Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4729/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı, İddiaçı “İddiaçı ” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı ” MMC Cavabdeh oğluna qarşı borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ********* saylı xx.xx.2018-ci il tarixli müddətli alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 255 manat əsas, 76 manat cərimə, ********* saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixə yaranmış 599 manat məbləğində əsas borcun, 179 manat cərimə və ********* saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 186 manat əsas borc və 55 manat cərimə borcu, ümumilikdə 1350 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1380 manat məbləğində pul vəsaitinin alınaraq “İddiaçı ” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1.-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3 -cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildiriş çatmadığından məhkəməyə geri qaytarılmışdır. Məhkəmə təqdim olunmuş yazılı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbləri həmin sübutlarla təsdiq edildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1, 445.2.1, 462.1, 600.1-ci maddələrinə əsasən əsaslıdır və təmin edilməlidir. Belə ki, “İddiaçı ” ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli ********* saylı müqaviləyə əsasən aldığı Samsung A 920” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 109 manat, xx.xx.2019-cu il tarixli ********* saylı müqaviləyə əsasən aldığı “Honor 10 i” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 50 manat və bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı müqaviləyə əsasən aldığı “Samsung A 205” markalı mobil telefona görə 6 ay ərzində hər ay 67 manat olmaqla hər üç müqavilə üzrə cavabdeh 2297 manat ödəməyi öhdəsinə götürmüşdür. Təqdim olunmuş maliyyə arayışlarından görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq aldığı malların dəyərini ödəməmiş, nəticədə onun 1350 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı “İddiaçı ” MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ********* saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 255( iki yüz əlli beş) manat əsas borc, 76 (yetmiş altı) manat cərimə, ********* saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 599 (beş yüz doxsan doqquz) manat məbləğində əsas borc, 179 (yüz yetmiş doqquz) manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 186 (yüz səksən altı) manat əsas borc və 55 (əlli beş) manat cərimə borcu, ümumilikdə 1350 (min üç yüz əlli) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1380 (min üç yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq “İddiaçı ” MMC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4729/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4729/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver