Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4578/2024 01.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçı tərəfin iradə ifadəsini bildirməklə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbindən imtina etdiyini, iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdi. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddiaçı tərəfin iradə ifadəsini qəbul edir. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 261.0.4-cü maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.4-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 162,60 (yüz altmış iki manat altmış qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4578/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4578/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver