24,50 manat faiz borcu ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 445.7, 449.1, 1091-1094-cü maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, İddiaçı ASC-nin Nizami fılialı ilə Cavabdeh arasında bağlanmış “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 08.01.2019-cu il tarixli MasterCard Standart kart müqaviləsinin icra olunması üçün bank tərəfindən cavabdehə 540774******7889 saylı bank kartı verilmiş və **********0944-271914 saylı kart hesabı açılmışdır. 06.02.2019-cu il tarixində cavabdeh tərəfindən onlayn şəkildə 553,11 manat istifadə edilmişdir. Həmin əməliyyat 13.03.2019-cu il tarixdə cavabdehin hesabına geri qaytarılmış və onun tərəfindən istifadə edilmişdir. Əməliyyat digər valyutada olduğuna görə kurs fərqi üzrə 22.03.2019-cu il tarixində təkrar 528,63 manat silinmə gəlmişdir. Hazırda iş materiallarına əlavə edilmiş 16.06.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müvafiq müqavilə üzrə banka 523,03 manat, həmin məbləği qanunsuz saxladığı üçün 25,50 manat olmaqla, cəmi 548,50 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 449.1,-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin qeyd olunan maddələrindən də göründüyü kimi, cavabdeh hazırki vəziyyətdə banka zərər vurmuş və əsassız varlanmışdır. Eləcə də, cavabdeh Kərimova El- X4 əsassız varlanma halı onunla sübut olunur ki, cavabdeh həmin məbləğin ona məxsus olmamasını bilə-bilə onu kartdan çıxarmış və çıxarmasından da əlavə onu bu günə kimi banka geri qaytarmaqdan imtina etmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən 523,03 manat, həmin məbləği qanunsuz saxladığı üçün 25,50 manat olmaqla, cəmi 548,50 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 523,03 manat, həmin məbləği qanunsuz saxladığı üçün 25,50 manat olmaqla, cəmi 548,50 (beş yüz qırx səkkiz manat 50 qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4456/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4456/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver