Məhkəmə qərarları › İş №2(004)-4620/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4620/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4620/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 4026,80 ABŞ dolları əsas borc, 3645,63 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu, cəmi 7711,91 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişvə işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki kredit müqaviləsi üzrə tələb olunun borcla bağlı məhkəmənin icraatında olmuş mülki iş üzrə yekun qətnamədən verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə qismən təmin olunaraq qətnamə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bank borcu dollarla deyil, manatla vermişdir. Hazırda isə dollar tələb edir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi və borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 114nkFİL8/15 saylı kredit müqaviləsinə əsasən borcverən 60 ay müddətinə illik 24 faiz ödəmək şərtilə borcalana 10800 ABŞ dolları məbləğində kredit vermişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və hissə-hissə, aylıq 311 ABŞ dolları olmaqla, xx.xx.2020-ci il tarixə qədər borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.“xxxxxxx” KB ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış sazişə əsasən xx.xx.2015-cü il tarixli 114nkFİL8/15 saylı kredit müqaviləsi üzrə aylıq 193 ABŞ dolları ödənişlərin qalıq 9045,89 ABŞ dolları əsas borcun odənilməsinə yönəldilməsi, 3595,50 ABŞ dolları faiz borcunun müddətin qurtardığı vaxt alınması razılaşdırılmış, kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin banka 4026,80 ABŞ dolları əsas borc, 3645,63 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu, cəmi 7711,91 ABŞ dolları borcu olduğu müəyyən edilir. “xxxxxxx” KB ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin edilməli, xx.xx.2017-ci il tarixli 4253nkBANK/17 saylı kredit müqaviləsi üzrə 4026,80 ABŞ dolları əsas borc, 3645,63 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu, cəmi 7711,91 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4026,80 ABŞ dolları əsas borc, 3645,63 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu, cəmi 7711,91 (yeddi min yeddi yüz on bir dollar 91 sent) ABŞ dolları borc ödəniş gününün və ödəniş yerinin məzənnəsinə uyğun olaraq, manatla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar