Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4502/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu - İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" iddia ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat verilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 152.1.6-ci maddəsində qeyd olunur ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilimiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri 52 saylı notariat ofisində İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasında mübahisənin həllinə təşəbbüs göstərməlidirlər. Belə ki, həmin kredit müqaviləsinin 9-cu bəndində qeyd olunmuşdur ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Lakin məhkəmə araşdırması zamanı iş materiallarında tərəflərdən hər hansı birinin digər tərəfə mübahisənin məhkəməyədək pretenziya qaydasında həlli ilə bağlı müraciətini əks etdirən bildiriş və ya məktub aşkar edilməmişdir. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsində iddiaçı qismində İddiaçı çıxış etsə də, iddia ərizəsi Eldar İsmayılov adlı şəxs tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli 971779 saylı etibarnamədə Eldar İsmayılov adlı şəxs haqqında heç bir məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində göstərilir ki, hakim bu maddədə göstərilən hallarda iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, məhkəməyə daxil olmuş ərizəni nəzərdən keçirib hesab edirəm ki, mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən və iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh “pul tələbinə dair" ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2023-cü il tarixli, ********** №-li qəbz ilə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4502/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4502/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver