Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-460/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı QSC adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı QSC adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAÇ-63 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2006cı il tarixdə, № 544/06 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101.025 (bir yüz bir min iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir.Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana evini təmir etmək məqsədi ilə 101.025 (bir yüz bir min iyirmi beş) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin (2.3. bənd) əsasən “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 4.3-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 15 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan borcu faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Sistemdə cavabdehin borcunun olması qeyd edilmişdir. Onlarda həmin borc üzrə məhkəmədə iddia qaldırmışlar. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd edilənlərə əsasən guya o, xx.xx.2006-cı il tarixdə 54406 saylı Kredit müqaqviləsi əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialından 101.025 ABŞ dolları kredit götürmüşdür. Bu işlə bağlı onu istintaq orqanına da çağırmışdılar. O, istintaq orqanında da demişdir ki, o, heç vaxt qeyd edilən bankdan kredit götürməmişdir. Bu müqavilə onun adından bağlansa da, o müqaviləyə atılan imza onun deyildir. Ondan imza nümunəsi də götürülərək ekspertə təqdim etmişdilər. Bundan başqa məhkəməyə təqdim edilən xx.xx.2018-ci il tarixli S-FK-kas-63 saylı aktdan da görünür ki, əsas borc sıfırdır. O nə borc almış, nə də borc ödəmişdir. Belə olan halda əsas borc necə sıfırlanmışdır. Həmçinin, həmin aktda yazılanlardan bəlli olur ki, onun şəxsiyyət vəsiqəsinin müddəti bitmiş, girov yoxdur, zaminlər yoxdur. Qarantiya yoxdur, əmanət, depozit yoxdur, qızıl əşya yoxdur, VÖEN yoxdur. Qeydiyyatda olan şəxslər barədə məlumat yoxdur, təhvil-təslim gününədək məhkəməyə göndərilən iddia ərizələri yoxdur. Belə də sual olunur ki, bank nə əsasla ona kredit vermişdir? Qeyd etdiyi kimi o, qeyd edilən bankdan nə kredit almış, nə də onu ödəmişdir. Belə olan halda onun həmin banka faiz borcu da yarana bilməz. Həmçinin, törəmə təşkilat tərəfindən nə ona məktub göndərilmiş, nə də aralarında danışıqlar olmuşdur. Bundan başqa iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddətdə ötürülmüşdür. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 (yeddi min doqquz yüz əlli altı ABŞ dolları, 02 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 544/06 saylı kredit xətti müqaviləsini göstərmiş və kredit müqaviləsinə əsasən cavabdehə illik 15%-lə, 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində kredit verildiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı QSC adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsinə tərəflər arasında bağlanmış kredit müqaviləsinin və pulun alınmasına dair kassa məxaric orderinin əsllərini deyil, iddiaçının özü tərəfindən təsdiqlənmiş surətlərini əlavə etmişdir. Məhkəmə tərəfindən iddiaçıya həm şifahi (məhkəmə iclas protokollarına qeyd edilməklə) şəkildə və həm də, yazılı şəkildə müraciət edilərək, iş üçün zəruri olan sənədlərin əsllərinin məhkəməyə təqdim olunması tələb edilmiş, lakin sözü gedən sənədlərin əslləri və ya notarial qaydada təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia etiraf edilməmiş, müqavilədəki və kassa məxaric orderindəki imzaların ona aid olmaması mübahisələndirilmiş, məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası ədliyyə Nazırliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 1229 saylı və xx.xx.2020-ci il tarixli 4/213 saylı məlumatına əsasən ekspertizanın aparılması üçün zəruri sənədlərin təqdim edilməməsi səbəbindən, ekspertizanın keçirilməsi mümkün olmadığından məhkəmənin, məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi haqqında xx.xx.2019cu il və xx.xx.2020-ci il tarixli qərardadları icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə ünvanlanmış xx xxxxxx 2002-ci il tarixli məktubda qeyd edilir ki, məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydasında təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Məhkəmə həmçinin cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddiamüddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-460/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-460/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver