Məhkəmə qərarları › İş №2(004)-4674/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4674/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4674/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimov Leyla Abbas qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 7-xx.xx.2014-SM26 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.627,03 manat əsas borc, 1.728,73 manat faiz borcu olmaqla, cəmi 6.355,76 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.385,76 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT-un nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-1110 nömrəli xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC BOKT-a verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 7-xx.xx.2014-SM26 nömrəli təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 illik 25%-lə 36 ay müddətinə 6000 manat kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə imza etməklə Cavabdeh1 6000 manatı şəxsən almışdır. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 zamin durmuşdur. Kreditin vəsaitinin istifadə müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Hazırda Cavabdeh1 xx.xx.2014-cü il tarixli müqavilə üzrə 4.627,03 manat əsas borc, 1.728,73 manat faiz borcu olmaqla, cəmi 6.355,76 manat borc yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsindən boyun qaçırırlar. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli təminatlı kredit müqaviləsinin 18.2ci bəndinin və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 9.2-ci bəndinin tələblərinə əsasən tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlərin aidiyyəti üzrə Bakı şəhərinin məhkəmələrində həll edilməsi barədə razılığa gəlmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-1110 nömrəli xx.xx.2018-ci il tarixli təhvil-təslim əsasən İddiaçı QSC BOKT-a verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli 7-xx.xx.2014-SM26 nömrəli təminatlı kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC borcalan Cavabdeh1 illik 25%-lə 36 ay müddətinə 6000 manat kredit vermişdir. Cavabdeh1 6000 manat pulu xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə imza etməklə şəxsən almışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2017ci il tarixdə bitmişdir. xx.xx.2014-cü il tarixli 7-xx.xx.2014-SM26 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 xx.xx.2014-cü il tarixli 7-xx.xx.2014-SM26 nömrəli təminatlı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrası üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC qarşısında borclu ilə birgə məsuliyyəti üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 18.2, zaminlik müqaviləsinin 9.2-ci bəndinin tələbinə əsasən tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlərin aidiyyəti üzrə Bakı şəhərinin məhkəmələrində həll edilməsi barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə borcalan Cavabdeh1 arasında təminatlı kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh1 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2018-ci il tarixli S-FK-1110 nömrəli aktına əsasən borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli müqavilə üzrə 4.627,03 manat əsas borc, 1.728,73 manat faiz borcu olmaqla, cəmi 6.355,76 manat borc yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2014-cü il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Kreditor “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatdığına görə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 7-xx.xx.2014-SM26 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.627,03 manat əsas borc, 1.728,73 manat faiz borcu olmaqla, cəmi 6.355,76 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.385,76 manat pul Cavabdeh1 tutularaq İddiaçı QSC BOKT-a ödənilməlidir. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində rədd edilməli, kreditor “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli 7-xx.xx.2014-SM26 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.627,03 manat əsas borc, 1.728,73 manat faiz borcu olmaqla, cəmi 6.355,76 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.385,76 (altı min üç yüz səksən beş manat yetmiş altı qəpik) manat pul Cavabdeh1 tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində rədd edilsin. Kreditor “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 7-xx.xx.2014-SM26 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar