Məhkəmə qərarları › İş №2(004)-4648/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4648/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4648/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh xxxxna qarşı torpaq sahəsinin üzərindəki tikililərlə geri alınması, təhvil verilməsi, sahiblik və istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" İstehsal-Kommersiya firması, İddiaçı cavabdeh xxxxna qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" İstehsal-Kommersiya firması tərəfindən ödənilmiş ******* manat artıq pul vəsaitinin geri qaytarılaraq xx.xx.2015ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Bakı şəhər, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2005-ci il tarixli, 1675/1 saylı Qərarı ilə X2 adına sənədləşdirilmiş və hal-hazırda onun adında olan 2,5 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə cavabdehdən geri alınması, naturada İddiaçı təhvil verilməsi, İddiaçı sahiblik və istifadə hüquqlarının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4190/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh xxxxna qarşı Bakı şəhər, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2005-ci il tarixli, 1675/1 saylı Qərarı ilə X2 adına sənədləşdirilmiş və hal-hazırda onun adında olan 2,5 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə cavabdehdən geri alınması, naturada İddiaçı təhvil verilməsi, İddiaçı sahiblik və istifadə hüquqlarının təmin olunması tələbləri ayrıca icraata ayrılmış və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ayrıca icraata ayrılmış tələblər üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4648/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh xxxxna qarşı torpaq sahəsinin üzərindəki tikililərlə geri alınması, təhvil verilməsi, sahiblik və istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki iş icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat "xxxx" İstehsalat-Kommersiya firmasının təsisçisinin özünün qanuni sahiblik və istifadəsində olmuş daşınmaz əmlak obyektlərini (torpaq sahəsi və tikililəri) firmanın təsərrüfat fəaliyyəti ilə bağlı aralarında yaranmış kredit öhdəliklərinin “əvəzi” olaraq qanunsuz yollarla ələ keçirərək buraya sahiblik etməyə başlamışdır. X5 xx.xx.2005-ci il tarixdə torpaq sahəsi almaq barədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinə ərizə ilə müraciət etmiş, ərizə və toplanmış müvafiq sənədlər əsasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 1675/1 saylı qərar verilmişdir. Həmin qərara əsasən, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 2.5 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akta əsasən müvafiq haqq X4 Əli oğlu tərəfindən ödənilmişdir. İddiaçı həyat yoldaşı- "xxxx" İstehsalat- Kommersiya firmasının təsisçisi X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçının həmin torpaq sahəsindən əvvəllər məlumatı olmamış və yalnız həyat yoldaşı - X2 ölümündən sonra açılmış vərəsəlik işi ilə bağlı mərhumun adına olan əmlaklar müəyyən edilərkən məlumatı olmuşdur. Mərhum həyat yoldaşı həmin torpaq sahəsi onların ümumi birgə əmlakı olduğu halda onun buna notariat qaydasında təsdiq edilmiş razılığı olmadan həmin əmlakı cavabdeh banka borcun əvəzi olaraq vermişdir. Halbuki həmin əmlakı mərhum əri ilə bank arasında bağlanmış kredit müqaviləsinin təminatı olmamış, bankın xeyrinə ipoteka ilə yüklü edilməmişdir. Torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyindən iddiaçı həmin torpaq sahəsinə sahiblik edə və ondan istifadə edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 39.1.-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Ərizə və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, mübahisəli torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşir və iddiaçının iddiası müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi ilə nəzərdə tutulmuş iddialara aiddir və mübahisəl torpaq sahəsinin olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi mülki işin aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 45.2, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh xxxxna qarşı torpaq sahəsinin üzərindəki tikililərlə geri alınması, təhvil verilməsi, sahiblik və istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar