Məhkəmə qərarları › İş №2(004)-4562/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4562/2020

15.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4562/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(075)- 97/2014 saylı qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan 100 (yüz) manat məbləğində alimentin artırılaraq, xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimetin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 2009-cu ilin mart ayında faktiki ər-arvad münasibətlərinə daxil olaraq ailə qurmuşdur. xx xxxxxxx 2010cu il tarixdə isə cavabdehlə nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxx 2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(075)-97/2014 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh tərəf olaraq ona qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsi təmin edilərək, tərəflər arasında nikahın pozulması, xx xxxx 2010-cu il təvəllüdlü X1 ananın himayəsində saxlanılması və xx xxxx 2014-cü ildən başlayaraq xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(075)-97/2014 saylı qətnaməsi ilə xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan 100 (yüz) manat məbləğində alimentin artırılaraq xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(004)-97/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında nikahın pozulması, xx xxxx 2010-cu il təvəllüdlü X1 ananın himayəsində saxlanılması və xx xxxx 2014-cü ildən başlayaraq xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 193996 saylı Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçıl arasında olan nikah ləğv olunmuşdur. Bu barədə nikahın ləğv edilmədi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 96 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 515833 saylı Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Şəki Rayon Məhkəməsinin 2(004)-97/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında nikahın pozulması, xx xxxx 2010-cu il təvəllüdlü X1 ananın himayəsində saxlanılması və xx xxxx 2014-cü ildən başlayaraq xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar