Məhkəmə qərarları › İş №2(004)-4477/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4477/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4477/2023 11.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 15000 manat, borc öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz olmaqla 750 manat faizin və iddianın verilməsi üçün ödənilmiş 138 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2021-ci ildə bağlanılmış və Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilərək Reyestrdə 3M-1945 nömrə ilə qeydə alınaraq informasiya sisteminə daxil edilmiş kredit müqaviləsi üzrə cavabdehə xx.xx.2021-ci ilədək qaytarmaq şərti ilə 15000 manat borc vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə müddət başa çatdıqdan sonra müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndində göstərilir ki, borc alan krediti xx.xx.2022-ci il tarixədək borcalana qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o kredit müqaviləsi ilə cavabdehə pul vermişdir. Pulu geri istədikdə isə o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcu qaytaracağını desə də, uzun müddətdir ki, borcunu qaytarmır. Hətta müqavilədə göstəriləndən əlavə 2500 manat da pul alıb. Sadəcə o həmin borca görə müqavilə bağlamağa lüzum görmədiyinə görə həmin borcla bağlı müqavilə bağlamamışdır. Bununla bağlı onda yazışmalar və digər sübutlar var. Pulu nağd şəkildə, notarial qaydada, bank hesabına köçürməklə vermişdir. Notariusun daxilində yerləşən banka verilib, onlar da saydıqdan sonra cavabdehə verilib. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 15000 manat məbləğində borc vermiş, borc alan isə krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan müqaviləsinin iradəsinə uyğun olduğunu və pulu aldığını öz əlyazması ilə müqaviləyə qeyd edərək imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır:. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 15000 manat məbləğində borc vermiş, borc alan isə krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan müqaviləsinin iradəsinə uyğun olduğunu və pulu aldığını öz əlyazması ilə müqaviləyə qeyd edərək imzalamışdır. Lakin borc alan kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş nəzərdə tutulan məbləği borc verənə qaytarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu və əsas borca illik 5 faiz hesablanmış məbləği borc alandan tələb etməkdə haqlı olduğundan, iddia ərizəsi təmin edilməli, Cavabdeh əsas borc üzrə 15000 (on beş min) manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 138 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh əsas borc üzrə 15000 (on beş min) manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 750 (yeddi yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar