Məhkəmə qərarları › İş №2(004)-4652/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4652/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4652/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin (əvvəlki “xxxxxx” İKB ASC) Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (əvvəlki “xxxxxx” İKB ASC) Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2018-ci tarixli kredit müqaviləsi üzrə yaranmış 2.505,49 manat əsas, 165.44 manat faiz, 38,12 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.739,05 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçı «xxxxxx» İKB ASC-nin adı - İddiaçı ASC adına dəyişdirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC borcalan Cavabdeh illik 23 faiz olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 4.000 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməkdən imtina edir. Hazırda Cavabdeh banka 2.505,49 manat əsas borc, 165,44 manat faiz borcu, 38,12 manat cərimə borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 2505,49 manat əsas, 165,44 manat faiz, 38,12 manat cərimə borcu olmaqla, cəmi 2709,05 manat borcu yaranmışdır. Maddi vəziyyəti ilə əlaqədar olaraq həmin borcu hissə-hissə ödəyə bilər. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC borcalan Cavabdeh illik 23 faiz olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 4.000 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və cərimə borcunu vaxtlı-vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin verdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh xx.xx.2020-ci il tarixə banka 2505,49 manat əsas, 165,44 manat faiz, 38,12 manat cərimə yaranmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə, iddiaçı “xxxxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli 4-Y-1-0-591-18 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2018ci tarixli kredit müqaviləsi üzrə yaranmış 2.505,49 manat əsas, 165.44 manat faiz, 38,12 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.739,05 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “xxxxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli 4-Y-1-0-591-18 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2018-ci tarixli kredit müqaviləsi üzrə yaranmış 2.505,49 manat əsas, 165.44 manat faiz, 38,12 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.739,05 (iki min yeddi yüz otuz doqquz manat beş qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar