Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4752/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 19 mart 2015-ci il tarixli, BAKU1-27063-11132 nömrəli kredit müqaviləsinə və 19 mart 2015-ci il tarixli, BAKU1-27063-11132/1 saylı razılşamaya əsasən ona 36 ay müddətinə illik 24%-lə qədər 5400 (beş min dörd yüz) manat məbləğində kredit verilmiş, tərəflər arasında imzalanmış 19 mart 2015-ci il tarixli ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 212 manat ödəniş etməli idi. Belə ki, cavabdehin kreditor qarşısında ödəniş cədvəlinə əsasən 2363,44 manat icra edilməmiş öhdəliyi qalmışdır. Həmçinin kredit müqaviləsinin 4.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında kreditverən birtərəfli qaydada müqaviləyə vxatında əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 15 noyabr 2016-cı il tarixi üçün cavabdehin 5299,60 manat əsas borcu, 2363,44 manat faiz borcu və 112,04 manat dəbbə borcu, cəmi 7775,08 manat məbləğində borcu vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-16241/2016 saylı, 25 noyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclu, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci ildə Beyləqan şəhərində anadan olmuş, Cavabdeh 5299,60 manat əsas borc, 2363,44 manat faiz borcu, 112,04 manat cərimə olmaqla, cəmi 7775,08 (yeddi min yeddi yüz yetmiş beş manat səkkiz qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC -nə ödənilməsi qərara alınmışdır. Borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-16241/2016 saylı, 25 noyabr 2016-cı il tarixli məhkəmə əmrinə etiraz verərək məhkəmə əmrinin ləğv edilib iddia icraatına keçilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4752/2021 saylı, 08 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmrinin ləğv edilməsi və işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC -nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 mart 2015-ci il tarixli, BAKU1-27063-11132 nömrəli kredit müqaviləsinin və onun tərkib hissəsi olan 19 mart 2015-ci il tarixdə bağlanan BAKU1-27063-11132/1 nömrəli Razılaşmanın məzmunundan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 36 ay müddətinə illik 24% dərəcəsi ilə 5400 manat məbləğində kredit vermişdir. İş materiallarında olan ********** saylı kassa məxaric orderindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 5400 manat pul ödənilmişdir. İş materiallarında olan 19 mart 2015-ci il tarixli, BAKU1-27063-11132 nömrəli kredit müqaviləsi və onun tərkib hissəsi olan 19 mart 2015-ci il tarixdə bağlanan BAKU1-27063- 11132/1 nömrəli Razılaşmaya əsasən borclu hər ay 212 manat ödəniş etməli idi. İş materiallarında əlavə olunmuş müvafiq maliyyə arayışından görünür ki, Cavabdehnın 09.08.2021-ci il tarixə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 5299,60 manat əsas, 2363,44 manat faiz borcu, 112,04 manat cərimə olmaqla, cəmi 7775,08 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 28.10.2016-cı il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə, 19 mart 2015-ci il tarixli, BAKU1-27063-11132 nömrəli kredit müqaviləsi və onun tərkib hissəsi olan 19 mart 2015-ci il tarixdə bağlanan BAKU1-27063-11132/1 nömrəli Razılaşmaya əsasən iddiaçı tərəfindən hesablanmış əsas borc, faiz borcunu və cəriməni ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməli, 5299,60 manat əsas borc, 2363,44 manat faiz borcu, 112,04 manat cərimə olmaqla, cəmi 7775,08 (yeddi min yeddi yüz yetmiş beş manat səkkiz qəpik) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilən 20 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 5299,60 manat əsas borc, 2363,44 manat faiz borcu, 112,04 manat cərimə olmaqla, cəmi 7775,08 (yeddi min yeddi yüz yetmiş beş manat səkkiz qəpik) və ödənilmiş 30 manat tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4752/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4752/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver