Məhkəmə qərarları › İş №2(004)-4660/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4660/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4660/2020 16.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2594 manat əsas borc, 166,06 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs X3 arasında imzalanan faktorinq müqaviləsinə əsasən X1 tələbin güzəşt edilməsi barədə hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MDY000001 saylı alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, iddiaçı 2 ədəd Mirina künc divanını cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə onun əvəzində müqavilə ilə müəyyən edilmiş 2950 manatı hər ay 246 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 2 ədəd Mirina künc divanını qəbul etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdehin 2594 manat əsas borc, 166,06 manat cərimə, cəmi 2760,06 manat borcu vardır.Cavabdeh məxsus hesabdan çıxarışdan müəyyən olunur ki, nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən cəmi 551 manat ödənilmiş, həmin məbləğdən 521 manat əsas borca silinmiş, qalan 30 manatın silinməsi göstərilməmişdir. İş materialalrında olan xx.xx.2020-ci il tarixli bildirişə əsasən müəyyən edilir ki, Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-yə borcunun olması barədə xəbərdar edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli MDY000001 saylı alqısatqı müqaviləsi üzrə 2399 manat əsas borc, 10 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 2439,40 manat borc Cavabdeh tutularaq “xxxxxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən ödənilmiş 551 manatın əsas borca silinməsi halında, qalıq əsas borc 2399 manat təşkil edir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələb olunan 166,06 manat cərimə hissəsində əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu tənasübsüz olduğu üçün azaldılmalı, 10 manat məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. AR Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2399 əsas borc, 10 manat cərimə borcu və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2439,40 (iki min dörd yüz ötuz doqquz manat 40 qəpik) manat pul vəsaiti tutularaq “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar