Məhkəmə qərarları › İş №2(004)-446/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-446/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-446/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac vasitəsilə alğı-satqı müqaviləsi əsasında aldığı “Mitsubishi Pajero” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki problemlərinin çox olması səbəbilə ona dəymiş olan 21430 manat məbləğində maddi zərərin cavabdeh “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi"' MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı xx.xx.2023-cii il tarixdə Bakı şəhərində keçirilmiş hərrac vasitəsilə "'Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin balasında olan 2003-cü il buraxılışlı, “Mitsubishi Pajero” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşını alğı-satqı ilə almışdır. Hərracda iştirak etməmişdən əvvəl internet vasitəsilə Özəlləşdirmə Portalında Cavabdeh MMC tərəfindən avtomaşının nasaz vəziyyətə olduğunu və texniki problemləri haqqında qeyd edilmişdir. O, "xxxx" MMC tərəfindən hərrac internet saytında qeyd edilmiş avtomaşının texniki problemlərinin doğruluğuna inanaraq avtomaşını almaq məqsədilə hərracda iştirak etmək üçün avtomaşının 10 faizi dəyərində depozit ödəyərək, hərrac günü həmin avtomaşını almışdır. Lakin hərrac bitdikdən sonra alğı-satqı müqaviləsini imzaladıqdan sonra avtomaşının Cavabdeh MMC tərəfindən internet saytında qeyd olunmuş və onların verdikləri qüsur aktının avtomaşının faktiki vəziyyəti ilə uyğun olmadığını və “Mitsubishi Pajero” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşının hal-hazırki vəziyyətinin daha çox xərc tələb olduğunu bildiyi üçün bununla bağlı dərhal avtoservisə gedərək qüsür aktının hesablanmağı üçün müraciət etmişdir. Cavabdeh MMC etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olmuş “Mitsubishi Pajero" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ümumi nasaz vəziyyətdə olması, qüsurları barədə qeydlər 30 avqust 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında" Aktda öz əksini tapmışdır və sözügedən avtomobilin təmirinin çox xərc tələb etməsi səbəbindən onun hərraca çıxarılması məqsədəuyğun hesab edilmiş və nəqliyyat vasitəsinin satışının həyata keçirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 publik hüquqi şəxsinə müraciət olunmuşdur. Dövlət əmlakının hərraclar vasitəsi ilə satışını, satılmasına dair hərracların keçirilməsini, hərraca çıxarılan əmlakların dəyərinin qiymətləndirilməsini, alıcılara əmlakın göstərilməsini (yerində baxış, foto vs.) Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 publik hüquqi şəxsi həyata keçirir. X2 publik hüquqi şəxsi Cavabdeh balansında olmuş “Mitsubishi Pajero” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qüsurlarını və ümumi texniki nasazlıqlarını nəzərə alaraq avtomobili minimal qiymətlə hərraca çıxarmışdır. “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydalan"nın Hərracda iştirak etmə şərtlərinin 1.1-ci bəndinə əsasən məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları” və qüvvədə olan digər normativ aktlarla müəyyən edilmiş qaydada “Mitsubishi Pajero" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 29 avqust 2023-cü il tarixli 23/05 nömrəli hərrac protokoluna əsasən İddiaçı satılmışdır. Hərrac protokolu İddiaçı tərəfindən imzalanmışdır və onun tərəfindən nəqliyyat vasitəsinin 4550 (dörd min beş yüz əlli) manat dəyərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. Göründüyü kimi, İddiaçı X2 publik hüquqi şəxsi tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılmış, avtomobilin vəziyyəti barədə tam məlumatlı olmuş, hərracda iştirak edərək avtonəqliyyat vasitəsini 4550 (dörd min beş yüz əlli) manata almış və həmin satışdan əldə olunan vəsait dövlət büdcəsinə ödənilmişdir. İddiaçı real olmayan 21430 (iyirmi bir min dörd yüz otuz) manat məbləğində maddi zərər tələbi irəli sürərək tamamilə əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi sübut olunmadığından və əsassız olduğundan təmin edilməməlidir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilə azadlığı prinsipləri təsbit olunmuşdur. Beləliklə, iş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində olan Cavabdeh MMC-nin nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında 30 avqust 2022-ci il tarixli aktdan görünür ki, MİTSUBİSHİ PAJERO MİNİK markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirərkən müəyyən edilmişdir: “Mühərrik nasaz haldadır. Kardan işləmir. Kompressor işləmir. Baraban sıradan çıxıb. Sürətlər qutusunda problemlər var.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 sentyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin tabeliyində Cavabdeh MMCnin balansında olan 2003-cü il buraxılışlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışının həyata keçirilməsi barədə müraciət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuşdur. Əlavə olunmuş sənədlərə Xidmətdə yaradılmış xüsusi komissiyada baxılaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları” və qüvvədə olan digər normativ aktlarla müəyyən edilmiş qaydada sözügedən nəqliyyat vasitəsi 29 avqust 2023-cü il tarixli 23/05 nömrəli hərrac protokoluna əsasən İddiaçı satılmış və həmin şəxs tərəfindən nəqliyyat vasitəsinin 4550 (dörd min beş yüz əlli) manat dəyərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin tabeliyində Cavabdeh MMC-nin balansında olan 2003-cü il buraxılışlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi balansdan çıxarılaraq onun texniki sənədləri dövlət yol polisi orqanlarında İddiaçı adına rəsmiləşdirilə bilər. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, MİTSUBİSHİ PAJERO MİNİK markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 29 avqust 2023-cü il tarixli 23/05 nömrəli hərrac protokoluna əsasən İddiaçı tərəfindən 4550 manata alınmış və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində olan Cavabdeh MMC-nin nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında 30 avqust 2022-ci il tarixli aktda avtomobilin vəziyyəti göstərilmişdir, yəni İddiaçı avtomobilin vəziyyəti ilə bağlı əvvəlcədən məlumatlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MİTSUBİSHİ PAJERO MİNİK markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vəziyyəti ilə bağlı əvvəlcədən məlumatının olmamasını bildirsə də, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası məhkəməyə hər hansı sübut təqdim olunmadığından əsassız hesab edilməli və təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar