Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4591/2021 30.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 qızının, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********64 nömrəli 04.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 24.06.2021-ci il tarixinə əsas borc üzrə 2288,76 manat, müqavilə müddəti ərzində ödənilməyən faiz borcu üzrə 33,01 manat olmaqla, cəmi 2321,77 manat kredit borcunun ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********64 nömrəli 04.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 29 faizlə 60 ay 3200 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən BPM**********64 nömrəli 04.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 24.06.2021-ci il tarixinə cavabdehin əsas borc üzrə 2288,76 manat, müqavilə müddəti ərzində ödənilməyən faiz borcu üzrə 33,01 manat olmaqla, cəmi 2321,77 manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 qızı iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh 2243,61 manat əsas borc, 39,41 manat faiz borcu olmaqla cəmi 2283,02 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, bank ilə onun arasında bağlanmış 04.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 29 faizlə 60 ay 3200 manat kredit verilmişdir. Kredit götürdüyü vaxt onun pensiya kartı "xxxx" ASC-nin kartı idi. Həmin kartdan kredit üzrə ödəməli olan məbləğlər çıxılırdı. İndi isə "xxxx" ASC-nin kartıdır. Onun kredit üzrə ödəmələrinin gecikməsi həmin kartların dəyişməsi nəticəsində baş vermişdir. Hal-hazırda göstərilən məbləği hissə-hissə hər ay ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 04.07.2018-ci il tarixli BPM**********64 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh 60 ay müddətində, illik 29%-lə ödəmək şərtilə 3200 (üç min iki yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 28.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 04.07.2018ci il tarixli BPM**********64 saylı kredit müqaviləsinə əsasən cavabdehin banka 2243,61 (iki min iki yüz qırx üç manat altmış bir qəpik) manat əsas borcu, 39,41 (otuz doqquz manat qırx bir qəpik) manat faiz borcu, cəmi borcu 2283,02 (iki min iki yüz səksən üç manat iki qəpik) manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 11.06.2021-ci il tarixli bildiriş-pretenziyadan müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 7 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(004)-1558/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən 8İ-4847 nömrə ilə qeydə alınmış 15 oktyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-dən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçı "xxxx" ASC-nə ödəməlidir. Məhkəmə 04.07.2018-ci il tarixli BPM**********64 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməli, 2243,61 (iki min iki yüz qırx üç manat altmış bir qəpik) manat əsas borcu, 39,41 (otuz doqquz manat qırx bir qəpik) manat faiz borcu, cəmi borcu 2283,02 (iki min iki yüz səksən üç manat iki qəpik) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) xidmət haqqı Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 2243,61 (iki min iki yüz qırx üç manat altmış bir qəpik) manat əsas borc, 39,41 (otuz doqquz manat qırx bir qəpik) manat faiz borcu, cəmi 2283,02 (iki min iki yüz səksən üç manat iki qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 00,40 (qırx qəpik) qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4591/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4591/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver