Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4534/2022 19.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3 İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı zərərin əvəzinin ödənilməsi miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq sağlamlığımın pozulması nəticəsində vurulmuş zərərin əvəzi kimi Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən ödənilən aylıq 190 manat ödənc, yaşayış minimumu artımına mütənasib olaraq artırılaraq aylıq 210 manat müəyyən edilsin və xx.xx.2022-ci il tarixindən etibarən cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 04 noyabr 2004-cü il tarixində Yasamal rayon Məhkəməsi (hakim İ.İşmayılov, iş N«2328/2014) iddiaçı kimi Bakı şəhəri Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı zərərin əvəzinin ödənilməsinə dair iddia tələbimə baxaraq onun təmin edilməməsi barədə qətnamə qəbul etmişdir.Bu qətnamədən apeliyasiya şikayəti verilmiş, 16 fevral 2005-ci il tarixində Azərbaycan Respublikası Apeliyasiya Məhkəməsi şikayətə baxaraq onu təmin etmiş, iş üzrə Yasamal rayon Məhkəməsinin 04 noyabr 2004-cü il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı Fərəcova (Rüstəmova) Səringül Baba qızma xx.xx.2004-cü il tarixindən başlayaraq əlillik nəticəsində itirilmiş orta aylıq əmək haqqı olan 162,095 manatın Yasamal rayon MKTB-i tərəfindən ödənilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, ondan kassasiya şikayəti verilməmişdir. İddiaçı Ağdam rayonundan məcburi köçkündür. xx.xx.2000-ci ildən 04 noyabr 2003-cü il tarixinə qədər (yəni avtomaşınla vurulana qədər) Yasamal rayon MKTB-də süpürgəçi işləmişdir. 04 noyabr 2003-cü ildə saat 12-30 radələrində İnşaatçılar prospektində öz əmək funksiyanı yerinə yetirən zaman yəni, yolu süpürən zaman VAZ-2106 markalı avtomaşınla vurulmuş, ömürlük əmək qabiliyyətini tam itirərərək İİ qrup əlil olmuşdur. İş üzrə avtomaışının sürücüsü K.Mehdixanov Yasamal rayon Məhkəməsinin 02 fevral 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə məhkum olunmuşdur. Apellyasiya Məhkəməsinin bu qətnaməsinə uyğun olaraq 162.095 manat həmin dövrdə zərərin əvəzi kimi köhnə Azərbaycan manatı ilə ilə olan məbləğ olmuş, yeni Azərbaycan manatı ilə isə 32 manat 41 qəpik zərərin əvəzi olan vəsaiti almağa başlamışdır. Bundan sonra, yəni 2011-ci ildə yaşayış minimumun dəyişməsi ilə əlaqədar olaraq Yasamal rayon Məhkəməsinə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-3398/11 saylı (hakim A.Ə.Rzayev) qətnaməsinə əsasən 01 sentyabr 2010-cu ildən başlayaraq aylıq 85 manat zərərin əvəzi müəyyən edilmişdir. Bunda sonra yenidən 2013-cü ildə yaşayış minimumunun dəyişməsi ilə əlaqədar olaraq Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin 2(004)- 5483/13 saylı qətnaməsi ilə (hakim Ş. Məhərrəmova) aylıq zərərin miqdarı 116 manat müəyyən edilmişdir. Bundan sonra yaşayış minimunun dəyişməsi ilə bağlı yenidən Yasamal rayon Məhkəməsinə müraciət edilmiş, Yasamal rayon Məhkəməsinin 2(004)- 5594/2017 saylı 04 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən, bu 116 manat müəyyən edilmiş ödənc 155 manat müəyyən edilmiş və həmin ödəncin xx.xx.2017-ci il tarixindən cavabdeh Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ödənilməsi qət edilmişir. Bundan sonra yaşayış minimunun dəyişməsi ilə bağlı yenidən Yasamal rayon Məhkəməsinə müraciət edilmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-3526/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aylıq ödənc 173 manat, Yasamal rayon Məhkəməsinin (hakim F.Əyyubov) 2(004)-1882/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 180 manat aylıq ödənc müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Yasamal Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş və bunun səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon MKTB-nin 42 saylı xx.xx.2004-cü il tarixli arayışından görünür ki, X1 Rayon MKTBnin sanitar təmizlik sahəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək küçə süpürgəçisi işləyib, Ağdam qaçqınıdır, xx.xx.1964-cü il tarixdə anadan olub, 4 övladı var, təqaüdçüdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 812660 saylı arayışından görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan AA serialı 100472 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Mülki işlər üzrə Məhkəmə kollegiyasının 1mk-596/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, X2 xx.xx.2004-cü il tarixdən başlayaraq əlillik nəticəsində itirilmiş orta aylı əmək haqqı 162.095 manat Yasamal Rayon MKTB tərəfindən ödənilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 3526/2018 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5594/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 155 manat ödəncin minimum əmək haqqının artımına mütənasib olaraq artırılaraq aylıq 173 manat müəyyən edilməsi və həmin ödəncin xx.xx.2018-ci il tarixdən cavabdeh Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-1882/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 3526/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq ödənc 173 manat, minumum əmək haqqının artımına mütanasib olaraq artılılaraqü aylıq 180 manat müəyyən edilməsi, həmin ödəncin xx.xx.2019-cu il tarixdən cavabdeh Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığma vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artıla bilər. Qeyd edilən Məcəllənin 1124.1-ci maddəsinə əsasən dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. Mülki Məcəllənin 1124.2-ci maddəsinə əsasən minimum əmək haqının artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı minimum əmək haqqının artımına mütənasib surətdə artırılır. Həmin Məcəllənin 1125.1-ci maddəsİnə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, məbləğində müəyyən edilmişdir. Qanun 2022-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı əmək funksiyalarını həyata keçirərkən xəsarət aldığından Yasamal Rayon Məhkəməsinin 2(004)-3526/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə məhkəmə tərəfindən ona aylıq 180 manat ödəncin cavabdeh təşkilatdan tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, 2022-cu il üçün yaşayış minimumu ölkə üzrə 210 manat məbləğində müəyyən edildiyindən hazırda yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından iddiaçı ona təyin olunmuş ödəncin artırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 210 manat ödəncin yaşayış minimumun artımına mütənasib olaraq artırılaraq aylıq 210 manat müəyyən edilməli və xx.xx.2022-ci il tarixdən cavabdeh Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1882/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aylıq 180 (bir yüz səksən) manat ödənc, minimum əmək haqqının artımına mütənasib olaraq artırılaraq aylıq 210 (iki yüz on) manat müəyyən edilsin, həmin ödənc xx.xx.2019-cu il tarixdən cavabdeh Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutularaq, iddaçı İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4534/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4534/2022
19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver