Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4728/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi və əməliyyat xərcinin yarısının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi və əməliyyat xərcinin yarısının ödənilməsi” tələbinə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 264/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, həmçinin xx.xx.2018-ci il təvəllüdlü X8 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 manat sabit pul məbləğində aliment müəyyən edilməsi və İddiaçı tərəfindən oğlu X4 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 2.200 manat vəsaitin 50%-i, yəni 1100 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 264/2019 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də hüquqşünas işləyir və aylıq əmək haqqı 1800 manat təşkil edir. Bundan əlavə cavabdehin əmək haqqından əlavə bonus və mükafatlar kimi əlavə gəlirləri də mövcuddur. Birgə nikahdan dünyaya gəlmiş X10 əməliyyat olunmuşdur. Cavabdeh uşağın əməliyyatına biganə qalmış, əməliyyat xərcini iddiaçı ödəmişdir. əməliyyat xərci 2.200 manat təşkil etsə də, iddiaçı yalnız ödədiyi 937 manat vəsaitə dair sübutları məhkəməyə təqdim edə bilir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-264/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməsini, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, həmçinin xx.xx.2018-ci il təvəllüdlü X8 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən oğlu X4 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 937 manat vəsaitin 50%-i, yəni 468,50 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (atası) X6 məhkəmə iclasında iddianı qəbul etmədi və yazılı iddia tələbinə qarşı yazılı etirazını təqdim edərək izahatında bildirdi ki, Cavabdeh hər ay 160 manat aliment ödəməklə yanaşı, himayəsində olan ata və anasının maddi təminatını ödəyir. Evin kommunal xidmət haqqını ödəyir. Bu səbəbdən 170 manat aliment ödəməyə razı deyildir. Cavabdeh pandemiya ilə bağlı yenidən evlənə və toy edə bilmir. Cavabdeh gələcəkdə evlənəndən sonra ailə üzvlərinin sayı artacaqdır. Uşaq anadangəlmə sünnətlidir. Onun əməliyyatına 937 manat xərclənə bilməzdi. Onun bir oğlu və bir qızı var. Qızı İsraildə yaşayır, həkim işləyir. Buna baxmayaraq valideyn kimi onlar oğlu Yusifin himayəsindədirlər. Yusifin valideynlərinə aliment ödəməsi barədə məhkəmə qətnaməsi yoxdur. Hesab edir ki, iddia tamamilə əsassızdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-264/2019 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Çünki, cavabdeh hazırda rəsmi işləyir və sabit gəlirə malikdir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 18412/2019-53-9 nömrəli icra işinin xx.xx.2020-ci il tarixli elektron çıxarışından müəyyən edilir ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də hüquqşünas işləyir və aylıq əmək haqqı 1800 manat təşkil edir. Həmçinin xx.xx.2020-ci il tarixdən Cavabdeh mülkiyyətində “Mercedes Benz E200” minik markalı, 2007-ci il buraxılışlı, 99OA226 dövlət qeydiyyat nişanlı avtomobil var. Bakı Sağlamlıq Mərkəzi X13 verdiyi xx.xx.2020-ci il tarixli 523/02 nömrəli məktubdan və xx.xx.2020-ci il tarixli hesab-fakturadan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan müddətdə İddiaçı tərəfindən oğlu X4 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün 883 manat vəsait ödəmişdir. Ümumilikdə isə 937 (813 manat əməliyyat xərci+124 manat ƏDV) manat vəsait ödəmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş vəsaitin 50%-i cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin uşağa qulluğa görə üç yaşına çatana kimi cavabdeh iddiaçıya aliment ödəməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu və diqqətəlayiq mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-264/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, həmçinin xx.xx.2018-ci il təvəllüdlü X8 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddiaçı tərəfindən oğlu X4 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 937 manat vəsaitin 50%-i, yəni 468,50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin valideynləri X6 və X1 ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X7” alt sisteminə əsasən əmək müqavilələrinin aşkar edilməməsi, cavabdehi doğma övladına aliment ödəmək və onun müalicəsi üçün çəkilən əlavə xərclərdə iştirak etməkdən azad edilməsi üçün əsas ola bilməz. Əksinə, cavabdehin maddi durumunun yaxşı olması, onun öz övladının maddi təminatının ödənilməsində daha yaxından iştirak etməsinə zəmin yaratmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-264/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment, həmçinin xx.xx.2018-ci il təvəllüdlü X8 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən oğlu X4 xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ödənilmiş 937 manat vəsaitin 50%-i, yəni 468,50 (dörd yüz altmış səkkiz manat əlli qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4728/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4728/2020
05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver