Məhkəmə qərarları › İş №2(004)-4674/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4674/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4674/2021 03.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1, cavabdeh X4 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 "xxxx" KB ASC-nin xeyrinə 4009.09 manat əsas, 36.65 manat faiz, cəmi 4045.74 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 4010.37 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29.06.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 4009.09 manat əsas, 36.65 manat faiz, cəmi 4045.74 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X7 iddia tələbini qismən etiraf edərək bildirdi ki, 2020-ci ilin noyabr ayından ödəniş edə bilməmişdir. Belə ki, onun sözü gedən kredit məbləğini ödməyə imkanı çatmamışdır. İddiaçının tələb etdiyi məbləğ çoxdur. Hazırda da ödəniş qabiliyyəti yoxdur, lakin ödənişlər etməyə çalışacaqdır. Onu da, qeyd edir ki, o müqavilə imzalayərkən soyadı Məmmədova olmuş, hazırda isə Kərimovadır. Sözü gedən məbləğin hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, "xxxx" KB ASC ilə cavabdeh Kərimova (Məmmədova) Esmira Naməd qızı arasında 26.11.2019-cu il tarixli tarixli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 4010.37 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun 29.06.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 4009.09 manat əsas, 36.65 manat faiz, cəmi 4045.74 manat borcu yaranmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4009 (dörd min doqquz) manat 09 (doqquz) qəpik əsas borc, 36 (otuz altı) manat 65 (altmış beş) qəpik faiz borcu olmaqla, cəmi 4045 (dörd min qırx beş) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat manat dövlət rüsumu cavabdeh X3 tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4009 (dörd min doqquz) manat 09 (doqquz) qəpik əsas borc, 36 (otuz altı) manat 65 (altmış beş) qəpik faiz borcu olmaqla, cəmi 4045 (dörd min qırx beş) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X3 tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar