Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4500/2020 19.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC -nin xeyrinə 13664,74 manat məbləğində kredit borcu, 2042,50 manat məbləğində faiz borcu və 1214,66 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 16921,9 manat məbləğində borcun və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək bildirir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 18% ödənilmək şərtilə 60000 manat məbləğində kredit vəsaiti verilmişdir. 06 11.2015-ci ıl tarixli 1 saylı razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış xx.xx.2014-cü ıl tarixli kredit müqaviləsinə uyğun ayrılmış kredit kreditor tərəfindən restrukturizasiya edilir və buna müvafiq olaraq borcalana verilmiş kreditin məbləği 41936.96 manat, 05.08 2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə uyğun ayrılmış kredit kreditor tərəfindən restrukturizasiya edilir və buna müvafiq olaraq borcalana verilmiş kreditin məbləği 41959.25 manat təşkil etmişdir. Həmin kredit müqaviləsi təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamışdır. Hazırda borc 16921.9 manat məbləğində pul təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, məhkəməyə gəlməmişlər və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 100.LN.1604.**********1 saylı kredit müqaviləsinə əsasən bank borcalana təmir-tikinti məqsədləri üçün 36 ay müddətinə illik 18% ödəmək şərtilə 60000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan müqavilədən müəyyən olunur ki, ləğv prosesində olan “xxxx” ASC ilə X1 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan ləğv prosesində olan “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinədək 13664,74 manat məbləğində əsas borc, 2042,5 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, 1214,66 manat məbləğində cərimə borcu, cəmi 16921,9 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” İş materialları ilə sübut olunur ki, ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə öhdəlik münasibət yaranmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC öz öhdəliklərini lazımı qaydada icra etsə də, Cavabdeh1 öhdəliklərini lazımınca icra etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqavilələrə əsasən digər cavabdeh – zamin X1 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iddianı əsas və gecikdirdiyi vaxt üçün hesablanan faiz borcunun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə, o cümlədən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1214,66 manat məbləğində deyil, 680 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. İş materiallarından görünür ki, “xxxx “ ASC ilə X1 arasında xx.xx.2014-cü il il tarixdə zaminlik müqaviləsi bağlanmış və zaminliyin qurtarma müddəti kredit müqaviləsi üzrə öhdəliyin qurtarması ilə şərtləşdirilmişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun ödənilmə müddəti 36 ay müəyyən edilmiş və xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhkəmə qeyd edir ki, “xxxx “ ASC tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı xx.xx.2017-ci il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 qızindan 13664,74 manat məbləğində əsas, 2042,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 680 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16387,24 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30, 4 manat iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 13664,74 manat məbləğində əsas, 2042,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 680 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16387,24 manat (on altı min üç yüz səksən yeddi manat iyirmi dörd qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4500/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4500/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver