Məhkəmə qərarları › İş №2(004)-4607/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4607/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4607/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehna qarşı “pul tələbi”nə dair ərizə və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11822 AZN məbləğində pul vəsaitin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əczaçılıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh Taqdıq oğlu öz apteklərində satışını etmək üçün şifahi razılaşdırılmış nisyə alqı-satqı qaydasında iddiaçıya məxsus aptekdən dərman vəsaitləri və tibbi ləvazimatları əldə etmiş və bundan maddi gəlir əldə etmişdir. Bir neçə ildir ki, bu qaydada fəaliyyət göstərirlər. Lakin sonuncu dəfə satış məqsədilə iddiaçıdan aldığı dərman vasitələrinin dəyərini tam ödəməmiş və 13.500 (on üç min beş yüz) manat məbləğində borcu qalmışdır. Dəfələrlə pulun qaytarılması barədə etdiyi xahişlərə və müraciətlərə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Nəticədə cavabdehlə aralarında xx xxxxx 2019-cu il tarixli borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh borcunu hissə-hissə və ya tam şəkildə xx xxxxxx 2019-cu il tarixinədək ödəməli idi. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək borcunu ödəməmişdir. Həmçinin müqavilənin 4-cü bəndinə əsasən, borclu borc məbləğini hissə-hissə və ya tam şəkildə sonuncu ödəniş tarixi olan xx xxxxxx 2019-cu il tarixinədək ödəmədiyi təqdirdə hər gün ilkin borc məbləğinin 10 faizini ödəməyinin öhdəlik və məsuliyyətini öz üzərinə götürmüşdür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanıla bilər. Borc müqaviləsinin sadə yazılı formada borc alan və borc verən tərəfindən imzalanması əsaslıdır ki, razılaşma hüquqi qüvvəyə sahib olsun və gələcəkdə hüquqi müstəvidə mübahisələndirmək imkanı yaratsın. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 13500 AZN məbləğində borc verilmiş, borc alan isə borcu müqavilədə göstərilən şərtlərlə və müddətdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 13500 manat məbləğində maliyyə yardımı kimi borc verilmiş, və cavabdeh həmin borcu xx xxxxxx 2019-cu il tarixinədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdeh öhdəliyinə götürdüyü 13500 manat məbləğində borcun müəyyən qismini ödəmiş, lakin geri qalan 11822 manat borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 11822 AZN məbləğində pul vəsaiti, həmçinin iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 11822 (on bir min səkkiz yüz iyirmi iki) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar