Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4745/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayon məhkəməsinin 31 may 2020 ci il tarixli qətnaməsi İlə müəyyən edilmiş alimentin həcminin dəylşdirilərək, sabit puı məbləği nəzərə alınmaqla, 14.01.2014-cü il təvəllüdlü X9 və X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa 175 manat sabit pul məbləğində, 350 (üç yüz əlli) manat alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 oktyabr 2012-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 14.01.2014-cü il tarixində X9 və X11 adlı övladları anadan olmuşdur. Ağdam rayon məhkəməsinin 31 may 2020-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında bağlanmış 20.10.2012-ci ildə Yasamal rayon Qeydiyyat şöbəsində 1297 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Eyni zamanda yetkinlik yaşına çatmayan 14.01.2014-cü ildə anadan olmuş Ayşən və 17.02.2017-ci ildə anadan olmuş Vəli adlı uşaqların yetkinlik yaşına çatanadək iddiaçının himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək hər uşağa 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə, eləcə də AZEMİS vasitəsilə cavabdehə məxsus telefon nömrəsinə SMS bildiriş göndərilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 278776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 yanvar 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 940450 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17 fevral 2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-526/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə X5 arasında 20.10.2012-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 1297 nömrə ilə qeydə aınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 14.10.2014-cü ildə anadan olmuş Ayşən və 17.02.2017-ci ildə anadan olmuş Vəli adlı uşaqlarının yetkinlik yaşına çatana qədər anaları X2 himayəsində saxlanması və 26.02.2020-ci ildən başlayaraq Cavabdeh 14.01.2014- cü ildə anadan olmuş Ayşən və 17.02.2017-ci ildə anadan olmuş Vəli adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 526/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X5 arasında 20.10.2012-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 1297 nömrə ilə qeydə aınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 14.10.2014-cü ildə anadan olmuş Ayşən və 17.02.2017-ci ildə anadan olmuş Vəli adlı uşaqlarının yetkinlik yaşına çatana qədər anaları X2 himayəsində saxlanması və 26.02.2020-ci ildən başlayaraq Cavabdeh 14.01.2014- cü ildə anadan olmuş Ayşən və 17.02.2017-ci ildə anadan olmuş Vəli adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. İddiaçı 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində olmasını, uşaqlara qətnamə ilə tutulan alimentin kifayət etməməsini nəzərə alaraq, alimentin məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu tələbini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq, valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu nəzərə alıb, iddia təmin edilməli, Cavabdeh 14.10.2014-cü ildə anadan olmuş X6 və 17.02.2017-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-526/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ilə 14.10.2014-cü il təvəllüdlü X6 və 17.02.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh 14.10.2014-cü il təvəllüdlü X6 və 17.02.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4745/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4745/2021
23.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver