Məhkəmə qərarları › İş №2(004)-4750/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4750/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4750/2021 09.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank olmayan Kredit təşkilatından illik 49 faizlə 18 ay müddətinə 305 manat kredit götürmüşdür. "xxxx" Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 993 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 04.03.2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyunun 22-dək Cavabdeh banka 18.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 305 AZN əsas borc, 201.13 AZN faiz borcu və 187.15 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 693.28 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh "xxxx" ASCnin xeyrinə 18.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 305 manat əsas borcun, 201.13 manat faiz borcunun, 187.15 manat cərimə borcunun, ümumilikdə 693.28 manat borcun, 30 manat dövlət rüsumunun tutulması və Cavabdeh ilə bağlanmış 18.02.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh 18.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank olmayan Kredit təşkilatından illik 49 faizlə 18 ay müddətinə 305 manat kredit götürmüşdür. "xxxx" Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 993 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 04.03.2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, nəticədə 2021-ci il iyunun 22-dək Cavabdeh banka 18.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 305 AZN əsas borc, 201.13 AZN faiz borcu və 187.15 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 693.28 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 187.15 manat məbləğində dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 30 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh ilə bağlanmış 18.02.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə "xxxx" BOKT QSC arasında bağlanmış 18.02.2020-ci il tarixli, 16-0***-******* nömrəli kredit müqaviləsi ləğv edilməli; Cavabdeh 305 (üç yüz beş) manat əsas, 201 (iki yüz bir) manat 13 (on üç) qəpik faiz borcu, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 536 (beş yüz otuz altı) manat 13 (on üç) qəpik məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 22.67% yəni, 6 (altı) manat 80 (səksən) qəpiyi iddiaçıya aid edilməli, qalan 77.33% yəni, 23 (iyirmi üç) manat 20 (iyirmi) qəpiyi isə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" BOKT QSC arasında bağlanmış 18.02.2020-ci il tarixli, 16-0***- ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 305 (üç yüz beş) manat əsas, 201 (iki yüz bir) manat 13 (on üç) qəpik faiz borcu, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 536 (beş yüz otuz altı) manat 13 (on üç) qəpik məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 22.67% yəni, 6 (altı) manat 80 (səksən) qəpiyi iddiaçıya aid edilsin, qalan 77.33% yəni, 23 (iyirmi üç) manat 20 (iyirmi) qəpiyi isə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar