Məhkəmə qərarları › İş №2(004)-4505/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4505/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4505/2024 23.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 (on min) manat məbləğində borc pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (yüz iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 43 saylı Notariat Ofisində bağlanmış 14 may 2024-cü il tarixli borc müqaviləsinə əsasən 7000 manat pul vəsaitini Cavabdeh borc vermişdir. Daha sonra, yəni 30 may 2024-cü il tarixdə əlavə olaraq 3000 manat məbləğində pul vəsaitini Cavabdeh istifadəsində olan **********755624 nömrəli kart hesabına köçürməklə ona borc vermişdir. Ümumilikdə 10.000 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Borc müqaviləsinin 1-ci bəndinə əsasən borcverən borcalana 7000 manat məbləğində pul borc verir. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verilməsini şərtləndirirlər. Borc müqaviləsinin 5-ci bəndində göstərilmişdir ki, borcalan borc müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən borcu qaytara bilər. Borcun qaytarılmasına dair kredit müqaviləsində göstərilən müddətin xx.xx.2022-ci il tarixdə başa çatmasına baxmayaraq cavabdeh müqavilənin icrası ilə bağlı heç bir tədbir görməmişdir. Borcun qaytarılması ilə əlaqədar olaraq dəfələrlə onunla apardığı danışıqlar müsbət nəticə verməmişdir. Belə ki, cavabdeh hər dəfə yalan vədlər verərək onu aldatmağa cəhd etmişdir. Bununla əlaqədar olaraq ilk öncə borcluya xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərmişdir. Lakin borclu yenə də, borcun xx.xx.2024-cü il tarixinədək qaytarılması istiqamətində hər hansı addım atmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, AZEMİS vasitəsilə cavabdehə məxsus mobil nömrəyə SMS bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış xx.xx.2024-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2024cü il tarixədək ödənilməsi şərti ilə faizsiz olaraq 7000 manat məbləğində pul borc vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh məxsus kart hesabına 3000 (üç min) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 01 avqust 2024-cü il tarixli pretenziya məktubuna əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 120 (yüz iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, İddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək cavabdehə 7000 manat məbləğində borc vermiş, lakin Cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək müqavilənin şərtlərini pozularaq borcunu vaxtında qaytarmamışdır. Həmçinin İddiaçı tərəfindən 3000 manat məbləğində pul Cavabdeh kart hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar