Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4654/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat pul, hüquqi yardıma görə ödənilmiş 200 manat, dövlət rüsumu olaraq ödənilmiş 83 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat pul, hüquqi yardıma görə ödənilmiş 200 manat, dövlət rüsumu olaraq ödənilmiş 83 manat pulun, 155 manat notarius rüsumunun, 14 manat notariat haqqının, 12 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü ildə iddiaçıdan 6000 manat məbləğində borc almış və həmin borcu xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, borcu qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin 1-ci bəndinə əsasən müəyyən olunur ki, Borc verən İddiaçı Borc alan Cavabdeh 6000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müəyyən olunur ki, Borc alan Cavabdeh borcu xx.xx.2025-ci il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Mədaxil qəbzinə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün 300 manat ödəniş həyata keçirilmişdir. İş materiallarına müvafiq notariat əməliyyatlarının aparılması üçün ödənilmiş rüsumlar barədə qəbzlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 və 742.1-ci maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Müəyyən edilir ki, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin şərtləri və MM-in 739 və 742.1-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin 1-ci bəndinə əsasən müəyyən olunur ki, Borc verən İddiaçı Borc alan Cavabdeh 6000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müəyyən olunur ki, Borc alan Cavabdeh borcu xx.xx.2025-ci il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Məhkəmə mübahisəni tərəflər arasında bağlanmış borc müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində həll etməsi əsaslı hesab edir. Yəni, cavabdehin öhdəliklərinin həddi tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndi ilə müəyyən edilir. Həmin şərt üzrə iddia tələbi 6000 manat pulun tutulması hissəsində əsaslıdır. Sözügedən şərt nöqteyi-nəzərdən iddia tələbi müvafiq notarial xərclərin geri qaytarılması hissəsində əsassızdır. Belə ki, mübahisə yalnız müqavilə şərtləri çərçivəsində həll edilməlidir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarsızlığı əsasları hazırda müəyyən edilmir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə öhdəliyinin icrasının təmin edilməsinin sübut edilməsi yükü cavabdehin üzərindədir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, üzərinə düşən sübutetmə yükünü təşkil etməmişdir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.5-cı maddəsinin tələblərinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər məhkəmə məsrəflərinə daxildir. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 200 manat pula münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 155-ci maddəsinin imperativ şərtləri nöqteyi-nəzərdən həmin vəsaitin ödənildiyi şəxsin hüquqi statusu nə nümayəndə, nə də vəkildir. Maddənin 115.0.9-cu maddəsinin şərtləri nöqteyi-nəzərdən isə sözügedən ödəniş məhkəmə xərci kimi qiymətləndirilmir. Belə ki, dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqındA” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Mülki prosesdə Azərbaycan Respublikasında nümayəndə ola biləcək şəxslər istisna olmaqla hüquqi yardım yalnız vəkillər tərəfindən həyata keçirilə bilər. Məhkəmə iclaslarında iddiaçı şəxsən özü iştirak etmiş və hüquqlarını özü müdafiə etmişdir. Odur ki, iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi əsaslı hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, Cavabdeh 6000 (altı min) manat borc və ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat borc və ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4654/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4654/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver