Məhkəmə qərarları › İş №2(004)-4693/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4693/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4693/2023 29.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 Abbasqulu oğlunun, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər X9 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X14, Cavabdeh2, X12 və Cavabdeh6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin ləğv olunması və cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, X7, Cavabdeh2, X4 və Cavabdeh6 müştərək qaydada maddi zərərin əvəzi kimi 20.000,00 (iyirmi min) ABŞ dolları məbləğində pul ödənişi gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, hüquqi yardıma çəkilmiş 220,00 (iki yüz iyirmi) manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 192,00 (bir yüz doxsan iki) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X5 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6055/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə X3 "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddiası qismən təmin edilərək, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 12 avqust 2010-cu il tarixdə bağlanmış 121 saylı "Kooperativ mənzil tikinti haqqında" müqavilə ləğv edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativindən 20.000,00 (iyirmi min) ABŞ dolları məbləğində pul ödənişi gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6055/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra edirəsinə göndərilmişdir. Lakin "xxxx" MTK-nın əmlak və gəlirləri müəyyən edilmədiyindən icra sənədi onu vermiş məhkəməyə geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 17 aprel 2022-ci il tarixli məktubundan da görünür ki, cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X14, Cavabdeh2, X12 və Cavabdeh6 "xxxx" MTK-nın üzvləridir. Göründüyü kimi "xxxx" Mənzil-Tikinti Kooperativinin İddiaçı münasibətdə 20000 ABŞ dolları məbləğində pul öhdəliyi olduğu halda, kooperativin vəzifəli şəxsləri icra məmuru tərəfindən qətnamənin könüllü icrası üçün xəbərdarlığın verilməsinə baxmayaraq, imperativ norma ilə müəyyən edilmiş 2 ay ərzində qətnamənin icra edilməsi üçün qanunla müəyyən edilmiş tədbirləri görməmişdir. Digər tərəfdən qətnamənin məcburi icrası üçün kooperativin əmlak və vəsaiti aşkar edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər - "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri Cavabdeh3, Cavabdeh4, X7, Cavabdeh2, X4 və Cavabdeh6 müştərək qaydada maddi zərərin əvəzi kimi 20.000,00 (iyirmi min) ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə ilə), habelə hüquqi yardıma çəkilmiş 220,00 (iki yüz iyirmi) manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 192,00 (bir yüz doxsan iki) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 iddia ərizəsinə yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tanımır və onu heç bir vaxt görməmişdir. Eyni zamanda bildirir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvü deyil və iddia tələbinin ona aidiyyəti yoxdur. Ona görədə iddia tələbinin əsassız olduğunu təmin edilməməsini xahiş edilmişdir. Cavabdeh6 tərəfindən iddia ərizəsinə yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddianı əsası kimi ona istinad edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 6055/2017 saylı,13 aprel 2017-ci il tarixli qətnaməsi ilə X3 xeyrinə "xxxx" MTK-dan 20.000 ABŞ dollar tutulması qət edilmiş, lakin həmin məbləğin ödənilməsini cavabdehin təmin edilməsi mümkün olmadığından, icra sənədi məhkəməyə qaytarılmışdır. Ona görə də hesab edir ki, həmin məbləğ MTK-nın ziyanı kimi qəbul edilməli və bu səbəbdən MTK ləğv edilməli və həmin məbləğ müştərək qaydada MTK-nın təsisçilərindən tələb edilməlidir. İddianın hüquqi əsası kimi kooperativ haqqında əsas müddəalar, üzvləri və əmlakı ilə bağlı normalar təsbit olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109 - 110-cu maddələrinə istinad etmişdir. Lakin iddiaçının istinad etdiyi Mülki Məcəllənin qeyd olunan maddələrin tələbləri irəli sürülən iddianı əhatə etmir və məhkəmə qətnaməsi əsasında MTK-ya yönəldilən qeyd olunan tələbin onun üzvlərinə (təsisçilərinə) müştərək qaydada yönəldilməsinin hüquqi əsası yoxdur. Belə ki, iddiada adı çəkilən 20.000 ABŞ dollar MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranan və illik balansa müəyyən olunan zərərlər deyil, fəaliyyəti ilə bağlı üçüncü şəxsin qarşısında yaranan öhdəlikdir. İddia ərizəsində tələb olunan 20.000 ABŞ dollar məbləği məhkəmə qaydasında müəyyən edilmiş və barəsində qanuni qüvvəsində olan qətnamə mövcud olduğundan, yenidən araştırmasına yol verilməyən, mübahisə olunmayan haldır. Eyni zamanda həmin məbləğlə bağlı məhkəmə qətnaməsində müəyyən edilən digər halların da mübahisələndirilməsinə və yenidən sübutuna və ya başqa formada izahına yol verilmir. Həmin qətnamə ilə tələb MTK-nın təsisçilərinə deyil, MTK-ya yönəlmişdir. Qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, tələbin təmin olunmasına əsas olmuş mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır. Müqavilə münasibəti mənzil sahəsinin təqdim edilməsi ilə əlaqəli MTK-nın fəaliyyəti ilə bağlı olmuşdur. "xxxx" MTK Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 ünvanda yüksək mərtəbəli yaşayış evinin layihələndirilməsi və inşası məqsədləri üçün yaradılmış, adı çəkilən layihə tam icra edilmiş, bina komplekslərinin inşası 2011-ci ildə tamamlanmış və binanın sahələri onun üzvlərinin istifadəsinə verilmişdir. Bundan sonra MTK-nın gəlir və zərərləri ilə bağlı balans tərtib edilmiş kooperativin üzvləri tərəfindən ödənilməmiş üzvlük haqlarının qaldığı müəyyən edilməmişdir. 2012-ci ildən MTK-nın fəaliyyəti dayandırılmış, binada komendantlıq yaradılmış və bina sakinlərin idarəçiliyinə keçmişdir. "xxxx" MTK-nın üzvləri yalnız onun nizamnaməsində adları keçən 5 nəfərdən deyil, onun tərəfindən inşa edilmiş binada sahəyə malik hər bir üzvüdür və hüquq - vəzifələri baxımında, nizamnamədə keçən üzvlər digər üzvlərdən yalnız kooperativin təsisi və idarə edilməsində səsvermə hüququna malik olduqlarına görə fərqlənirlər. Bildirmək istəyir ki, iddia üzrə tələb pul məbləğinin tutulması ilə bağlı olduğundan, cavabdehin əmlak məsuliyyəti ilə müəyyən edilməlidir. MTK-nın üzvlərinin hər hansı birinin onun üçün müəyyən edilən əlavə əmlak payının ödənilmədiyi hal müəyyən edilmir və son olaraq fəaliyyətinin dayandırıldığı 2012-ci il üçün verilmiş balans hesabatında üzvlərin əlavə əmlak pay haqqı üzrə öhdəlik qeydə alınmamışdır. Cavabdeh MTK-nın üzvlərdən biri olaraq, üzvlüyə qəbul ediləndə müəyyən edilmiş mütləq əmlak payını, daha sonra da tikintinin layihələndirilən zaman müəyyən edilən əlavə əmlak payını vaxtında tam şəkildə ödəmişdir. Göründüyü kimi kooperativin üçüncü şəxslər qarşısında borcuna görə üzvlərdən biri olaraq ondan subsidiar qaydada hər hansı bir məbləğdə ödəniş tələb edilməsi ilə bağlı olan hazırkı iddianın heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmədən iddia ərizəsinə baxılarkən, qeyd olunanları nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdeh4 tərəfindən iddia ərizəsinə yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdeh kimi göstərilməyinə baxmayaraq iddiaçı X10 ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış hər hansı müqavilə öhdəliyinə görə cavabdehlik daşımir. Ona görə ki, o "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvü kimi göstərilsə də, faktiki olaraq kooperativ ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Ona görə də məhkəmədən etirazının təmin edilməsini, kooperativin və ona aid hissənin rədd edilməsini xahiş edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinə yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-6055/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə İddiaçı xeyrinə tutulmalı olan məbləğ MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranmış və illik balansa görə müəyyən edilmiş zərərdən ibarət deyildir. Bu, MTK-nın fəaliyyəti nəticəsində üçüncü şəxs qarşısında yaranmış öhdəlikdir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hüquq normaları da işin faktiki halları və mahiyyəti ilə uyğunluq təşkil etmir. İddiaçı istinad etdiyi Sumqayıt şəhər məhkəməsinin 2(060)-6055\2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsində tələb “Rəndə-1’MTK-nın təsisçilərinə deyil, onun özünə yönəlmişdir."xxxx"MTK-nın yaradılmasında məqsəd yaşayış binasının layihələndirilməsi və inşaası olmuş, 2011-ci ildə MTK layihəni tam şəkildə icra etmiş, binanın inşası tamamlanaraq sahəsi üzvlərin istifadəsinə verilmişdir. Cavabdeh koperativ üzvlərindən biri kimi özünə düşən payı almışdır. "xxxx"MTK-nın fəaliyyəti 2012-ci ildən dayandırılmışdır. "xxxx"MTK-nın üzvlərinin üzvlük və ya əlavə üzvlük haqlarının ödənilməyən hissəsi mövcud deyildir. "xxxx"MTK-nın üzvləri təkcə onun Nizamnaməsində adları olan şəxslərdən deyil, həmçinin sözügedən binada müvafiq paya (sahəyə) malik olan hər bir şəxsdən ibarətdir. "xxxx"MTK-nın Nizamnaməsində adları olan şəxsləri, MTK-nın digər üzvlərindən fərqləndirən sadəcə onların idarəetmədə səsvermə və təsis hüquqlarının olmasıdır. İddiaçı cavabdehin qarşısında hər hansı pul öhdəliyinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçının tələbi pulun tutulmasından ibarətdirki o da MTK-nın əmlak məsuliyyəti ilə əhatə olunur. Hazırki iş üzrə kooperativ üzvlərinin maddi məsuliyyəti əlavə haqların verilməmiş hissəsi həcmindədir. Lakin bu mübahisə üzrə iddiaçı sübut edə bilmir ki, MTK üzvlərindən hər hansı birinin onun üçün ayrılmış əlavə əmlak payı ödənilməmişdir. Cavabdeh müəyyən edilmiş payını və əlavə olaraq tikinti layihələndirilən zaman müəyyən edilmiş əmlak payını vaxtında tam şəkildə ödəmiş və uzun illərdirki həmin MTK ilə heç bir əlaqəsi yoxdur və hər hansı sənədlərdə adı keçmir və imzası da mövcud deyildir. Məhkəmədən xahiş edir ki, İddiaçı iddia tələbinin ondan subsidiar qaydada hər hansı bir məbləğdə ödəniş tələb olunmasına dair heç bir hüquqi əsası olmadığından rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Abbasqulu oğlu iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər X9 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbi əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh4, X11 və Cavabdeh6 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh4, X8 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı işin faktiki halları, işdə iştirak edən şəxslərin izahatları, iş materiallarında olan qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 saylı qətnaməsi ilə müəyyən edildi ki, X3 ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında 12 avgust 2010-cu il tarixində bağlanmış 121 saylı "Kooperativ mənzil tikinti haqqında" müqaviləsinin ləğv edilməsi, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 20.000,00 (iyirmi min) ABŞ dolları məbləğində pul ödənişi gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması baradə” 30 mart 2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 saylı icra sənədi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən, məhkəməyə geri qaytarılması qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli **********430800 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestr məlumatlarında "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri X6, Cavabdeh3, Cavabdeh4, X14, Cavabdeh2 və Cavabdeh6dur. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş 07 iyun 2016cı il tarixli, 17 iyun 2016-cı il tarixli və 14 iyul 2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 02 dekabr 2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi qismində X12 tanınmışdır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Mülki Məcəllənin 110-3.4-cü maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Mülki Məcəllənin 110.4-cü maddəsinə əsasən, kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Məhkəmə, Mülki Məcəllənin 110-3, 110.4-cü maddələrinin tələblərinə əsasən hesab edir ki, iddia əsaslıdır, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıdıqlarından, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-6055/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı verilməsi qət edilmiş – 20000 ABŞ dolları pul vəsaiti (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənə üzrə manatla subsidiar qaydada "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri olan üzvləri cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, X7, Cavabdeh2, X2 vərəsəsi X4 və Cavabdeh6 müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 192 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 manat pul cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, X7, Cavabdeh2, X2 vərəsəsi X4 və Cavabdeh6 müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-6055/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı verilməsi qət edilmiş – 20000 ABŞ dolları pul vəsaiti (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənə üzrə manatla subsidiar qaydada "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri olan üzvləri cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, X7, Cavabdeh2, X2 vərəsəsi X4 və Cavabdeh6 müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş 192 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 manat pul cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, X7, Cavabdeh2, X2 vərəsəsi X4 və Cavabdeh6 müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar