Məhkəmə qərarları › İş №2(004)-4723/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4723/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4723/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının və X4 Edilməsi Agentliyi MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bank olmayan Kredit Təşkilatına və Cavabdeh1 QSC adından çıxış edən Törəmə müəssisə olan X4 Edilməsi Agentliyi MMC-yə qarşı maraqlı şəxs Azərbaycan Kredit Bürosu MMC cəlb edilməklə “kredit məlumatlarının silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bank olmayan Kredit Təşkilatına və Cavabdeh1 QSC adından çıxış edən törəmə müəssisə olan Cavabdeh2nə qarşı maraqlı şəxs Azərbaycan Kredit Bürosu MMC cəlb edilməklə “kredit məlumatlarının silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 QSC BOKT-da İddiaçı adında olan 3299,24 manat məbləğində kredit məlumatlarının silinməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixində Lənkəran şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ailəlidir və 3 azyaşlı uşağı vardır. Onu, Lənkəran Rayon Məhkəməsi 2(049)-2324/2019 saylı mülki iş üzrə iclasa dəvət etmişdir. Məhkəmə iclas zalında bildirildi ki, onun guya “Azərbaycan Beynaxalq Bank”ında kredit borcu vardır. R.Rahim iddia ərizəsi ilə tanış olanda onun Cavabdeh1 QSC BOKT-a 2754,44 manat əsas borc, 544,80 manat faiz borcu olmaqla, cəmi 3299,24 manat kredit borcu mövcud olduğunu öyrənmişdir. O, iddia tələbi ilə razılaşmamış və məhkəmədən iddia ərizəsinə əlavə edilmiş sənədlərdə onun imzasının xətşünaslıq ekspertizasında yoxlanmasını tələb etmişdir. Lənkəran rayon məhkəməsinin hakimi M.İsayev cənabları tərəfindən qərardad qəbul edildi və xətşünaslıq ekspertiziyası təyin edildi. Sonradan ekspertin rəyi müəyyən etdi ki, imza və xətt ona məxsus deyil və saxtadır. O, məhkəmədən iddianın rədd edilməsi xahiş etdi. Lənkəran Rayon Məhkəməsi həmin mülki iş üzrə sübut və ifadələr əlavə edilməklə R.Rahimin haqlı olduğumu bilirimiş və iddia tələbini rədd etmişdir. Sonradan iddiaçı tərəf həmin mülki işin qərarından narazı qalaraq apelyasiya şikayəti vermişdir. Apelyasiya məhkəməsinin mülki kollegiyası bir daha həmin mülki işi araşdırdı və iddianın rədd edilməsi qərarı qüvvədə saxlanıldı. Mülki işin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra o, Lənkəran Rayon Məhkəməsindən iddiaçıdan Azərbaycan Respublikasının Baş Prokururluğuna şikayyət edilməsini tələb etmişdir. X5 cənabları onun şikayyətini təmin edərək mülki işin araşdırılması barədə qəradad qəbul etdi və Bakı şəhəri Səbəail Rayon Prokurorluğuna rəsmi müraciət etdi. O, dövlət müəssisəsində işlədiyindən ona lazımı kredit alınmasından ötrü banklara müraciət edən zaman banklar ona hazırki kreditin qara siyahıda olmasını əsas gətirərək imtina edirlər. O, məcburiyyət qarşısında qalaraq Cavabdeh1 QSC BOKT-un adından çıxış edən X6 Edilməsi Agentliyinə müraciət etmişdir ki, onun qanunsuz olan kredit məlumatlarını mərkəzi Kredit reyestrindən silsinlər. Lakin onlar R.Rahimə bunun mümkünsüz olduğunu bildirmişlər. O, Azərbaycan Kredit Bürosu MMC-nin MKR-dən çıxarış çıxardıb onun həqiqətən 3299,00 manat məbləğində kreditinin olmamasını təsdiq edən sənədi almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Maraqlı şəxs MMC məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının və Cavabdeh2 MMC-nin nümayəndəsi X2 məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs MMC-nin çıxarışından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 BOKT QSC-yə aktiv öhdəliyi 3,299.00 AZN kredit məbləği təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəmədinin 27.10.2019-cu il tarixli 2(049)-2324/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 QSC adından çıxış edən törəmə müəssisə olan Cavabdeh2nin cavabdeh İddiaçı qarşı əsas və faiz borcunun qaytarılmasına dair iddia tələbi təmin edilməmişdir. Eyni zamanda iddiaçı Cavabdeh1 QSC adından çıxış edən törəmə müəssisə olan Cavabdeh2 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 27.10.2019-cu il tarixli 2(049)- 2324/2019 saylı qətnaməsindən Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollgiyasının 09.07.2020-ci il tarixli 2(106)-1484/2020 saylı qətnaməsi ilə apellyasiya şikayət təmin edilməmiş, Lənkaran Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli 2(049)-2324/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Sadalanan xususatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Lənkaran Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsində öz təsdiqini tapmışdır. Belə olduğu halda, məhkəmə belə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. 14.05.2014-cü il tarixli 252/14 saylı kredit müqaviləsi üzrə İddiaçı adında olan 3299,24 (üç min iki yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat məbləğində kredit məlumatları silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar