Məhkəmə qərarları › İş №2(004)-4651/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4651/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4651/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının İddiaçı qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-1857/2016 saylı, 05 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək 30 aprel 2005-ci il təvəllüdlü X5 və 13 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur, birgə nikahdan 22 aprel 2003-cü il təvəllüdlü X6, 30 aprel 2005-ci il təvəllüdlü X5 və 13 sentyabr 2007-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1857/2016 saylı, 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə 27 may 2016-cı il tarixdən başlayaraq 22 aprel 2003-cü il təvəllüdlü X6, 30 aprel 2005-ci il təvəllüdlü X5 və 13 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı 50 % hissəsində alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh ilə birgə nikahlarından olan 30 aprel 2005-ci il təvəllüdlü X5 və 13 sentyabr 2007-ci il təvəllüdlü X3 təhsil və tibbi xərcləri ilə maraqlanmır. Övladlarının xərcləri yetərincə çoxdur. 30 aprel 2005-ci il təvəllüdlü X5 və 13 sentyabr 2007-ci il təvəllüdlü X3 hazırlıq xərcləri Yevlax Rayon Məhkəməsinin 2(039)l857/2016 saylı, 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentdən xeyli artıqdır. Bu səbəbdən də, hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1857/2016 saylı, 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi, o, 3 uşağı ilə birlikdə yataqxanada yaşayır. Cavabdeh uşaqların nə tərbiyəsi nə də gündəlik tələbatları ilə maraqlanmır. Təyin edilmiş aliment uşaqların saxlanmasına kifayət etmir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsini qismən qəbul edərək, izahatında bildirdi ki, onun başqa ailəsi var. Aylıq 750-800 manat gəliri var. O, yalnız aylıq gəlirinin 1/3 hissəsi miqdarında aliment ödəməyə razıdır. Ona görə də o, məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına olan Yevlax Rayon Məhkəməsinin 03.04.2019-cu il tarixli 2(039)- 942/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 22 aprel 2003-cü il təvəllüdlü X6, 30 aprel 2005-ci il təvəllüdlü X5, 13 sentyabr 2007-ci il təvəllüdlü X3 anaları X1 yanında qalmaları qət edilmişdir. İş materiallarına olan Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha 06.05.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarına olan Yevlax Rayon Məhkəməsinin 05.07.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 27.05.2016-cı il tarixdən başlayaraq 22 aprel 2003cü il təvəllüdlü X6, 30 aprel 2005-ci il təvəllüdlü X5, 13 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 50% hissəsində alimentin alinaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 633270 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 30.04.2005-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 176860 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 13.09.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsinin 03.04.2019-cu il tarixli 2(039)-942/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 22 aprel 2003-cü il təvəllüdlü X6, 30 aprel 2005-ci il təvəllüdlü X5, 13 sentyabr 2007-ci il təvəllüdlü X3 anaları X1 yanında qalmaları qət edilmişdir. Həmiçinin Yevlax Rayon Məhkəməsinin 05.07.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 27.05.2016-cı il tarixdən başlayaraq 22 aprel 2003-cü il təvəllüdlü X6, 30 aprel 2005-ci il təvəllüdlü X5, 13 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 50% hissəsində alimentin alinaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqlarının saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, 30.04.2005-ci il təvəllüdlü X5 və 13.09.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 30.04.2005-ci il təvəllüdlü X5 və 13.09.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. 30.04.2005-ci il təvəllüdlü X5 və 13.09.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 30.04.2005-ci il təvəllüdlü X5 və 13.09.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar