Məhkəmə qərarları › İş №2(004)-4468/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4468/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4468/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs X1 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X1 Xidmətinə qarşı "dəymiş maddi ziyan məbləğinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X1 Xidmətinə qarşı " dəymiş maddi ziyan məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə qanunsuz vəəsassız xitam verilməsi nəticəsində bugünkü tarixədək vurduğu ziyanın (əldən çıxmış fayda) əvəzi olaraq 20938 manat 16 (on altı) qəpik məbləğində, iddia qaldırmaq üçün mediasiya təşkilatına ödədiyi rüsumun əvəzi olaraq 50 (əlli) manat məbləğində vəsaitlərin və qüvvəyə minəcək qərarın icra olunma tarixinədək əmək haqqı saxlanılan günlərə görə vurduğu ziyan məbləğlərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə bağlanmış xx.xx.2013-ci il tarixli əmək müqaviləsinə əsasən “NİKOYL İKB" ASC-də “8 saylı” filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli 1100 K saylı əmr ilə həmin filialın müdiri vəzifəsinin müvəqqəti icra edicisi və xx.xx.2017-ci il tarixli 61/1T saylı əmr ilə filialın müdiri vəzifəsinə ləyin edilmişdir. xx.xx.2018-ci il tarixli 54/A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləmə qanuna zidd olaraq xitam verildi. Belə ki, 5 (beş) il fasiləsiz olaraq işləmişdim. Sonradan cavabdeh səhvlərini şüurlu anlayaraq ona müddətli Əmək Müqaviləsi təqdim eldi, o da ailəsini fikirləşib məcburiyyət qarşısında qalaraq müddətli müqaviləni imzaladı və xx.xx.2018-ci İl tarixli 53/Q saylı əmr ilə yenidən “8 saylı” filialın müdiri vəzifəsinə təyin edildi. Baxmayaraq ki, xx.xx.2013-cü tarixindən bankın əməkdaşı idi, amma cavabdeh tərəfindən Əmək Müqaviləsi yenə də qanuna zidd olaraq (belə ki,Əmək Məcəlləsinin 45-ci Maddəsinə əsasən işəgötürənin görəcəyi işin və göstərəcəyi xidmətlərin mövsümi xarakter daşımadığından, yəni daimi olduğundan onunla bağlanılan əmək müqaviləsi müddətsiz bağlanmalı idi) müddətli bağlandı və hər dəfə qısa müddətlərə (3-6 ay) artırılırdı. “Yelo Bank" ASC (bankın adı dəyişdirildi) tərəfindən mənimlə bağlanmış xx.xx.2018-ci İl tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, İ28/A saylı Əmrlə xitam verilmişdir. Qanunla qorunan hüquqlarından istifadə edərək xx.xx.2020-ci il tarixində Nəsimi Rayon Məhkəməsina İddia Ərizəsi ilə müraciət etdi. Hesab edirdi ki, cavadehin xx.xx.2020-ci il tarixli, 128/A saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv olunmalı və iddia ərizəsində qeyd edilən tələbləri tam təmin edilməlidir. Müraciətlə bağlı Nəsimi Rayon Məhkəməsi işin bütün hallarını araşdıraraq xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı Qətnaməsi (əlavə olunur) ilə iddianı qismən təmin etdi. İddia tam təmin olunmadığından apelyasiya şikayəti verdi. Bakı Apcllyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-8540/2020 olan Qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi olduğu kimi qüvvədə saxlanıldı. Bununla da razılaşmayaraq Ali Məhkəməyə iddianın tam təmin olunması məqsədilə kassasiya şikayəti verdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021 -ci il tarixli 2(İ02)-2974/2021 saylı Qərarı ilə iş yeni baxışa göndərildi. Yeni baxışla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı Qətnamə qəbul edildi. Qətnamədən cavabdeh bir daha kassasiya şikayəti verdi, bununla bağlı Azərbaycan Respublikasının Alı Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1014/22 olan Qərarı ilə cavabdeh “Yelo Bank" ASC-nin kassasiya şikayəti təmin edilmədi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı Qətnaməsi dəyişdirilmədən saxlanıldı. Qətnamə qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixli İcra Vərəqi qətnamənin icrası məqsədilə Yasamal Rayon İcra Şöbəsinə göndərildi. xx.xx.2022-ci il tarixində cavbdeh İcra Vərəqini qismən icra etdi. Belə ki, məcburi iş buraxma dövrü üzrə əmək haqqı qismən ödənildi, amma o öz işinə, “8 saylı” Filiala buraxılmadı. Öz işinə bərpa ilə bağlı isə xx.xx.2022-ci il tarixli əmr tərtib edildi və görüntü yaratdılar ki, güya öz işinə bərpa edilmişdir. Həmin gündən o öz etirazını bildirməyə başladı və bildirdi ki, həmin əmr düzgün verilməyib, qüvvəyə minmiş Qətnamə icra edilmir, əmrdə nəzərdə tutulan filial onun öz iş yeri deyil. Bütün bu qanunsuzluqlara baxmayaraq cavabdeh öz bildiyini edirdi. Hətta vəziyyət o yerə çatdı ki, xx.xx.2022-ci il tarixində cavabdeh 113/A saylı xx.xx.2022-ci il tarixli əmrlə hətta mövcud olmuyan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əsasən xitam verdi. Onu da bildirir ki, o bir gün də olsun işə çıxmamışdı. Onu da bildirir ki, yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(l03)- 9642/2021 saylı Qətnaməsi bu günə kimi hələ də tam icra edilməmişdir. Yenə də qanunla qorunan hüquqlarımdan istifadə edərək xx.xx.2022-ei il tarixində Yasamal Rayon Məhkəməsinə İddia Ərizəsi ilə müraciət etdi. Hesab edir ki, yenə də cavadehin xx.xx.2022ci il tarixli 113/A saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv və iddia ərizəsində qeyd edilən tələbləri tam təmin edilməlidir. Ərizə Yasamal Rayon Məhkəməsində 2(004)-262/2023 saylı iş üzrə icraata qəbul edildi və xx.xx.2023-cü il tarixində Qətnamə qəbul edildi. Qərara etiraz olaraq xx.xx.2023-cü il tarixində Apellyasiya Şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2588/2023 saylı Qətnaməsilə Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd olunan Qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi qət edildi (qətnamə qüvvəyə minməyib). Həmin qətnamədən cavabdeh Kassasiya Şikayəti verib. Hal-hazırda şikayət Ali Məhkəmədə icraata götürülüb (Bildiriş əlavə olunur). Yəqin ki, yaxın vaxtlarda Qərar çıxarılacaq. Apellyasiya Məhkəməsinin yuxanda qeyd edilən xx.xx.2023-cü il tarixli 2(103)-2588/2023 saylı Qətnaməsi ilə sübut olunur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh "xxxx" ASC etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı Rafael Hacıyevin iddia tələbləri əsasızdır. İddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, ilkin olaraq bildirir ki, iddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddi hüquq normalarına ( maddə: 21, 1096, 1115) əsaslanmışdır. Bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi Əmək Məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. işəgötürən Cavabdeh ASC və işçi İddiaçı arasında mövcud mübahisənin hillində sonuncunun istinad etdiyi Mülki Məcəllənin 21-ci, 1096-cı və 1115- ci maddələrini tətbiq etmək olmaz. Qeyd olunanlara əsasən həmçinin, bildirir ki, işəgötürən və işçinin bir-birləri qarşısında maddi məsuliyyəti tənzimləyən Əmək Məcəlləsinin normalarında əldən çıxmış fayda olaraq zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmamışdır. Əmək Məcəlləsi yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutur. Belə olan halda da hesab edirik ki, iddiaçının Əmək Məcəlləsinin 195-ci, 196-cı və 197-ci maddələrinə əsaslanaraq əldən çıxmış faydanı Cavabdeh ASC-dən tələb etməsi əsassızdır. Bundan əlavə, İddiaçı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 57.125 manat məbləğində pulun Cavabdeh ASC-dən alınaraq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin iddiası onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi nəticəsində iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022ci il tarixədək vəzifəsinin icrasına buraxılmamış, nəticədə o, Cavabdeh ASC-də filial müdiri vəzifəsində işlədiyi dövrdə aldığı bonusları almaq, həmin vəsaitdən (bonusdan) bəhrələnmək hüququndan məhrum olmuşdur. Sözügedən iddia əsasında başlanmış mülki işə baxmış Yasamal rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(004)-2608/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə ilə iddiasının rədd edilməsini qət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı, qətnamədən apelyasiya şikayəti vermişdir. Hazırda həmin iş Bakı Apelyasiya Məhkəməsinin icraatındadır (hakim Fərrux Qasımov). Bildirir ki, İddiaçı və "xxxx" İKB ASC arasında bağlanmış 1288 saylı, xx.xx.2018-ci il tarixli Əmək müqaviləsinin 4.2-ci bəndinə görə, işçiyə mükafatın verilinəsi imperativ şərt kimi deyil, dispozitiv şərt kimi müəyyən olunmuşdur. Göründüyü kimi, hər hansı haldan asılı olmayaraq işiçiyə mükafatın (bonus) verilib- verilməməsi məsələsinin həlli yalnız və yalnız işəgötürən Bankın mülahizəsindən asılıdır. Bonus - əmək münasibətində real əmək sərf etmiş işçiyə verilən mükafat növüdür. İşdə olan sənədlərdən, habelə İddiaçı özünün də verdiyi məlumatdan məüəyyən edilir ki, o, iddia ərizəsində qeyd etdiyi tarixlərdə işə çıxmamış, Bankda işləməmiş və onun tərəfindən real əmək sərfi olmamışdır. Yuxarıda göstərilən halları nəzərə alan Yasamal rayon Məhkəməsi, bonus şəklində pul tələbi barədə İddiaçı iddiasını təmin etməmişdir. Hesab edirik ki, Cavabdeh ASC-ya qarşı bonus şəklində pulun ödənilməsi barədə iddia tələbi təmin olunmadığı halda, həmin tələbdən irəli gələn hazırki tələbin, yəni pul vəsaitindən (bonusdan) faydalana bilməməsi əsası ilə maddi zərərin (əldən çıxmış fayda) əvəzinin ödənilməsi barədə tələb əsaslı sayıla bilməz. Bununla yanaşı unutmaq lazım deyil ki, mülki hüquq münasibətlərində əldən çıxmış fayda ödənilə bilər, əmək hüququnda isə yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin 2-ci hssəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(103)-8540/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli 2(102)-2974/2021 saylı qərarına əsasən "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(103)- 8540/2020 saylı qətnaməsi iddianın müqavilənin müddətsiz bağlanmış hesab edilməsi, həmçinin məhkəmə haqqının ödənilməsi tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iş yeni baxışa göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-262/2023 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2022-ci il tarixli 113/A saylı əmrin ləğv edilməsi barədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-262/2023 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin olunaraq İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və iş hazırda Ali Məhkəmə Mülki Kollegiyasının icraatındadır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, ə) bəndinə görə isə bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Beləliklə, araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, İddiaçı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi, icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsi”nə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “icra sənədinin icrasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və icra sənədinin icra edilməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması” hissəsinə iş üzrə icraata hissəvi xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-262/23 nömrəli, xx.xx.2023-cü il tarixi qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 1 13/A saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh ASC, qətnamədən kassasiya şikayəti vermişdir. Hazırda kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul edilmişdir. Göründüyü kimi, hazırda İddiaçı Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə hələ qanuni qüvvəsini almamış, yəni Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri ləğv olunmamış, hazırda qüvvədədir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv olunması barədə iddia tələbinə dair mülki iş üzrə hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmadığından Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri ləğv olunmamış, yəni Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri hazırda qüvvədədir. Ona görə də, İddiaçı dəymiş maddi ziyan məbləğinin ödənilməsi tələbinə dair iddiası Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri hazırda qüvvədə oluduğundan əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X1 Xidmətinə qarşı " dəymiş maddi ziyan məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar