Məhkəmə qərarları › İş №2(004)-4587/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4587/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4587/2021 10.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07.06.2021-ci ilədək Cavabdeh banka 20.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2371.02 manat əsas borc, 554.99 manat faiz borcu və 173.18 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3099.19 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh "xxxx" ASC-nin xeyrinə 20.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2371.02 manat əsas borcun, 554.99 manat faiz borcunun, 173.18 manat cərimə borcunun, ümumilikdə 3099.19 manat borcun, 30 manat dövlət rüsumunun tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 20.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh müharibədə olduğu müddətdə ona bank tərəfindən hesablanmış faiz məbləğləri dayandırılmışdır. Lakin cavabdeh geri qayıtdıqdan sonra artıq 1 ilə yaxın müddət keçməsinə baxmayaraq ödənişlər etmir. İşə məhkəmə baxılan zaman cavabdeh ödəniş etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, müharibədə iştirak etdiyindən həmin dövrlərdə ödənişlərində axsamalar yaranmışdır. Lakin müharibədən qayıtdıqdan sonra hər ay imkan olduqda 100 manat məbləğində öədniş etmişdir. Bakın tələb etdiyi miqdarı bir dəfəyə ödəmək iqtidarında deyildir. Aylıq 115 manay ödəyə bilmir. Hətta qətnamə ilə tutulacaq pulu da bir dəfəyə ödəyə bilməyəcəkdir. Odur ki, qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh 20.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 2371.02 manat əsas borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh 10.09.2021-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu üzrə 1941.02 məbləğində borcunun olması müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 554.99 faiz borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, maliyyə arayışına əsasən cavabdehin faiz borc üzrə 10.09.2021-ci il tarixinə 679.55 manat borcu olması müəyyən edilsə də, həmin hissədə iddia tələbi irəli sürülmüş tələb həcmində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 173.18 manat cərimə (dəbbə pulu) onu əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 100 manat məbləğədək azaldılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh ilə iddiaçı "xxxx" İKB ASC ("xxxx" ASC) arasında bağlanmış 20.11.2019-cu il tarixli 11-Y-2-0-2698-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə iddiaçı "xxxx" İKB ASC ("xxxx" ASC) arasında bağlanmış 20.11.2019-cu il tarixli 11-Y-2-0-2698-19 nömrəli kredit müqaviləsi ləğv edilməli; Cavabdeh 20.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1941 (bir min doqquz yüz qırx bir) manat 02 (iki) qəpik əsas borc, 554 (beş yüz əlli dörd) manat 99 (doxsan doqquz) qəpik faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 2596 (iki min beş yüz doxsan altı) manat 01 (bir) qəpik məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 16.24% yəni, 4 (dörd) manat 88 (səksən səkkiz) qəpiyi iddiaçıya aid edilməli, qalan 83.76% yəni, 25 (iyirmi beş) manat 12 (on iki) qəpiyi isə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə iddiaçı "xxxx" İKB ASC ("xxxx" ASC) arasında bağlanmış 20.11.2019cu il tarixli 11-Y-2-0-2698-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 20.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1941 (bir min doqquz yüz qırx bir) manat 02 (iki) qəpik əsas borc, 554 (beş yüz əlli dörd) manat 99 (doxsan doqquz) qəpik faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 2596 (iki min beş yüz doxsan altı) manat 01 (bir) qəpik məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 16.24% yəni, 4 (dörd) manat 88 9əksən səkkiz) qəpiyi iddiaçıya aid edilsin, qalan 83.76% yəni, 25 (iyirmi beş) manat 12 (on iki) qəpiyi isə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar