Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-466/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı “borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı “borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 ilə cavabdeh “Aqrar Kredit’’ QSC ("xxxx" ASC) arasında bağlanmış 11 yanvar 2013-cü il tarixli 6597, 6598, 6599,6600, 6601, 6602, 6603 saylı kredit müqavilələrinin təminatı olan xx.xx.2015-ci il tarixli 06 saylı (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanda “AMAY” Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən ,ümumi sahəsi 172,8 kv.m olan qeyri yaşayış sahəsi 63 saylı ofis), 05 saylı (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanda “AMAY” Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən ,ümumi sahəsi 174,0 kv.m olan qeyri yaşayış sahəsi 62 saylı ofis), 04 saylı (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanda “AMAY” Ticarət mərkəzinin В korpusunda yerləşən ,ümumi sahəsi 109,6 kv.m olan qeyri yaşayış sahəsi 21 saylı ofis), 03 saylı (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanda “AMAY” Ticarət mərkəzinin 4-ci mərtəbəsində yerləşən ,ümumi sahəsi 113,4 kv.m olan qeyri yaşayış sahəsi В korpusunda yerləşən 22 saylı ofis), 02 saylı (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanda “AMAY” Ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ,ümumi sahəsi 107,1 kv.m olan qeyri yaşayış sahəsi 39 saylı ofis), 01 saylı (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanda “AMAY” Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən ,ümumi sahəsi 67,9 kv.m olan qeyri yaşayış sahəsi 15 saylı ofis) ipoteka müavilələri ilə yüklü edilmiş ipoteka predmeti olan əmlakların real bazar qiymətinin iddia verilən günə müəyyən olunması, həmin əmlakların açıq hərracdan satılması, əldə olunan məbləğin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-33/2024 saylı 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 dəftərxana vasitəsilə məhkəməyə ərizə verərək, iş üzrə əlavə sübut və sənəd toplanması üçün müəyyən vaxt tələb olunduğundan iddia ərizəsinin baxılmamış saxlanması və iddia ərizəsi ilə birgə ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını zəruri hesab etdiyini, əlavə sübut və sənədləri topladıqdan sonra məhkəməyə yenidən müraciət edə bilmək üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsi ilə birgə ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə münasibətdə qeyd edir ki, göründüyü kimi iddia birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən qaldırılmış, iddia ərizəsi hər iki iddiaçı tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinin qaytarılmasına dair ərizə sadəcə İddiaçı1 tərəfindən imzalanaraq dəftərxana vasitəsilə məhkəməyə daxil olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı1 iddia ərizəsinin qaytarılmasına dair ərizəsi hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas ola bilməz. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı “borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı “borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-466/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-466/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver