Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4687/2023 23.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçının vəkili X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşma çatmayan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşma çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) və əlavə olaraq xx.xx.2012-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq, ümumilikdə 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona, yəni İddiaçı ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Lakin xarakterləri uyğunsuzluğu səbəbindən ailənin davam etdirilməsi mümkün olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2427/2015 saylı Qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 onun, yəni anası İddiaçı himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay Cavabdeh hər uşağa görə 108 manat, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-11511/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2427/2015 saylı Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılmışdır. Belə ki, məhkəmə qətnaməsi ilə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 onun, yəni anası İddiaçı himayəsində qalması və yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay Cavabdeh hər uşağa görə 117 manat, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin və əlavə olaraq xx.xx.2012-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq, cəmi 334 ( üç yüz otuz dörd) manat məbləğində aliment tutularaq İddiaçı qızma ödənilməsi qət edilmişdir. Qeyd olunmuş alimnet məbləği uşaqların heç bir tələbatıın ödənilməsinə yetmir. Uşaqların məsrəfləri yetərinvcə artmışdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, artıq ikinci dəfə ailə həyatı qurmuşdur. Həyat yoldaşı hamilədir, övladı doğulacaqdır. Bundan əlavə anasına da özü baxır, anası beyin şişi xəstəliyindən əziyyət çəkir. Bütün bunlara görə alimentin artırılmasına razı deyildir. O işləyir, əmək haqqı 880 manatdır, hissəvi alimentin tutulmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11511/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2427/2015 saylı Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmişdir. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117 manat, ümumilikdə 234 manat sabit pul məbləğində aliment və xx.xx.2012-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 6 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ 459597 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 18 oktyabr 2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 140 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İsmayılov”, arvada “Hacıyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kartoçkadan çıxarışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 E66.0 piylənmə 2-ci dərəcə, Prader Vill sindromu Q 87.1, yüngül əqli gerilik F70 diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Bakı Metropoliteni" QSC-də mühasib olaraq çalışır və aylıq əmək haqqı 1109 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (117 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, uşağın yaşına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşaqların saxlanılması üçün alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsini ilk növbədə uşaqların, daha sonra isə tərəflərin mənafelərinə uyğun hesab edir. Məhkəmə, həmçinin iddia tələbinin xx.xx.2012-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulması ilə bağlı qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11511/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xəstəliyə görə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması müəyyən edildiyindən, hazırki iddia tələbi ilə də həmin məbləğdə aliment xahiş edildiyindən, qətnamə həmin hissədə dəyişdirilməməli, xx.xx.2012-ci il təvəllüdlü X2 xəstəliyi nəzərə alınmaqla cavabdehdən hər ay 100 (yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.[43] Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. AM-nin 84.1-ci, 84.2.2-ci və 86-cı maddələrinə müvafiq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə alimentin iddia ərizəsi verildiyi gündən alimentin hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarını nəzərə alaraq miqdarı artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-11511/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, bundan əlavə cavabdehdən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)- 11511/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4687/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4687/2023
23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver