Məhkəmə qərarları › İş №2(004)-469/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-469/2021

15.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-469/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan zirzəmidən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan zirzəmidən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 14 və 15 nömrəli mənzilinin altında birinci mərtəbədə yerləşən, 15 nömrəli mənzilin mülkiyyətçi kimi onun və 14 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh ümumi istifadəsində olmuş qeyri-yaşayış sahəsindən onun istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin qeyri-yaşayış sahəsinin (texniki otağın) giriş qapısının açarlarının bir nüsxəsinin ona təqdim edilməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı 1958-ci ildə doğulmuş və doğulduğu vaxtdan Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 15 nömrəli mənzilində yaşayır. Mənzil əvvəllər iddiaçının atasının mülkiyyətində olmuş, atası 2008-ci ildə vəfat etmişdir, bundan sonra xx.xx.2011-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 14 və 15 nömrəli mənzilinin altında birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi (texniki otaq) 14 və 15 nömrəli mənzillərin mülkiyyətçilərinin ümumi istifadəsində olmuş, hərə öz mənzilinə aid saraydan (texniki otaq) sərbəst istifadə etmişdir. X3 özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 14 nömrəli mənzilini Cavabdeh satmışdır. Cavabdeh son vaxtlar texniki otağın açarını iddiaçıdan almış və qaytarmamışdır. Bu səbəbdən iddiaçı öz imənzilinə aid saraya keçə və oradan istifadə edə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkili X1 izahatı ilə razı olduğunu bildirdi və iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 14 nömrəli mənzilini 2010-cu ildə Axundov Oleqdən 55.000 ABŞ dollarına satın almışdır. xx.xx.2011-ci il tarixli çıxarışa əsasən mənzil onun mülkiyyətindədir. Mübahisə edilən texni otaq əvvəllər at saxlanan yer olmuşdur. Həmin sahəni də Oleq mənzilin üstündə ona satmışdır. Mübahisəli qeyri-yaşayış sahəsinin sənədi olmasa da, onun mənzilinə aiddir. Oranın işığı onun mənzilinin sayğacına aiddir. Oleq mənzili satarkən mübahisəli sarayın açarlarını iddiaçıdan alaraq ona vermişdir. O, sarayın qapısı açıq qoymuşdur ki, Nailə özünə məxsus əşyaları aparsın. Sonradan qapını bağlamış və təmir etmək istəmişdir. Lakin binanın söküntü zonasına düşdüyünü öyrəndikdən sonra təmir etməmişdir. O, 10 ildir ki, həmin sahədən sərbəst istifadə edir. Hazırda binanın söküləcəyini eşidərək iddiaçı həmin sahəyə dair iddia qaldırmışdır. Hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 15 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 14 nömrəli mənzili Cavabdeh mülkiyyətindədir. Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Mülki Məcəllənin 231.1.3-cü maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular, predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 14 və 15 nömrəli mənzilinin altında birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi (texniki otaq) 15 nömrəli mənzilin mülkiyyətçi İddiaçı və 14 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh ümumi istifadəsində olsa da, Cavabdeh həmin sahənin qapısını bağlayaraq İddiaçı həmin sahədən istifadəsinə maneələr yaratmışdır. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 14 və 15 nömrəli mənzilinin altında birinci mərtəbədə yerləşən, 15 nömrəli mənzilin mülkiyyətçi İddiaçı və 14 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh ümumi istifadəsində olmuş qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, həmin qeyri-yaşayış sahəsinin (texniki otağın) giriş qapısının açarlarının bir nüsxəsinin İddiaçı təqdim edilməsi Cavabdeh üzərinə qoyulmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsindəki 19 nömrəli evin 14 və 15 nömrəli mənzilinin altında birinci mərtəbədə yerləşən, 15 nömrəli mənzilin mülkiyyətçi İddiaçı və 14 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh ümumi istifadəsində olmuş qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Həmin qeyri-yaşayış sahəsinin (texniki otağın) giriş qapısının açarlarının bir nüsxəsinin İddiaçı təqdim edilməsi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar