Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4738/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12176,13 manat məbləğində borcun əvəzinə 12176,13 manat məbləğində pul vəsaiti və onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2010-cu il tarixli “Yaşayış evinin bağışlanma müqaviləsi” əsasında ünvan 1 ünvandakı 0,0196 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən l(bir) mərtəbəli, 2 (iki) yaşayış otaqlı, zirzəmili, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr və yardımçı sahəsi 55,3 kv.metr olan fərdi yaşayış evi cavabdehlə ona bağışlanmışdır. Həmin müqavilə əsasında həmin daşınmaz əmlaklar onların birgə mülkiyyətinə verilmiş və həmin hüquqlar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X4 “Daşınmaz Əmlakın Dövlət reyestri”də qeydə alınaraq həmin qeyddən ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, № 2(027)-189/2020 saylı qətnaməsi ilə əlaqəli Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1851/2020 saylı qətnaməsindən göründüyü kimi cavabdeh 1987-ci ildə gəlin köçüb və bir daha Qubaya gəlməyib. Yalnız 2011-ci l tarixdə, anası Hüsniyyə rəhmətə gedəndə Qubaya yas mərasiminə gəlsə də, cavabdehlə onun birgə mülkiyyətində olan evə gəlməyib, yasın 40-cı günündən sonra Qubanı tərk edib və bundan sonra heç vaxtı Qubaya gəlməyib. Evin təmiz və yararlı saxlanılmasında, təsərrüfatın idarə edilməsində iştirak etməməsini cavabdeh onunla əsaslandırmışdır ki, o, əri və övladları ilə birgə 5 nəfərdən ibarət ailəsinə qayğıların geniş olması səbəbindən Bakı şəhərindən Quba şəhərinə gəlib evin yararlı saxlanılmasında iştirak edə bilmir. Halbuki, cavabdehin, onlara məxsus evin yararlı saxlanılması üçün qayğılarda iştirak etmək niyyəti olsaydı, özü və ya onun ailə üzvlərindən biri ayda heç olmasa bir dəfə Qubaya mübahisəli evə gələ bilərdi. ünvan 1 ünvanında yerləşən, cavabdehlə onun birgə mülkiyyətlərində olan evdə yalnız 1928-ci il təvəllüdlü atası Bağırov Xosrov ilə birlikdə yaşayırlar. O subaydır, atası Xosrov qocadır, kənar şəxsin köməyinə ehtiyacı var. Yalnız onun himayəsində qalan atasının qayğısına o qalır. Cavabdeh atasının saxlanılmasında heç vaxt iştirak etməmişdir. Quba şəhəri dağlıq ərazidə yerləşdiyindən ilin 09 ayı rütubətli və soyuq olur. Evin faktiki olaraq cavabdehin sahibliyinə ayrılmış, otağının 03 divarları qara kərpicdən (torpaq kərpic) hörülmüşdür. Qara kərpicdən hörülmüş yaşayış evinin divarları yaz-payız-qış aylarında qızdırılmadıqda rütubətdən nəmlənərək şişib qoparaq qəzalı vəziyyətə düşür və nəticədə dağılır. Bunun nəticəsində evlər uçur. Qubada belə faktlar çox olub. Cavabdehlə ona birgə məxsus yaşayış binasının qəza vəziyyətinə düşməməsi üçün birtərəfli olaraq o, onu vaxtlı-vaxtında əsaslı təmir etmişdir. Tələb olunan təmir-tikinti işlərinin aparılmasını cavabdeh ondan xahiş edərək xərclərin ona aid hissəsinin əvəzinin və həmin xidmətinə görə ona ödəniş edəcəyinə dair ona vəd vermişdir. O, özü üçün ayrıca istifadə etdiyi otaqdan başqa digər otağın və evin bütün qeyri-yaşayış sahələrinin divarlarının yararsız hala düşməməsi və qorunub saxlanılması üçün yaz-payız və qış aylarında “Ceyran” tipli qızdırıcı təbii qaz peçi quraşdıraraq nəmişlikdə qoruyaraq isindirmişəm ki, divarları nəmlənərək şişib uçmasın. Lakin cavabdeh məni aldadaraq vədinə əməl etməmiş, xərclərdə iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-189/2019 saylı qətnaməsindən görünür ki, AR ƏMDK yanında DƏDRX-nin **********5 qeydiyyat nömrəli, xx xxxx 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı və X2 ümumi birgə mülkiyyətində olan ünvan 1 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölgüsü mümkün hesab edilməsi, texniki pasport üzrə zirzəmidə yerləşən 1 saylı və 2a saylı tikililər, evin birinci mərtəbəsində yerləşən 7 saylı tikilinin tərəflərin ümumi istifadəsində saxlanması, evin bir hissəsinin, yəni texniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3, 4, 5, 8a, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməsi; 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılması, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısının açılması, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələrin bağlanması; cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr, tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsinin isə 21,1 kv.metr müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 189/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və həmin qətnamə ləğv edilmişdir. İş materiallarında olan “Azərqaz” İB-nın Abonent saldosundan görünür ki, 2010-cu il tarixdə 2020-ci il tarixədək Quba rayonu, Hikmət Hüseynov küçəsi, ev 1, 10 saylı mənzil üzrə aylıq ödənişlər Bağırov Xosrov tərəfindən ödənilmişdir. İş materiallarında olan “xxxxxxxx” ASC-nin Abunə haqqında çıxarışıdan görünür ki, 2015-ci il tarixdə 2020-ci il tarixədək Quba rayonu, Hikmət Hüseynov küçəsi, ev 1, 10 saylı mənzil üzrə aylıq ödənişlər İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan “xxxxxx” ASC-nin Abunent kartından çıxarışıdan görünür ki, 2016-cı il tarixdə 2020-ci il tarixədək Quba rayonu, Hikmət Hüseynov küçəsi, ev 1, 10 saylı mənzil üzrə aylıq ödənişlər İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan tədliyyə bildirişindən görünür ki, iddiaçı tərəfindən 125,29 manat əmlak vergisi ödənilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, “xxxxxx” ASC-nin Abonent kartının çıxarışıdan görünür ki, 2015-ci il tarixdə 2020-ci il tarixədək Quba rayonu, Hikmət Hüseynov küçəsi, ev 1, 10 saylı mənzil üzrə aylıq ödənişlər İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan İddiaçı ona qarşı və ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il, qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanındakı 0,0196 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, zirzəmili, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr və yardımçı sahəsi 55,3 kv.metr olan yaşayış evi üzrə paylarının bərabər şəkildə müəyyən edilərək, naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-189/2019 xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il, qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 1 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölgüsü mümkün hesab edilmiş, texniki pasport üzrə zirzəmidə yerləşən 1 saylı və 2a saylı tikililər, evin birinci mərtəbəsində yerləşən 7 saylı tikili tərəflərin ümumi istifadəsində saxlanmış, evin bir hissəsi, yəni texniki pasport üzrə 2,6,8,11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3,4,5,8a, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməklə; 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılmaqla, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısı açılmaqla, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələr bağlanmaqla; cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr, tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsi isə 21,1 kv.metr müəyyən edilmişdir. Qətnamədə apelyasiya qaydasında şikayət verilərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1851/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı ümumi birgə mülkiyyətdə olan yaşayış evinə payların müəyyən edilərək naturada bölünməsinə dair iddia tələbi rədd edilmişdir.Həmçinin bildirmişdir ki, İddiaçı ona qarşı iddia qaldırmaq hüququ yoxdur belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bütün bunları nəzərə alaraq cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, xx xxxxxx 2010-cu il tarixli “Yaşayış evinin bağışlanma müqaviləsi” əsasında ünvan 1 ünvandakı 0,0196 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən l(bir) mərtəbəli, 2 (iki) yaşayış otaqlı, zirzəmili, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr və yardımçı sahəsi 55,3 kv.metr olan fərdi yaşayış evi cavabdehlə iddiaçıya bağışlanmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12176,13 manat məbləğində borcun əvəzinə 12176,13 manat məbləğində pul vəsaiti və onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan xxxxxxxx, Azəriqaz və xxxxxx ASC-nin abonent saldolarından görünür ki, aylıq ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı iddia ərizəsində mübahisəli mənzildə cavabdehin xahişi ilə təmir-tikinti işlərini apardığını və cavabdehin ona təmirin xərclərinin onun üzərinə düşən hissəsini ödəyəcəyini vəd etdiyini iddia edir. Həmçinin iddiaçı cavabdehin 2011-ci ildən həmin mənzilə gəlmədiyini də bildirir. Bütün bunlar onu göstərir ki, iddiaçının mübahisəli mənzilə çəkdiyi təmir və kommunal xərclərin cavabdehdən tələb edilməsi tam olaraq əsassızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.4-cü bəndindən görünür ki, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinə əsasən istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək.Hazırki mülki iş üzrə istehlakçı İddiaçıdur. Həmçinin iddiaçı evin təmizlik - abadlıq işlərinə görə 5760 manat, evin təmir-tikinti işlərinə görə 14460 manat, su və kanalizasiya xətlərinin yararlı vəziyyətdə saxlanılması üçün işlərə görə 500 manat, cavabdehə məişət xidmətlərə görə 11600 manat pul xərclədiyi iddia etsə də, lakin iddiaçı məhkəməyə çəkdiyi bu xərcləri təsdiq edəcək sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4738/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4738/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver