Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4499/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə dostu Şahid sayəsində tanış olmuşdur. Cavabdeh ondan, ona məxsus **-MS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı nəqliyyat vasitəsini almaq istəmişdir. 2024-cü il aprel ayının ortalarında cavabdeh ondan avtomobili “Xalq 22” şirkətinə məxsus lizinq yolu ilə əldə etmişdir. Avtomobil cavabdehə 26000 manata satılmışdır. Cavabdeh 14000 manat hissəsini lizinq vasitəsi ilə ona ödəmiş və yerdə qalan 12000 manat isə iyul ayının oratalarında verəcəyini vəd etmişdir. Cavabdehə inanaraq 2024-cü iln aprel ayında ona 12000 manat borcunun qalmasına etiraz etməmişdir. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq borcundan 1000 manat pul vermişdir. Cavabdeh isə hal-hazırda borcunu qaytarmamışdır və müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, 2024-cü ilin aprel ayında iddiaçıdan **-MS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili 26000 manata almış, həmin məbləğdən 14000 manatın iddiaçıya ödəmişdir. Qalan 12000 manatı 3-4 ay ərzində ödəməli idi. Lakin maddi imkanı olmadığını görə borcu ödəyə bilməmişdir. Daha sonra 1000 manat ödəniş etmişdir. Hal-hazırda maddi imkanı yoxdur. Hər ay 400-500 manat ödəyə bilər. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini, cavabdehin etirafı barədə ərizəsini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh 19 sentyabr 2024-cü il tarixli ərizəsində qeyd olunur ki, 2024-cü ilin aprel ayında iddiaçıdan **-MS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili 26000 manata almış, həmin məbləğdən 14000 manatın iddiaçıya ödəmişdir. Qalan 12000 manatı 3-4 ay ərzində ödəməli idi. Lakin maddi imkanı olmadığını görə borcu ödəyə bilməmişdir. Daha sonra 1000 manat ödəniş etmişdir. 11000 (on bir min) manat borcu qalır. Hər ay 400-500 manat ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı **-MS- *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı nəqliyyat vasitəsini 26000 manata Cavabdeh satmışdır. Cavabdeh tərəfindən əvvəlcə həmin avtomobilin razılaşdırılmış dəyərinin 14000 manat hissəsi iddiaçıya ödənilmiş və sonradan 1000 manat hissəsini ödəmişdir. Hazırda isə iddiaçı qalan 11.000 manat məbləğində pul vəsaitinin ödənilməsini xahiş edir. Odur ki, məhkəmə belə hesab edir ki, Cavabdeh İddiaçı aldığı avtomobil üçün 11000 manat məbləğində borcunun qalması cavabdehin etirafı ilə sübuta yetir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddia tələbi etiraf edilmiş və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 11000 (on bir min) manat məbləğində pul tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.000 (on bir min) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4499/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4499/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver