Məhkəmə qərarları › İş №2(004)-473/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-473/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-473/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X13 Kredit Təşkilatı” BOKT MMC-yə qarşı “aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X13 Kredit Təşkilatı” BOKT MMC-yə qarşı “aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, iddiaçıya aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının müharibə veteranıdır, N saylı hərbi hissənin hərbiçisidir, ailəlidir, övladının müalicəsi ilə bağlı xx.xx.2021-ci ildə Bakı şəhərində "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) müqavilə bağlayaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evimizi girov qoyaraq illik 32% olmaqla 36 ay müddətinə, hər ay təxminən 1200 manat ödəmək şərti ilə 25.000 manat məbləğində ipoteka krediti götürmüş, bir neçə ay pulu ödəsə də, maddi imkansızlıq səbəbindən müəyyən olunmuş qaydada və müddətlərdə ödənişləri yerinə yetirə bilməmiş, nəticədə 24144,35 manat əsas borc, 4880,71 manat faiz borcu və 5375 manat cərimə borcu(dəbbə pulu) olmaqla ümumi tutulmalı məbləğ 34400.06 manat təşkil etmişdir. "xxxx" BOKT MMC-nin kredit üzrə 34400.06(otuz dörd min dörd yüz manat, 06 qəpik) məbləğində borcun ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhəri Nərimanov rayon 9 saylı notariat ofisinə müraciəti əsasında aparılmış 26 aprel 2022-ci il tarixli icra qeydi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Kredit borcunun müəyyən hissəsinə güzəşt edilməsində ona köməklik olunması üçün Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Milli Məclisinə xahiş məktubu ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Məclisindən 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş müraciətinə baxılaraq 13 iyun 2022-ci il tarixli 0126-2- 2022nömrəli məktubda «borcun tutulmasına dair Bakı şəhəri 9 saylı notariat ofisinin 26 aprel 2022-ci il tarixli icra qeydinin olmasına baxmayaraq kreditin tam bağlanması şərti ilə hesablanmış cərimə borcunun tam olaraq (5375-beş min üç yüz yetmiş beş manat) güzəşt edildiyi göstərilmişdir. Qohumlarının köməyi ilə 08 iyul 2022-ci il tarixdə "xxxx" BOKT MMC-yə kredit borcun 25000(iyirmi beş min) manatı tərəfimizdən birdəfəyə nəqd ödənilmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı «icra qeydinin etibarsız hesab edilməsi» tələbinə dair xx.xx.2022-ci il tarixli iddia ərizəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən təmin edilməməsi barədə xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 nömrəli Qətnamədən sui-istifadə edən "xxxx" BOKT MMC-nin direktoru Rəşad Əliyevin imzası ilə ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 1587 saylı məktubda «icra qeydinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizənizin təmin edilmədiyi nəzərə alınaraq icra qeydində göstərilən 34466.48 (otuz dörd min dörd yüz altımış altı manat 48 qəpik) AZN borcunuzdan 25400 (iyirmi beş min dörd yüz) manat ödəniş aparılması və "xxxx" BOKT MMC qarşısında xx.xx.2023-cü il tarixə borc öhdəliyin 9066.48(doqqıız min altımış altı manat 48 qəpik təşkil edir) AZN olduğu göstərilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankın 13 iyun 2022-ci il tarixli 0126-2- 2022-nömrəli məktubunda kreditin tam bağlanması şərti ilə hesablanmış cərimə borcunun tam olaraq 5375 (beş min üç yüz yetmiş beş manat) AZN güzəşt edilməsini "xxxx" BOKT MMC-nin direktoru X8 güya «özbaşna ləğv etmişdir». Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(005)-289/2023 nömrəli Qətnaməyə izah verilməsi barədə ərizəmə əsasən xx.xx.2023-cü il tarixli 2(005)- 289/2023 saylı Qərardad qəbul edilmiş, həmin qərarda buraxılmış texniki səhvin aradan qaldırılması barədə məhkəməyə olunmuş təkrar müraciətinə əsasən qəbul edilmiş xx.xx.2023-cii il tarixli 2(005)-289/2023) saylı Qərardadda ödənilməli olan qalıq borcun konkret olaraq həmin müddətə 3625.06 (üç min altıyüz iyirmi beş manat altı qəpik) AZN təşkil etməsi bir daha təsdiqini tapmışdır. İddiaçı tərəfindən "xxxx" BOKT MMC-yə nəqd ödənilmiş məbləğlər: xx.xx.2022-ci ildə 25000(iyirmi beş min) manat; xx.xx.2022-ci ildə 400(dörd yüz) manat; xx.xx.2023-cü ildə 300( üç yüz) manat; xx.xx.2023-cü ildə 300 (üç yüz) manat; xx.xx.2023-cü ildə 300(üç yüz) manat; xx.xx.2023-cü ildə 300 (üç yüz) maat; xx.xx.2023-cü ildə 300(üç yüzmanat; CƏMİ: Ödənilmiş məbləğ: -26900 (iyirmi altı min doqquz yüz) manat; Güzəşt edilən məbləq; 5375 (beş min üç yüz yetmiş beş manat). Bu günə kimi ödənilmiş ümumi məbləğ: 32275(otuz iki min iki yüz yetmiş beş) azn olmuşdur. Konkret olaraq : {25000+5375+1900 AZN=32275 AZN) Ümumi tutulmalı məbləğ 34400.06 (otuz dörd min dörd yüz altı qəpik) manat olmuşdur. Ödənilməli olan qalıq borc və yeni ödəniş qrafikinin verilməsi barədə "xxxx" BOKT MMC-yə xx.xx.2023 -cü il tarixdə 289 saylı və 13 iyul 2023-cü il tarixdə olunmuş rəsmi müraciətlər, rəhbərliklə görüşlər bu günə kimi qəsdən cavablandırılmamışdır. "xxxx" BOKT MMC-nin direktorunun qeyd olunan özbaşnalıqlarına son qoyulması və ödənilməli olan qalıq borcu göstərilməklə yeni ödəniş» qrafikinin verilməsinin təmin olunması məqsədilə müvafiq tədbir görülməsi üçün həyat yoldaşı Sona Rəhimli tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına xx.xx.2023-cü il tarixdə 6-1-26/2-R-7264-0-9552/2023 saylı sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 12.09.20-cü il tarixli 6-1-26/2-R-7264-0-9552/2023 saylı məktubunda müraciətlərinin "xxxx" BOKT MMCyə göndərilməklə cavablandırılacağı göstərilmişdir. "xxxx" BOKT MMC-nin xx.xx.2023-cü il tarixli 2458 saylı iki səhifəlik məktubunda müraciətlərində qeyd olunan tələb («ödənilməli olan qalıq borc göstərilməklə yeni ödəniş» qrafikin verilməsi) barədə qəsdən heç nə qeyd olunmamışdır. Eyni zamanda İddiaçı məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, ailə vəziyyəti ilə bağlı ünvan 3 ünvanda yerləşməklə fəaliyyət göstərən "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) xx.xx.2021-ci il tarixdə 3M/2629 nömrəli müqavilə bağlayaraq ailəsi ilə yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini girov qoyaraq illik 32% olmaqla 36 ay müddətinə, hər ay təxminən 1200 manat ödəmək şərti ilə 25.000 manat məbləğində ipoteka krediti götürmüşdür. Bir neçə ay pulu ödəsə də, maddi imkansızlıq səbəbindən müəyyən olunmuş qaydada və müddətlərdə ödənişləri yerinə yetirə bilməmiş, nəticədə 24144,35 manat əsas borc, 4880,71 manat faiz borcu və 5375 manat cərimə borcu (dəbbə pulu) olmaqla ümumi tutulmalı məbləğ 34400.06 (otuz dörd min dörd yüz manat altı qəpik) AZN təşkil etmişdir. "xxxx" BOKT MMC-nin kredit üzrə 34400.06 (otuz dörd min dörd yüz manat, 06 qəpik) məbləğdə borcun ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 9 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən aparılmış 26 aprel 2022-ci il tarixli 8İ-3861 reyestr nömrəli icra qeydi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə «İcra qeydinin ləğv edilməsi» barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Kredit borcunun müəyyən hissəsinə güzəşt edilməsində onlara köməklik olunması üçün həyat yoldaşı Sona Rəhimli tərəfindən 25 may 2022-ci il tarixli, Vİ/87-97 nömrəli xahiş məktubu ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edilmişdir. Müraciətə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılaraq «hesablanmış cərimə borcunun tam olaraq 5375 (beş min üç yüz yetmiş beş manat) güzəşt edilməsi barədə onlara Azərbaycan Respublikasının Mərkəzi Bankdan 13 iyun 2022-ci il tarixli 0126-2-2022 nömrəli məktub ünvanlanmışdır. 08 iyul 2022-ci il tarixdə qohumlarının köməkliyi ilə "xxxx" BOKT MMC-yə olan kredit borcunun 25000 (iyirmi beş min) manatı nağd ödənilmişdir. Bununla bağlı "xxxx" BOKT MMC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 500 nömrəli məktuba əsasən borcalan İddiaçı məxsus olan işin Azərbaycan Respublikasının İcra haqqında Qanununun 23-cü maddəsinin 23.1.1-ci bəndinə əsasən geri qaytarılması haqqında xahiş icra edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin xx.xx.2023cü il tarixli, 2(005)-289/2023 nömrəli qətnaməsi ilə onun «icra qeydinin ləğv edilməsi» barədə iddia ərizəsi təmin edilməmiş, həmin qətnamədə qeyd olunan tarixə qalıq borcunun 4960 (dörd min doqquz yüz altımış manat) olması göstərilmişdir. "xxxx" BOKT MMC-nin direktoru X8 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iddianın təmin olunmaması barədə qətnamədən maddi cəhətdən yararlanmaq məqsədilə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cərimə borcunun tam olaraq (5375-beş min üç yüz yetmiş beş manat) güzəşt edilməsinin həmin qətnamə ilə «ləğv olunduğunu qəsdən-yalandan bildirməklə» xx.xx.2023-cü il tarixə borc öhdəliyinin 9066,48 (doqquz min altımış altı manat 48) qəpik təşkil etməsi barədə ona xx.xx.2023-cü il tarixli 1587 saylı məktub ünvanlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 qətnaməyə izah verilməsi barədə ərizənin təmin olunmaması barədə xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qərardadında göstərilmişdir ki, “məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 (iyirmi beş min) manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz hallarıdır. Belə ki, cərimə borcunun güzəşt edilməsi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində öz əksini tapır və məhkəmə iclasında "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən də etiraf edilmişdir.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qərardadında buraxılmış texniki səhvin aradan qaldırılması barədə məhkəməyə olunmuş təkrar müraciətinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı qərardadda ödənilməli olan qalıq borcunun konkret olaraq həmin tarixə 3625,06 (üç min altı yüz iyirmi beş manat altı qəpik) AZN təşkil etməsi bir daha təsdiqini tapmışdır. Həmin vaxtdan sonra tərəfindən "xxxx" BOKT MMC-yə ödənilmiş məbləğlər: xx.xx.2022 ci ildə 25000 (iyirmi beş min manat) xx.xx.2022-ci ildə 400 (dörd yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2023-cü ildə 300 (üç yüz manat) xx.xx.2024-cü ildə 300 (üç yüz manat). Cəmi ödənilmiş məbləğ: 27800 (iyirmi yeddi min səkkiz yüz) manat. Güzəşt edilmiş məbləğ: 5375 (beş min üç yüz yetmiş beş) manat. Bu günə, yəni 02 fevral 2024-cü il tarixə ödənilmiş ümumi məbləğ: 33175 (otuz üç min yüz yetmiş beş) manat. Yəni 5000+2800+ 5375 (güzəşt edilmiş nıəbləq) =33175 AZN) Ümumi borc olmuşdur: 34400.06 - 33175 (ödənilmiş məbləq) = 1225,06 (bir min iki yüz iyirmi beş manat altı qəpik) qalıq borc. Bu günə qalıq borcu: onun "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətə 02 fevral 2024-cü il tarixə borc öhdəliyi 1225,06 (bir min iki yüz iyirmi beş manat altı qəpik) təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 nömrəli iş üzrə qətnaməsində, həmin qətnamə üzrə xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(005)- 289/2023 saylı qərardadlarında göstərilmiş təkzibedilməz sübutlara və tərəfimizdən araşdırılan 22 yanvar 2024-cü il tarixli, 2(004-473/2024 nömrəli iş üzrə qeyd olunan faktları təsdiq edən, iddia ərizəsinə əlavə olunmuş sübutlara, araşdırma zamanı məhkəməyə məlum həqiqətlərə əsasən ədalət mühakiməsi zamanı hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmaqla «qalıq borcu barədə məlumatın verilməsi öhdəliyinin cavabdeh "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətin üzərinə qoyulması» tələbinə dair iddianın təmin edilməsi; Bank Olmayan Kredit X4 Cəmiyyətin direktoru X6 qanunazidd hərəkətlərinə son qoyulmasının davamı olaraq barəsində “Xüsusi qarardad” çıxararaq aidiyyəti üzrə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehin bildirdiyi məbləğlə razı deyil. Onun hesablamalarına görə onun BOKTa 1225 manat borcu var. Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən ilk öncə borc 4960 manat göstəriləsə də, bu məbləğə sonra Nərimanov Rayon Məhkəməsinin müvafiq qərardadı ilə düzəliş edilmiş və 3625,06 manat borc qeyd olunmuşdur. O, bundan sonra həmin məbləğdən ödənişlər etmiş və 2800 manat məbləğində pulu artıq ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X13 Kredit Təşkilatı” BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı ümumilikdə 34400 manat borcu olmuş və o, bu günə qədər 27500 manat məbləğində pulu ödəmişdir. İddiaçı tərəfindən verilmiş ərizədə də qeyd olunmuşdur ki, onun "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə 4960 manat borcu var. Cavabdeh tərəfindən iddiaçının verdiyi sorğulara cavab verilmişdir. Məhkəm iclasında da, iddiçının borcuna dair aryış və hesabdan çıxarış qarçı tərəfə təqdim edilmişdir. Əgər o məbləğlə razı deyilsə və tərəfindən bu mübahisələndirilirsə bu hazırki iddia tələbinin predmeti deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AR Mərkəzi Bankı tərəfindən AR Milli Məclisinə və Sona Rəhimliyə ünvanlanmış 18 iyun 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bank tərəfindən təqdim edilmiş məlumata əsasən İddiaçı işğal edilmiş torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən sənəd banka təqdim olunduğu təqdirdə bankla arasında rəsmiləşdirilmiş kredit müqavilələri üzrə qalıq borcun zaminlik təminatı şərti ilə restrukturizasiya edilməsinə baxılması mümkün hesab edilmişdir. Təklif edilən güzəştlə razılaşdığı təqdirdə vətəndaşın bankın istənilən filialına müraciət etməsi tövsiyə olunur. Eyni zamanda bildirilmişdir ki, BOKT tərəfindən də tətbiq oluna biləcək güzəştlərlə bağlı ətraflı araşdırma aparılmışdır. Belə ki, BOKT-ın təqdim etdiyi məlumata əsasən girov təminatlı kredit müqaviləsi üzrə borcun tutulmasına dair Bakı şəhəri 09 saylı notariat ofisinin 26 aprel 2022-ci il tarixli icra qeydinin olmasına baxmayaraq kreditin tam bağlanması şərti ilə hesablanmış cərimə borcunun tam olaraq güzəşt edilməsi mümkün hesab edilmişdir. - "xxxx" BOKT tərəfindən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 9 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus xx.xx.2021-ci il tarixli reyestrdə 3X1-2629 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsinin icra edilməsi üçün Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 81-3861 reyestr nömrəli icra qeydi Sizə göndərilmişdir. Borcalan İddiaçı məxsus olan işin Azərbaycan Respublikasının İcra haqqında qanununun 23-cü maddəsinin 23.1.1 bəndinə əsasən geri qaytarılmasını xahiş edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-289/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - "xxxx" BOKT tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, kredit məbləği və ona hesablanmış faizlərin ödənişi İddiaçı tərəfindən pozulduğu üçün Azərbaycan Respublikasının İpoteka haqqında Qanunun 34.1.1-ci maddəsinə müvafiq olaraq əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi ipotek saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan olduğu ücün KƏPƏZ BOKT MMC-nin müraciəti əsasında Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu X5 tərəfindən xx.xx.2022-ci ii tarixində reyestrdə 8İ-3860 nömrə ilə qeyd edilən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılmışdı. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixində Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022 -ci il tarixi reyestrdə 8İ-3860 reyestr nömrəli icra qeydinin ləğv olunmasi ilə bağli qətnamə qəbul olunmasıni xahiş etmiı, eyni zamanda onun tərəfindən KƏPƏZ BOKT MMC-nin rəhbərliyinədə güzəşt olunması ilə bağlı müraciəti olmuşdur. İddiaçı qarşılıqlı razılıqla güzəşt oluduqdan sonra xx.xx.2022 tarixində 25 000(iyirmi beş min)manat ödəniş aparmış və rəhbərlik-Xəzər rayon icra şöbəsində icraatda olan icra işini Azərbaycan Respublikasının İcra haqqında qanununun 23-cü maddəsinin 23.1.1 bəndinə əsasən geri qaytarılmasını təmin etmişdir. Lakin o məhkəmə işini dayandırımalı olduğu halda yenə də iddia ərizəsinin baxılmasını tələb etmiş, mülki iş baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmiş və məhkəmə proseslərində iddiasını müdafiə etmişdir. X1 xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin ediməmişdir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, bildirilmişdir ki, İddiaçı icra qeydində göstərilən 34466.48(otuz dörd min dörd yüz altmiş altı manat 48 qəp.) borcdan 25400.00(iyirmi beş min dörd yüz) manat ödəniş aparmış və Kəpəz BOKT MMC qarşısında xx.xx.2023 tarixinə borc öhdəliyi 9066,48 (doqquz min altmış altı manat 48 qəp.) təşkil edir. - İddiaçı nümayəndəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, yeni aylıq ödəmə cədvəlinin verilməsi xahiş edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-289/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü ii tarixli, 2(005)-289/2023 nömrəli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-289/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, qətnaməyə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi qeyd olunur. İş materiallarında olan icra qeydi və cavabdehin nümayəndəsinin izahatlarından İddiaçı ödənilməli olan 34400,06 manat borcundan 25400 manat ödəniş olduğu, ödənilməli olan qalıq borcunun 3625,06 manat (34400,06-25400=3625,06) təşkil etdiyi aydın olur” məzmununda düzəliş edilmişdir. - "xxxx" ASC-nin qəbzlərindən görünür ki, "xxxx" BOKT MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 25000 manat, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərdə hər birində 300 manat vəsait ödənilmişdir. - "xxxx" BOKT MMC tərəfindən AR X3 iş departamentinə və Sona Rəhimliyə ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş Sona Rəhimli tərəfindən AR Mərkəzi Bankına ünvanlanan müraciəti tərəflərindən araşdırılmış və müraciətdə qeyd edilənlər aşağıda göstərilənlərə görə əsassızdır. Belə ki, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən öhdəliklər icra olunmadığı səbəbindən, "xxxx" BOKT MMC tərəfindən kreditin təminatı olaraq ipoteka ilə yüklü edilən daşınmaz əmlaka qanunvericiliyə uyğun olaraq notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi üçün aidiyyəti notariat ofisinə müraciət edilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu X5 tərəfindən xx.xx.2022-ci il tarixində təsdiq edilən icra qeydinə əsasən kredit müqaviləsi üzrə icra edilməyən öhdəliyə görə borcludan ümumilikdə 34400,06 manat məbləğində borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilən daşınmaz əmlaka yönəldilməsi təmin edilmişdir. İcra qeydi ilə razılaşmayan borclu tərəfindən icra qeydinin ləğvi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində irəli sürülən iddia ilə əlaqədar bütün hallar və sübutlar tam ətraflı qanuna uyğun olaraq araşdırılaraq, iddia ərizəsinin təmin edilməməsi barədə xx.xx.2023-cü il tarixində 2(005)-289/2023 saylı qətnamə qəbul edilmişdir. Borclu qəbul edilən qətnamə ilə narazı olmadığını bildirərək BOKT-a olan borcununun dəqiq göstərilməsi üçün qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin qətnaməyə izah verilməsindən imtina edilməsi barədə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixində qərardad qəbul edilmişdir. Sonra isə borclu xx.xx.2023-cü il tarixində qəbul edilən qərardadda texniki səhvin olmasını əsas gətirərək təkrar məhkəməyə müraciət etmişdir və məhkəmə tərəfindən qərardadda buraxılmış texniki səhvin aradan qaldırılması bafödə xx.xx.2023-cü il tarixində yeni qərardad qəbul edilmişdir. Məhkəmə tərəfindən qəbul edilən qətnamə və digər qərardadlara əsasən İddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməməsi üçün əsas sayılmır. Vətəndaş S.Rəhimli tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına edilən müraciət ərizəsinə qoşma olaraq yuxarıda sadalanan iddanın təmin edilməməsi barədə qətnamə və həmin qətnaməyə izahın verilməsindən imtina edilməsi barədə qəbul edilən qərardadın surəti əlavə edilməmişdir. - "xxxx" BOKT MMC-nin 02 fevral 2024-cü il tarixli arayışına əsasən 01 fevral 2024cü il tarixə İddiaçı "xxxx" BOKT MMC-yə 103,27 manat əsas borc, 196,73 manat faiz borcu, cəmi 4413,68 manat qalıq borcu var. - Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən xx.xx.1992-ci il təvəllüdlü X10 İddiaçı həyat yoldaşıdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 09 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bundan sonra İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 289/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-289/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında texniki yalnışlıq nəticəsində 4960 manat göstərildiyini bildirərək, qərardadda olan bu yanlışlığın aradan qaldırılmasını xahiş etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 289/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-289/2023 nömrəli qətnaməsinə əsasən 06 avqust 2021-ci il tarixli, 2021/00898 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən 08 iyul 2022-ci il tarixdə 25000 manat ödəniş edilməsi, İddiaçı "xxxx" BOKT MMC-yə olan 5375 manat məbləğində cərimə borcunun güzəşt edilməsi və İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən ödənilməli olan qalıq borcun 4960 manat təşkil etməsi qeyd olunur. İş materiallarında olan icra qeydi və cavabdehin nümayəndəsinin izahatlarından İddiaçı ödənilməli olan 34400,06 manat borcundan 25400 manat ödəniş olduğu, ödənilməli olan qalıq borcunun 3625,06 manat (34400,06-25400=3625,06) təşkil etdiyi aydın olur” məzmununda düzəliş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" BOKT MMC-yə müraciət edərək, yeni aylıq ödəmə cədvəlinin verilməsini xahiş etmiş və "xxxx" BOKT MMC tərəfindən ona ilk dəfə xx.xx.2023-cü il tarixində, daha sonra isə 12 oktyabr 2023-cü il tarixində cavab verilmişdir. İş materialları ilə o da, müəyyən edilir ki, iddiaçıya arvadı Sona Rəhimliyə ünvanlanmış məktublar vasitəsi ilə də, cavab verilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. “Vətəndaşların müraciəti” haqqında AR Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin qanunun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin qanunun 7.4-cü maddəsinə əsasən vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Həmin qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Bundan başqa “İnformasiya əldə etmək haqqında” AR Qanununun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.3. telefaksla; 16.1.4. şifahi formada; 16.1.5. informasiya ilə taniş olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; 16.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə informasiya sorğusu icra olunmuş sayılır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş məktublardan göründüyü kimi iddiaçının ərizədə mübahisələndirdiyi məsələyə dair sorğularına cavabdeh "xxxx" BOKT MMC tərəfindən cavab verilmişdir. İddiaçının ərizəsinə cavabdeh bank sonuncu dəfə 12 oktyabr 2023-cü il tarixli məktubla cavab vermişdir. Göründüyü kimi, iddiaçı banka ünvanladığı müraciətinə yazılı cavab aldıqdan sonra həmin müraciətə cavab almaq üçün məhkəmədə iddia qaldırmışdır. Bundan başqa məhkəmə baxısı zamanı da, cavabdeh tərəfindən iddiaçıya mövcud borcuna dair arayiş və hesabdan çıxarış təqdim edilmiş, iddiaçı isə ona verilən bu cavabla razılaşmadığını, onun hesablamarına görə hazırda bu qədər borcunun olmamasına əsaslanaraq, tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmaqla hazlrda borcunun nə qədər olmasının müəyyən edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı eyni məbləğdə borcunun olmasına dair ona artıq məlumat verilməsini etiraf edərək, bu cavabın onu qane etmədiyini və bu səbbədən də, məhkəməyə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh “X13 Kredit Təşkilatı” BOKT MMC-yə ünvanlanmış ərizəsinə qanunvericliklə müəyyən edilmiş müddətdə cavab verilmiş, məhkəmə gedişadı zamanı da, isdədiyi məlumatlar ona təkrarən təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X13 Kredit Təşkilatı” BOKT MMC-yə qarşı “aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X13 Kredit Təşkilatı” BOKT MMC-yə qarşı “aylıq ödəmə cədvəli və qalıq borc barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar