Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4532/2024 01.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4350 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 64 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin dekabr ayında Cavabdeh İddiaçı məxsus Nissan Note markalı avtomobilin təmiri ilə bağlı onunla münasibətləri yaranmış, cavabdeh iddiaçıdan borc kimi 4850 manat pul almış, Polis İdarəsində şikayət əsasında aparılan araşdırma çərçivəsində həmin məbləğin 500 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış, cavabdeh tərəfindən qalıq 4350 manat məbləğin isə 7-8 ay ərzində geri qaytarılacağı vəd edilsə də, cavabdeh vədinə əməl etməmiş və pulu geri qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək sözügedən məbləğin bir hissəsinin geri qaytardığını bildirmiş, iddia tələbinin əsassız olmasını və təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Yasamal RPİ İŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının təsviri-əsaslandırıcı hissəsinin 5-ci abzasına əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçı kart hesabına 500 manat ödəniş edilmiş, ödəniş qəbzi materiala əlavə edilmişdir. Həmin qərarın 6-cı abzasına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı borc aldığı 4126 manat pulu 7-8 ay ərzində İddiaçı kart hesabına hər ay 500 manat olmaqla ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş ərizənin surətinə əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə imzalamaqla İddiaçı borc aldığı 4126 manat pulu 7-8 ay ərzində İddiaçı kart hesabına hər ay 500 manat olmaqla ödəyəcəyini bildirmişdir. İş materiallarına 2024-cü ilin fevral-mart-iyul ayları üzrə ümumilikdə 1600 manat ödənişi əhatə edən ödəniş qəbzləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış şifahi kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 739, 740.2, 1091, 1092 və 1095-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 2022-ci ilin dekabr ayında Cavabdeh İddiaçı məxsus Nissan Note markalı avtomobilin təmiri ilə bağlı onunla münasibətləri yaranmış, cavabdeh iddiaçıdan borc kimi pul almış, Polis İdarəsində şikayət əsasında aparılan araşdırma çərçivəsində 4126 manat məbləğ 500 manat hissəsi cavabdeh tərəfindən geri qaytarılmış, qalan 3626 manat məbləğin isə 7-8 ay ərzində geri qaytarılacağı vəd edilsə də, cavabdeh vədinə əməl etməmiş və pulu geri qaytarmamışdır (mülki işin mübahisəsiz hallarıdır). Nəzərə alınmalıdır ki, bütün ödənişlər, yəni 1600 manat ödəniş cavabdehin polis iradəsinə ünvanladığı iltizamdan, yəni yazılı etirafdan (xx.xx.2024-cü il) sonraki tarixə təsadüf edir (fevral, mart, aprel, iyul ayları). Yəni, iddia ərizəsində qeyd edilənlərlə cavabdeh tərəfindən qəbul edilən xüsusatlar arasında cüzi fərq vardır ki, o da məbləğlə bağlıdır. Belə ki, iddiaçı 4850 manat pulu borc qismində cavabdehə verdiyini və onun 500 manat hissəsinin geri qaytarıldığını, qalıq 4350 manat pulun isə qaytarılmadığını iddia edir (qalıq məbləğ 4850-500=4350 manat). Lakin, cavabdeh isə ümumi olaraq 4126 manat pula aid olan hissədə qəbul edir (Yasamal RPİ-nin müvafiq qərarında qeyd edilənlərə əsasən). Həmin məbləğin 1600 manat hissəsi cavabdeh tərəfindən müvafiq qəbzlər üzrə 2024-cü ilin fevral-mart-iyul aylarında ödənilmişdir (yəni, sonradan). Deməli, halhazırda öhdəlik qismində qalıq məbləğ 2526 manat təşkil edir. Cavabdeh tərəfindən Yasamal RPİ İŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilən xüsusatlar mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətləri yazılı formada deyil, şifahi əqdə əsaslandığından MM-in 740.2-ci maddəsinin dispozitiv şərtlərinə görə (müqavilə predmeti olan pulun 3000 manatdan çox təşkil etməsi) əqdin forması nöqteyinəzərdən etibarsız hesab edilməlidir. Məhkəmə xidməti vəzifəsinə görə əqdə əsaslanan tələblər üzrə əqdin etibarlılıq şərtlərini yoxlamalıdır. Odur ki, tələbdən kənar formada əqdin etibarsız hesab edilməsi iddiadan kənara çıxmaq hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə qeyd olunan hər üç şərt etibarsız müqavilənin bağlanması əsası ilə ödənilir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı iddia tələbini 4350 manat hissədə tam şəkildə sübuta yetirə bilməmişdir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 64 manat məhkəmə xərcinin 40 (qırx) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh 2526 (iki min beş yüz iyirmi altı) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 64 manat pulun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh 2526 (iki min beş yüz iyirmi altı) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 64 manat pulun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4532/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4532/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver