Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4474/2022 12.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 2(064)-68/2019 saylı, 25 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının xeyrinə təyin edilmiş 04 iyul 2010-cu il təvəllüdlü X4, 06 sentyabr 2011-ci il təvəllüdlü X6 və 26 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 01 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment olmaqla hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)- 68/2019 saylı, 25 iyun 2019-cu il tarixli qətnamə ilə onunla Cavabdeh arasında 1 iyul 2011-ci ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikah bağlanmış və 115 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş 04 iyul 2010-cu il təvəllüdlü X4, 06 sentyabr 2011-ci il təvəllüdlü X6 və 26 yanvar 2017-ci il təvəllüdlü X1 iddiaçının yanında qalmasının, 04 iyul 2010-cu il təvəllüdlü X4, 06 sentyabr 2011-ci il təvəllüdlü X6 və 26 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 01 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment olmaqla hər ay cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb, iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı 3 övladı ilə birlikdə valideynlərinin yanında yaşayır, 3 övladının təlabatını 300 manat pulla çətinliklə ödəyir. Maddi cəhətdən ona valideynləri kömək edir. Alimentin artırılmasına iddiaçının ehtiyacı vardır. Cavabdeh kifayət qədər qazanc əldə etsə də, doğma övladlarına 300 manat puldan əlavə bir manat da olsa maddi yardım göstərmir. Ona görə də iddiaçı məhkəmə ilə alimenti artırmaq qərarına gəlmişdir. İddiaçı alimentin artırılması ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya təşkilatında iştirak etmədiyi üçün iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-4143 nömrəli xx.xx.2022-ci il tarixli arayış təqdim edilmişdir. Cavabdeh bilərəkdən mediasiyada iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir, Füzuli Rayon Məhkəməsinin 25 iyun iyun 2019-cu il tarixli qətnaməsi ilə ondan tutulan alimenti çətinliklə ödəyir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 717971 nömrəli xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 04 iyul 2010-cu il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2431 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 740841 nömrəli xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 06 sentyabr 2011-ci il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 3243 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət'' mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 900993 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 26 yanvar 2017ci il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 678 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(064)- 68/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 1 iyul 2011-ci ildə Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və 115 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 04 iyul 2010-cu il təvəllüdlü X4, 06 sentyabr 2011-ci il təvəllüdlü X6 və 26 yanvar 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, 04 iyul 2010-cu il təvəllüdlü X4, 06 sentyabr 2011-ci təvəllüdlü X6 və 26 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 100(yüz) manat sabit pul məbləğində aliment olmaqla hər ay cəmi 300(üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb, İddiaçı verilməsi, qətnamənin alimenti tutulması hissəsində dərhal icra edilməsi, cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Füzuli Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(064)-68/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqların ananın yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (100 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, uşaqların yaşlarına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2019cu ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8- 2/2016 nömrəli qərarın 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq, valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu və cavabdehin maddi vəziyyətini nəzərə alıb, iddia qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(064)-68/2019 saylı qətnaməsi ilə təyin edilən alimentin məbləği dəyişdirilməli, Cavabdeh 04 iyul 2010-cu il təvəllüdlü X2, 06 sentyabr 2011-ci il təvəllüdlü X3 və 26 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(064)-68/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin məbləği dəyişdirilsin. 04 iyul 2010-cu il təvəllüdlü X2, 06 sentyabr 2011-ci il təvəllüdlü X3 və 26 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4474/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4474/2022
12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver